Icma.az
close
up
RU
Enerji diplomatiyası: Azərbaycanın praqmatik strateji kursu regional və beynəlxalq təhlükəsizlik faktoru kimi

Enerji diplomatiyası: Azərbaycanın praqmatik strateji kursu regional və beynəlxalq təhlükəsizlik faktoru kimi

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Beynəlxalq aləmdə çoxsaylı mötəbər beynəlxalq tədbirlərin keçirildiyi məkan kimi tanınan Bakı növbəti dəfə strateji əhəmiyyətli məsələlərin müzakirə mərkəzinə çevrilib. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları enerji təhlükəsizliyi və yaşıl keçid prosesinin vacib məqamlarını gündəmə gətirib. Bu beynəlxalq tədbirdə 24 ölkənin nümayəndələri, 7 nüfuzlu beynəlxalq maliyyə institutu və 42 aparıcı enerji şirkətinin təmsilçiləri iştirak edib.

Prezident İlham Əliyev çıxışında bildirib ki, Cənub Qaz Dəhlizi böyük uğur hekayətidir. Dövlətimizin başçısı vurğulayıb ki, birinci məqsəd əməkdaşlığın gücləndirilməsidir, çünki əməkdaşlıq olmadan enerji təhlükəsizliyi layihələrinin heç biri mümkün olmazdı. Azərbaycanın təşəbbüsü və Avropa Komissiyasının dəstəyi ilə formalaşmış bu layihə istehsalçı, tranzit və istehlakçı ölkələr arasında unikal əməkdaşlıq modelini nümayiş etdirir.
Azərbaycanın təbii qazı 12 ölkəyə, o cümlədən Avropa İttifaqının 8 üzv dövlətinə çatdırılır. Cənub Qaz Dəhlizi layihəsinin genişləndirilməsi enerji ixracında ölkəmizin mövqeyini gücləndirir və yeni sərmayələr üçün etibarlı zəmin yaradır. Hazırda Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP daxil olmaqla 3500 kilometrlik inteqrasiya edilmiş sistem tam gücü ilə fəaliyyət göstərir. Bu infrastruktur Avropanın bir sıra dövlətlərinin enerji təhlükəsizliyini təmin edən əsas arteriyalardan biridir. Cənab İlham Əliyev çıxışında qeyd edib ki, Avropada qaz təchizatımızın coğrafiyası birmənalı olaraq genişlənəcək, çünki bu gün bəzi Avropa ölkələrinin qazpaylama şəbəkəsinin yaradılmasında artıq iştirak edirik.
Azərbaycan Prezidenti, həmçinin faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatlarının xüsusən müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxmasının vacibliyini diqqətə çatdırıb. Nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, enerji çatışmazlığına səbəb ola bilər.
Yeni neft və qaz yataqlarının istismarına yaxın illərdə başlanılması planlaşdırılır. “Azəri-Çıraq-Günəşli” Dərin Qaz Strukturunda yeni hasilatın başlaması və “Abşeron” yatağında hasilatın artırılması ilə bağlı işlər artıq yekun mərhələdədir. Bu resurslar Avropa bazarlarında tələbatın artdığı bir zamanda Azərbaycanı strateji enerji təchizatçısı kimi daha da ön plana çıxaracaq.
Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində keçirilən iclas zamanı bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr və gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib. Prezident İlham Əliyev bildirib ki, Günəş və Külək Enerji stansiyalarına aid sərmayədarlarımızla artıq imzalanmış müqavilələr bizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi təmin edəcək. Bu isə daxildə təbii qaza qənaət etməyə və onun ixracına şərait yaradacaq.
Şərqi Zəngəzur və Qarabağ ərazilərində artıq qurulmuş 270 meqavatlıq hidroenerji gücü ilə yanaşı, 2030-cu ilə qədər əlavə 30 kiçik su elektrik stansiyasının da istifadəyə verilməsi planlaşdırılır. Nəticədə, Azərbaycanın 2030-cu ilə qədər 6.5 giqavatlıq ümumi yaşıl enerji potensialı yaranacaq.
18 iyul 2022-ci il tarixində imzalanmış “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” əsasında ötən dövrdə Avropaya qaz ixracı 60 faiz artıb. Əgər 2021-ci ildə ixrac 8 milyard kubmetr idisə, 2024-cü ildə bu rəqəm artıq 13 milyard kubmetrə çatıb. Bu artım Azərbaycanın uzunmüddətli enerji strategiyasının səmərəliyini və Avropa ilə əməkdaşlığın perspektivlərini təsdiq edir.
Bu vacib toplantı çərçivəsində, həmçinin yaşıl kabel layihəsinin son texniki əsaslandırma mərhələsinə çatdığı qeyd olunub. Bu kabel vasitəsilə Azərbaycandan Avropaya yaşıl enerji ötürülməsi planlaşdırılır.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları bir daha sübut etdi ki, Azərbaycan enerji təhlükəsizliyi və yaşıl keçid sahəsində qlobal səviyyədə həlledici aktordur. İstər mövcud qaz boru kəməri sisteminin genişləndirilməsi, istərsə də yaşıl enerji resurslarının inkişafı bu strateji xəttin davamlılığını təmin edir. Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, vaxt keçdikcə prosesdə iştirak edən ölkələrin və şirkətlərin sayı artır, onlar ortaq məqsəd ətrafında birləşir. Gələcək illərdə Azərbaycanın həm ənənəvi, həm də bərpaolunan enerji sahəsində tərəfdaşları üçün etibarlı və dayanıqlı təchizatçı rolu daha da güclənəcək.

Heydər Əsədov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 07 Aprel 2025 14:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri