Icma.az
close
up
RU
Enerji diplomatiyası və strateji inkişafın növbəti mərhələsi ŞƏRH

Enerji diplomatiyası və strateji inkişafın növbəti mərhələsi ŞƏRH

Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

2025-ci ilin iyun ayının 24-də Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi ölkənin enerji sahəsində əldə etdiyi tarixi uğurların davamıdır. Bu hadisə yalnız bir sənaye obyektinin istifadəyə verilməsi ilə məhdudlaşmır, o həm də Azərbaycanın iqtisadi, siyasi və geosiyasi kursunun strateji istiqamətini əks etdirən çoxvektorlu hadisədir. Dövlət başçısının bu mühüm hadisə zamanı etdiyi çıxış isə yalnız energetika sahəsi ilə bağlı deyil, Azərbaycanın milli güc arxitekturasının enerji dayaqları ilə necə möhkəmləndiyini, beynəlxalq tərəfdaşlıq imkanlarının nə dərəcədə məhsuldar olduğunu və sabitlik üzərində qurulmuş inkişaf modelinin hansı meyarlara əsaslandığını dolğun şəkildə əks etdirir.

Azərbaycan energetikasının tarixində Mingəçevir xüsusi yer tutur. Prezident İlham Əliyevin çıxışında da qeyd olunduğu kimi, hələ Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə 1974-cü ildə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulmuşdur. Bu təşəbbüs təkcə texnoloji irəliləyiş deyil, həm də Azərbaycanın sənaye və strateji düşüncə mədəniyyətinin formalaşmasının simvoluna çevrilmişdir. 1981-ci ildə bu stansiyanın ilk blokunun istismara verilməsi o dövr üçün nəhəng texnoloji nailiyyət idi. Sovet dövründə belə bir layihənin yeddi ilə başa çatması texniki baxımdan normal sayılırdı. Bununla belə, müasir Azərbaycan dövləti cəmi iki il ərzində 1880 meqavat gücündə “8 Noyabr” Elektrik Stansiyasını istifadəyə verərək keçmişlə müqayisədə nə qədər böyük irəliləyiş əldə etdiyini nümayiş etdirdi. Bu, sadəcə zaman fərqi deyil, həm də sistemli idarəetmə, kadr potensialının inkişafı, maliyyə və investisiya imkanlarının artması, yerli və beynəlxalq tərəfdaşlıqların optimal koordinasiyası nəticəsində mümkün olmuşdur.

Energetika hər bir dövlət üçün sadəcə iqtisadi sahə deyil, eyni zamanda milli təhlükəsizlik məsələsidir. Prezident İlham Əliyevin də çıxışında xüsusi olaraq bu məqama diqqət yetirməsi təsadüfi deyil. Enerji infrastrukturu üzərində nəzarət, onun təhlükəsizliyi, ehtiyatların idarə olunması və ixrac imkanları XXI əsrdə dövlətlərin geosiyasi nüfuzunu müəyyən edən əsas amillərdəndir.

Müstəqilliyin ilk illərində Azərbaycanda yaşanan enerji qıtlığı, köhnəlmiş sistemlər və texniki dayanıqsızlıq ölkənin dayanıqlı inkişafına maneə yaradırdı. Mingəçevirdə yaradılmış baza sayəsində o illərdə belə fasilələrlə enerji təminatı mümkün olmuşdu. Bugünkü reallıq isə tamamilə fərqlidir. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş və yüksək generasiya gücünə malik “8 Noyabr” Elektrik Stansiyası ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə böyük töhfə verir. Əlavə olaraq qeyd edilməlidir ki, enerji təhlükəsizliyi sadəcə daxili təminatla məhdudlaşmır. Azərbaycan bu gün həm də Avropanın enerji təhlükəsizliyinə xidmət edən bir dövlətdir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi məsuliyyət və strateji imkan deməkdir. Avropa İttifaqının Azərbaycanı “etibarlı tərəfdaş” və “Pan-Avropa qaz təchizatçısı” kimi tanıması bu kontekstdə qiymətləndirilməlidir.

Yeni elektrik stansiyasının iqtisadi faydaları çoxölçülüdür. İlk növbədə, bu obyektin istismara verilməsi daxili enerji təminatını möhkəmləndirəcək və elektrik enerjisinin ixracı üçün yeni imkanlar yaradacaq. Stansiyada yüksək səmərəliliklə çalışan avadanlıqlar şərti yanacaq sərfiyyatını əhəmiyyətli dərəcədə azaldacaq. Bu isə təbii qaza qənaət etməyə və beləliklə, ixrac üçün əlavə resursların əldə edilməsinə imkan verəcəkdir. Hazırda Azərbaycanın təbii qaz ixracı 12 ölkəyə yönəlib və bu istiqamətdə genişlənmə potensialı da mövcuddur. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, yaşıl enerji layihələri də sürətlə inkişaf edir və bu layihələr 2030-cu ilə qədər 6500 meqavat generasiya gücü təmin edəcək. Nəzərə alınarsa ki, bu gün ümumi generasiya gücü 9000 meqavat civarındadır, o zaman bu hədəfin gerçəkləşməsi ölkənin enerji ixracında keyfiyyətcə yeni mərhələyə qədəm qoyması demək olacaq. Bu, Azərbaycanın bərpaolunan enerji üzrə regional liderə çevrilməsi üçün əlverişli zəmin yaradır. Artan ixrac isə valyuta daxilolmalarının yüksəlməsi, strateji ehtiyatların artması və sosial rifahın möhkəmlənməsi deməkdir. Beləliklə, yeni stansiya həm də iqtisadi dayanıqlığın və gələcək nəsillər üçün enerji təminatının zəmanəti rolunu oynayır.

“8 Noyabr” Elektrik Stansiyasının inşasında İtaliya və Çin şirkətlərinin iştirakı Azərbaycanın çoxşaxəli və balanslı beynəlxalq əməkdaşlıq siyasətinin nəticəsidir. Prezident İlham Əliyev bu ölkələrlə strateji tərəfdaşlıq çərçivəsində imzalanmış sənədləri və son illərdə artan iqtisadi-siyasi əlaqələri xüsusi vurğuladı. Stansiyanın ərsəyə gəlməsində İtaliya və Çin şirkətlərinin mühüm rolunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın hər iki ölkə ilə strateji tərəfdaşlığının əhəmiyətindən bəhs edib. Bildirilib ki, Beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirilən bu layihə həm də xarici investorlar üçün Azərbaycanda biznes mühitinin əlverişli olduğunu, layihələrin şəffaf, sürətli və texniki cəhətdən dayanıqlı şəkildə icra edildiyini nümayiş etdirir. Bu fakt Azərbaycanın həm Avropa, həm də Asiya istiqamətində enerji diplomatiyasını uğurla qurduğunu sübut edir.

Yeni stansiyanın “8 Noyabr” adlandırılması məsələsinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu yalnız texniki layihənin adı deyil, həm də milli şüurun, qələbə ruhunun, dövlət-vətəndaş birliyinin energetika sahəsinə daşınmasıdır. Belə ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının şərəf və qürur tarixidir. Bu tarixlə adlandırılan obyektlərin gələcək nəsillər üçün mənəvi və strateji mesaj daşıdığı şübhəsizdir. Enerji kimi strateji sahədə bu adın verilməsi həm də dövlət siyasətində milli yaddaşın qorunmasına verilən önəmin bariz nümunəsidir.

Prezident çıxışında 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın Mingəçevirə və digər şəhərlərə raket hücumlarını xatırladaraq bir daha qeyd etdi ki, enerji infrastrukturu müharibələr zamanı əsas hədəflərdən birinə çevrilir. Bu fakt bir daha enerji obyektlərinin mühafizə və müdafiə baxımından strateji obyektlər olduğunu göstərir. Bu cür hücumlar beynəlxalq humanitar hüququn pozulmasıdır və hərbi cinayət kimi qiymətləndirilməlidir. Müharibədən sonra əldə olunan Zəfər isə enerji infrastrukturunun qorunması və inkişafı üçün yeni imkanlar yaratdı. Hazırda ölkədə tam sabitlik təmin olunub və bu şəraitdə belə iri enerji layihələrinin uğurla icra edilməsi Azərbaycanın gücünün və suverenlik imkanlarının artdığını göstərir.

Prezident İlham Əliyevin çıxışından aydın olur ki, Azərbaycanın enerji siyasəti təkcə bu günə deyil, uzaq perspektivlərə hesablanmışdır. 2030-cu ilə qədər yaşıl enerjinin generasiya gücünün 6500 meqavata çatdırılması, enerji effektivliyinin artırılması, təbii qaz sərfiyyatının optimallaşdırılması və ixrac imkanlarının genişləndirilməsi bu strategiyanın mühüm sütunlarıdır. Azərbaycan həm də bu siyasət əsasında “yaşıl enerji” siyasətini həyata keçirir. Bu, yalnız ekoloji məsuliyyət deyil, həm də gələcəkdə Avropa bazarlarında daha yüksək tələbatla qarşılanacaq enerji məhsullarının ixracı baxımından da iqtisadi üstünlükdür. Bu fonda “8 Noyabr” stansiyası kimi layihələr Azərbaycanın qlobal enerji tendensiyalarına uyğun strateji vizionunun göstəricisidir.

“8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın energetika tarixində yeni bir mərhələnin başlanğıcıdır. Bu stansiya texnoloji inkişaf, beynəlxalq əməkdaşlıq, milli ideologiya və iqtisadi gücün vəhdətini ifadə edir. Prezident İlham Əliyevin çıxışı bu layihənin yalnız texniki uğur deyil, həm də siyasi və milli ideoloji hadisə olduğunu aydın şəkildə göstərdi. Azərbaycan bu cür layihələr vasitəsilə öz dayanıqlı inkişaf modelini daha da möhkəmləndirir, beynəlxalq enerji xəritəsində strateji mövqeyini gücləndirir və gələcək nəsillərə təhlükəsiz, sabit və müstəqil enerji sistemi bəxş edir.

Vasif Nəbiyev

YAP Yasamal rayon təşkilatının məsləhətçisi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 30 İyun 2025 09:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri