Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Türkiyə ilə enerji əməkdaşlığında yeni mərhələ

Türkiyə ilə enerji əməkdaşlığında yeni mərhələ

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Türkiyədə yerləşən “Gama Enerji İç Anadolu” elektrik stansiyasının idarəçiliyi bundan sonra Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən həyata keçiriləcək. Bu barədə müqavilə dünən Bakıda keçirilən II Azərbaycan–Türkiyə İnvestisiya Forumu çərçivəsində imzalanıb. Sazişə SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Gama Enerji” şirkətinin rəhbəri Hakan Əhməd Özman imza atıblar.

Sənədə əsasən, 870 meqavatlıq elektrik stansiyasının 100 faiz payı SOCAR-a məxsus olacaq. Sövdələşmənin dəyəri 225 milyon ABŞ dolları təşkil edir. Bu investisiya SOCAR-ın Türkiyədə enerji istehsalı sahəsində mövqelərini gücləndirməklə yanaşı, Azərbaycan və Türkiyə arasında strateji enerji əməkdaşlığının daha da dərinləşməsinə xidmət edir.

Xatırladaq ki, “Gama Enerji İç Anadolu” elektrik stansiyası 2002-ci ildə təsis edilmiş GAMA Holding tərəfindən inşa olunub. Türkiyənin köklü sənaye qrupu olan qurum ölkənin artan elektrik enerjisi tələbatını qarşılamaq, müasir və səmərəli enerji istehsalı texnologiyalarına yatırım etmək, eləcə də uzunmüddətli və dayanıqlı enerji layihələri həyata keçirmək məqsədilə yaradılıb. Şirkət qısa müddətdə təbii qaz, su elektrik stansiyaları və külək enerjisi sahələrində iri layihələrə imza atıb.

GAMA Holding 2013-cü ilin dekabrında İç Anadolu Doğalgaz Kombine Çevrim Elektrik Stansiyasının tikintisinə başlayıb. 2014-2015-ci illər ərzində həyata keçirilən layihə çərçivəsində mühüm infrastruktur işləri görülüb; qaz və buxar turbinlərinin quraşdırılması, eləcə də elektrik ötürmə xətlərinin çəkilişi başa çatdırılıb. Qardaş ölkənin Kırıkkale vilayətində yerləşən stansiyanın tikintisində minlərlə mühəndis və texnik çalışıb.

2016-cı ilin ortalarında burada ilk sınaq istehsalının həyata keçirilməsinə start verilib. İlin sonunda isə stansiya tam gücdə kommersiya istehsalına başlayıb. Burada 2 qaz və 1 buxar turbini, eləcə də istilik bərpa qazanları quraşdırılıb. 840 meqavatlıq güclə istismara verilmiş stansiyanın imkanları getdikcə artırılaraq 2023-cü ildə 870 meqavata çatdırılıb. Bu artıma isə texniki optimallaşdırma və avadanlıqların yenilənməsi hesabına nail olunub.

Stansiyada qaz turbinindən çıxan isti qazlar boşuna buraxılmır, həmin istiliklə buxar istehsal edilir və əlavə elektrik alınır. İstehsal prosesində ətrafa buraxılan karbon emissiyalarının miqdarı isə minimum səviyyədədir. Yeni və müasir texnologiyalar əsasında fəaliyyət göstərən stansiyada az qaz sərfi ilə daha çox elektrik enerjisi istehsal olunur. Burada Avropa standartlarına uyğun nəzarət sistemləri tətbiq edilir.

Ötən müddətdə Türkiyənin ən strateji qaz-elektrik stansiyalarından birinə çevrilmiş “Gama Enerji İç Anadolu”nun illik istehsal gücü 6000 – 6300 kilovat-saat təşkil edir. Stansiyanın qaz təchizatı Samsun–Ankara magistral kəməri vasitəsilə həyata keçirilir. Burada istehsal olunmuş elektrik enerjisi isə 380 kilovoltluq yüksək gərginlik xətlə sistemə ötürülür. Bütün bu işlər Türkiyənin məşhur şirkəti BOTAŞ tərəfindən həyata keçirilir.

Stansiya hazırda Ankara şəhərinin və Anadolunun sənaye zonalarının elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Ümumilikdə isə, Türkiyənin enerji təhlükəsizliyində əsas rol oynayan “Gama Enerji İç Anadolu” müasir və strateji qaz elektrik stansiyasıdır. Obyektin iqtisadi əhəmiyyətinə gəldikdə isə, onun ərsəyə gətirilməsinə 900 milyon ABŞ dolları investisiya yönəldilib. Bunun da hesabına minlərlə iş yeri yaradılıb. Stansiyanın fəaliyyətə başlaması qardaş ölkədə sənayenin davamlı enerji təminatını gücləndirilib.

Mirbağır YAQUBZADƏ
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri