Energetika naziri Türkiyədə bir sıra görüşlər keçirib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyədə 5-ci Antalya Diplomatiya Forumu çərçivəsində energetika naziri Pərviz Şahbazovla Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar və Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer arasında görüşlər keçirilib.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktarla olan görüşdə qlobal enerji təhlükəsizliyi və dayanıqlı enerji təchizatının təminatında Azərbaycan-Türkiyə enerji tərəfdaşlığının roluna toxunulub. Qaz təchizatı sahəsində mövcud vəziyyət dəyərləndirilib. Həmçinin “Azərbaycan-Türkiyə-Avropa” və “Azərbaycan-Gürcüstan-Türkiyə-Bolqarıstan” yaşıl enerji interkonnektor layihələrinin inkişafı nəzərdən keçirilib. Proseslərin sürətləndirilməsi razılaşdırılıb. Söhbət zamanı “Azərbaycan-Türkiyə Enerji Forumu”nun növbəti iclasının il ərzində Azərbaycanda keçirilməsi də müzakirə edilib.
Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerlə görüşdə isə ikitərəfli enerji əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Sloveniyaya Azərbaycandan qaz tədarükünün davam etdirilməsi imkanları, potensial istiqamətlər üzrə əməkdaşlıq perspektivləri və qarşılıqlı məsləhətləşmələrin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Sloveniya tərəfi “Bakı Enerji Həftəsi” çərçivəsində keçiriləcək tədbirlərdə geniş tərkibdə iştiraka dəvət olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 17 Aprel 2026 16:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















