Icma.az
close
up
RU
İnkişafın yeni strateji mərhələsi...

İnkişafın yeni strateji mərhələsi...

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı yaradılmış Komissiyanın ilk iclası keçirilib

Bu günlərdə  Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması ilə bağlı yaradılmış Komissiyanın ilk iclası keçirilib. Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, iclasda Baş nazirin müavinləri - işçi qrupların rəhbərləri, hökumət üzvləri və müvafiq qurumların nümayəndələri iştirak ediblər.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə “2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın 9 ay müddətində hazırlanması üçün Nazirlər Kabinetinə tapşırıq verilib. Həmin tapşırığın icrasının təmin edilməsi məqsədilə imzalanmış Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli Sərəncamına əsasən Strategiya və Dövlət Proqramı üzrə layihələrin hazırlanmasında aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi üçün Baş nazirin sədrliyi ilə Komissiya yaradılıb və tərkibi təsdiq edilib. Komissiyanın tərkibində Strategiyanın və Dövlət Proqramının hazırlanması üzrə iki işçi qrup yaradılıb və tərkibi təsdiqlənib, Baş nazirin müavinləri - Şahin Mustafayev və Samir Şərifov işçi qrupların rəhbəri təyin olunub.

Strategiyanın hazırlanması məqsədilə 9, Böyük Qayıdış Dövlət Proqramı üzrə isə 4 alt işçi qrup yaradılıb.

Qalib Azərbaycanın yeni reallıqları

Dinamik inkişaf templərinə malik olan Azərbaycan özünün yaxın və uzaq hədəflərini konseptual əsaslarla müəyyənləşdirir. Bu zaman bir sıra fundamental amillər, o cümlədən ölkənin potensialı, mövcud reallıqları, yeni qlobal çağırışlar nəzərə alınır və uğurlu koordinasiya təmin edilir. Prezident İlham Əliyevin 2025-ci il 30 may tarixində imzaladığı “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında müvafiq sərəncam bunun növbəti təsdiqidir.

Sosial-iqtisadi inkişafla bağlı yeni strategiyanın hazırlanması zərurəti ölkəmizin yeni reallıqları ilə şərtlənir. Azərbaycan hazırda öz inkişafının keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub. 2030-cu ilədək olan dövrü əhatə edən indiki strateji mərhələdə respublikamız qüdrətli dövlət və yüksək rifah cəmiyyəti quruculuğunu hədəfləyib. Bu barədə Prezident İlham Əliyevin 22 iyul 2022-ci il tarixində imzaladığı müvafiq sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda bildirilib. Sənəddə vurğulanır ki, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında tərəqqi yolunda inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz tarixi ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir. İclasda Baş nazir Əli Əsədov bildirib ki Azərbaycan 44 günlük müharibə və pandemiyadan sonra yaranmış vəziyyətə, yeni şərtlərə və resurslara əsaslanaraq 2021-2030-cu illəri əhatə edən strateji hədəflər müəyyənləşdirib. Bu strateji hədəflər Prezident İlham Əliyevin imzaladığı sərəncamda 5 Milli Prioritet kimi öz əksini tapıb. Milli Prioritetlərin həyata keçirilməsi məqsədilə dövlətimizin başçısının 2022-ci ildə imzaladığı sərəncamlarına əsasən “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Böyük Qayıdışa dair I Dövlət Proqramı” qəbul edilib. Strategiyanın həyata keçirilməsi üçün bugünədək dövlət büdcəsindən 7 milyard manat vəsait ayrılıb, nəzərdə tutulmuş tapşırıqlar təqribən 78 faiz səviyyəsində icra olunub. Ayrı-ayrı illər üzrə əldə olunan nəticələr əvvəlki strategiyada ifadə olunan proqnozların tam şəkildə doğrulduğunu əyani şəkildə təsdiqləyir. 2024-cü ildə Azərbaycanda ümumi daxili məhsul real ifadədə 4,1 faiz artaraq, 121,3 milyard manat proqnoza qarşı 126,3 milyard manat təşkil edib. Ötən ildə adambaşına düşən ÜDM 3,6 faiz artaraq 12,4 min manat olub. Qeyri-neft-qaz sektorunda 6,2 faizlik real artım qeydə alınıb. Fiskal və monetar siyasətlərin sıx əlaqələndirilməsi milli valyutanın mübadilə məzənnəsinin sabitliyini təmin edib. Ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 6,4 faiz artaraq 83,1 milyard manat təşkil edib, hər nəfərə düşən gəlir orta hesabla 8144,1 manata çatıb. Cari ilin əvvəlinə ölkənin valyuta ehtiyatları 71 milyard ABŞ dolları təşkil edib.

Dövlət başçısının sərəncamına əsasən yeni inkişaf strategiyası hazırlanarkən bu münbit zəminə istinad olunacaq. Mövcud imkanlara və potensial əsas götürülməklə yaranan qlobal çağırışlara adekvat hədəflərin müəyyənləşdirlməsi isə ölkəmizin inkişaf çərçivələrini daha da genişləndirəcək. Hazırda müasir dövlət kimi inkişaf edən Azərbaycan 4-cü sənaye inqilabının hədəflərinə doğru inamlı addımlar atır. Yeni  mərhələ qlobal iqtisadi qütbləşmənin dərinləşməsi, texnoloji tərəqqinin sürətlənməsi, eləcə də süni intellekt əsaslı texnologiyaların geniş tətbiqi ilə səciyyələnir. Azərbaycanın yeni inkişaf strategiyası elə qurulmalıdır ki, ölkəmiz artan xarici təhdidləri önləməklə inkişafın ardıcıllığını təmin edə bilsin.

Təxminən 79 faiz icra olunan “Böyük Qayıdışa dair I Dövlət Proqramı”

İkinci Qarabağ müharibəsindən əvvəl dövlətimizi və xalqımızı qayğılandıran əsas məsələ işğal faktına son qoyulması və ölkənin ərazi bütövlüyünün təmin edilməsi idi. Rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsində bu missiyanı yüksək səviyyədə həyata keçirdi. Müzəffər Silahlı Qüvvələrimizin 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində həyata keçirdiyi uğurlu döyüş əməliyyatları və Prezident İlham Əliyevin müdrik diplomatik gedişləri sayəsində üç onillik ərzində düşmənin nəzarətində qalan ərazilərimiz hərbi-siyasi yolla işğaldan azad edildi, həmçinin torpaqlarımızda separatizmin kökü kəsildi. Yeni reallıqlarla səciyyələnən postmüharibə dövründə  hədəflərimiz dəyişib. İndiki mərhələdə 44 günlük müharibədə işğaldan azad edilən ərazilərə Böyük Qayıdışın təmin edilməsi Azərbaycanın gündəliyində duran əsas məsələlər sırasında yer alır. Sözügedən ərazilərə Böyük Qayıdışın təmin edilməsi ölkəmizdə 2030-cu ilədək olan dövrü əhatə edən yeni strateji mərhələdə 5 milli prioritetdən biri kimi müəyyənləşdirilib. Hədəflərin müəyyənləşdirilməsi öz yerində. Azərbaycan həm də güclü və məsuliyyətli dövlət kimi qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. Hazırda işğaldan azad olunmuş ərazilərin məskunlaşdırılması uğurla davam etdirilir. İyunun 24-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə və Ağdam rayonunun Sarıcalı kəndinə yola salınıb. Bu mərhələdə 40 ailə - 146 nəfər Həsənrizə, 1 ailə - 4 nəfər isə Sarıcalıya köçürülür.

Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzura köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 minə yaxın insan yaşayır. İclasda bildirilib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79 faizdir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21,6 milyard manat vəsait ayrılıb. Azad olunmuş ərazilərdə şəhər, qəsəbə və kəndlər üzrə 15 yaşayış məntəqəsinin ilkin mərhələdə inşası tamamlanıb, əhalinin yaşayışı, iqtisadi fəaliyyətə reinteqrasiyası təmin olunub. Hazırda 27 yaşayış məntəqəsinin tikintisi, 25 yaşayış məntəqəsinin təmir-bərpası həyata keçirilir. 21 yaşayış məntəqəsinin isə təməli qoyulub.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 26 İyun 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see471

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see457

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see382

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see228

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see224

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see215

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see208

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see207

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see190

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see188

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see182

Xəzərdə təhlükə böyüyür: Bakı dünyanı hərəkətə keçməyə çağırır

09 Oktyabr 2026 18:19see182

Həkimlərə əməliyyata görə 80 manat ödənilməsinə qurumdan rəsmi cavab

09 Oktyabr 2026 19:18see181

Nazir Roza Zərgərlini qəbul etdi

09 Oktyabr 2026 16:08see179

Pensiyaçılara üç aydan bir əlavə 30 manat ödənilir? RƏSMİ AÇIQLAMA

09 Oktyabr 2026 18:31see178

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see174

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see173

Azərbaycanda bu valyutalar bahalaşdı Rəsmi

09 Oktyabr 2026 09:13see172

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see168

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri