Icma.az
close
up
RU
Enerji keçidi strateji hədəflər sırasında

Enerji keçidi strateji hədəflər sırasında

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Yaşıl enerji” siyasəti son illərdə ölkənin iqtisadi və ekoloji strategiyasının əsas istiqamətlərindən birinə çevrilib. Qlobal iqlim çağırışları, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf məqsədləri fonunda Azərbaycan bərpaolunan enerji mənbələrinin genişləndirilməsini prioritet elan edib. Bu çərçivədə külək, günəş və hidroenerji potensialının reallaşdırılması üçün ardıcıl institusional və hüquqi addımlar atılır. Qəbul edilən dövlət proqramları və strategiyalar bərpaolunan enerji layihələrinin təşviqini, özəl sektorun prosesə cəlb olunmasını və xarici investisiyalar üçün əlverişli mühitin yaradılmasını hədəfləyir.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi vəzifəsini müvəqqəti icra edən İqor Qarafuliç Beynəlxalq Təmiz Enerji Günü münasibətilə təşkil olunan dəyirmi masada çıxışında bildirib ki, Azərbaycan 2035-ci ilə qədər emissiyaların 40 faiz azaldılmasına sadiqdir. Bu, iqlim tədbirlərini sürətləndirmək üçün milli qətiyyətin güclü bir siqnalıdır.

Azərbaycan, həmçinin “SDG7: Əlverişli və Təmiz Enerji” istiqamətində nəzərəçarpacaq irəliləyişlər əldə edir: “BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının (UNESCAP) dəstəyilə hökumət bərpaolunan enerjinin genişləndirilməsinə, enerji səmərəliliyinin artırılmasına və Qarabağ və Şərqi Zəngəzur İqtisadi Bölgələrində və Naxçıvanda “yaşıl enerji” zonalarının yaradılmasına yönəlmiş milli SDG7 Yol Xəritəsi hazırlayır. Həmçinin hökumətin bərpaolunan enerjiyə özəl investisiyaların cəlb edilməsinə xüsusi diqqət yetirdiyini görürük. Cənubi Qafqazda ən böyük külək elektrik stansiyası olan “ACWA Power” və “Power China” ilə əməkdaşlıq çərçivəsində hazırlanmış 240 meqavat gücündə külək elektrik stansiyasının bu yaxınlarda açılışı bu öhdəliyin nümunəsidir”.

BMT rəsmisi onu da vurğulayıb ki, 2026-2030-cu illər üçün Davamlı İnkişaf Əməkdaşlıq Çərçivəsi üzrə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi hökumətə iddialı “NDC3.0” hədəflərinin həyata keçirilməsində və “SDG7”yə doğru irəliləyişdə CECECO ilə əməkdaşlıq vasitəsilə dəstək verməyə hazırdır.

Qeyd edək ki, bu günlərdə Prezident İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə ölkənin “yaşıl enerji” strategiyası ilə bağlı fikirlərini bölüşmüşdü. Dövlət başçısı bildirib ki, artıq iki iri bərpaolunan enerji elektrik stansiyasını istismara verilib və növbəti 6 il ərzində günəş və külək enerjisi üzrə istehsal gücü əhəmiyyətli dərəcədə artırılacaq: “Başqa sözlə, 2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələr bağlamışıq və hazırda enerji toplanması qurğuları barədə düşünürük. İlk yer artıq müəyyən edilib”.

Yeri gəlmişkən, bərpaolunan enerjiyə artan maraq fonunda ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində bu sahəyə məqsədyönlü investisiyalar yönəldilir. Azərbaycan təkcə “yaşıl enerji”nin istehsalı ilə kifayətlənmir, eyni zamanda onun beynəlxalq bazarlara ixracını da strateji hədəf kimi müəyyənləşdirir. Bu konteksdə Xəzər-Qara dəniz-Avropa yaşıl dəhlizi xüsusi diqqət çəkir.

Bir məsələnidə vurğulayaq ki, Azərbaycan bərpaolunan enerji sahəsində beynəlxalq əməkdaşlığı genişləndirərək aparıcı xarici şirkətləri ölkəyə cəlb edir. Bu əməkdaşlıqlar həm istehsal güclərinin yaradılmasını, həm də texnologiya, maliyyə və idarəetmə təcrübəsinin transferini əhatə edir. Hazırda əsas tərəfdaşlar BƏƏ-nin “Masdar”, Səudiyyə Ərəbistanının “ACWA Power”, Böyük Britaniyanın BP və Çinin “Power China” şirkətləridir. “Masdar” ölkəmizdə 262 milyon ABŞ dolları dəyərində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyası inşa edib. Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır.

Bundan başqa, yaxın günlərdə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən inşa edilən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının açılışı olub. Şirkətin Azərbaycandakı fəaliyyəti bununla bitmir. Xəzər-Qara dəniz-Avropa marşrutu boyunca "yaşıl enerji"nin ixracı layihəsi çərçivəsində yaradılan Yaşıl Enerji Dəhlizi (GECO, Black Sea Energy) birgə müəssisəsi və "ACWA Power" yaxın aylarda birgə əməkdaşlıq planı hazırlayacaqlar. Sözügedən razılaşma şirkətlərin onlayn görüşü zamanı qəbul edilib. Həmçinin görüş çərçivəsində əməkdaşlığın mümkün perspektiv istiqamətləri müzakirə olunub. Analoji danışıqlar Mərkəzi Asiya-Azərbaycan Transxəzər "yaşıl enerji" kabeli layihəsi çərçivəsində də aparılıb.

Xatırladaq ki, Xəzər–Qara dəniz–Avropa yaşıl dəhlizi layihəsi üzrə birgə müəssisənin yaradılması haqqında Anlaşma Memorandumu 25 iyul 2023-cü il tarixində Gürcüstan, Macarıstan, Rumıniya və Azərbaycan arasında imzalanıb. Layihənin əsas mahiyyəti Azərbaycanın bərpa olunan enerji potensialının – xüsusilə külək və günəş enerjisinin – elektrik enerjisinə çevrilərək Gürcüstan üzərindən Qara dənizin dibi ilə Rumıniyaya çatdırılacaq. Sualtı kabelin uzunluğu 1155 km-dən çox olacaq (1115 km suyun altında və 40 km quruda), gərginliyi 525 kV, gücü isə 1 300 MVt olacaq. Qara dəniz vasitəsilə sualtı elektrik kabelinin tikintisinin 2032-ci ildə başa çatması planlaşdırılır.

Günəş enerjisi sahəsində böyük potensiala malik olan Qazaxıstan və Özbəkistanla əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüsü ilə formalaşan Mərkəzi Asiya–Azərbaycan enerji dəhlizi gələcək perspektivdə Xəzər–Qara dəniz marşrutu ilə əlaqələndirilə bilər. Bu yanaşma Mərkəzi Asiyanın geniş ərazilərinin iki dəniz üzərindən Avropa enerji bazarları ilə birləşdirilməsinə imkan yaradacaq.

Bu kontekstdə, 2025-ci il aprelin 4-də Azərbaycan, Qazaxıstan və Özbəkistan Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) dəstəyi ilə “Xəzər yaşıl enerji dəhlizi” təşəbbüsünün birinci mərhələsinin icrasına start verilməsi barədə razılıq əldə ediblər.

Musa BAĞIRLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Yanvar 2026 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yusif Həsənbəy xəstəxanaya yerləşdirildi: Vəziyyəti ağırdır

10 May 2026 01:01see201

Nasistlərin deportasiya məkanında Fələstin düşərgəsi quruldu

10 May 2026 02:32see188

Görüşmək istəyən Moskvaya gəlsin Putindən Zelenskiyə

10 May 2026 01:17see181

İmtahan səhəri bu qidaları yeyin Yüksək nəticə üçün...

09 May 2026 23:13see175

Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər Video

10 May 2026 23:58see173

Yeni veliosped və skuter zolaqları birləşdirilir VİDEO

10 May 2026 04:54see171

Müğənnilərin TOY QİYMƏTLƏRİ 3500 20000 AZN SİYAHI

10 May 2026 07:02see169

Bundesliqa: Bayern ə 1 qol bəs etdi

10 May 2026 01:44see167

Autsayderlərin matçında 5 qol

10 May 2026 00:08see166

Tramp: İran 20 ilə bərpa edəcək

11 May 2026 02:13see166

Prezident şirkət direktoruna yüksək vəzifə verdi

11 May 2026 04:53see165

Müşahidə adı ilə geosiyasi oyunlar: “Revanşist çağırışlar sülhü riskə atır” Siyasi ekspert

10 May 2026 17:37see163

Suraxanıda yeniyetmə xilas edildi FHN məlumat yayıb

11 May 2026 02:20see160

Cüdoçularımızdan 9 medallı NƏTİCƏ

11 May 2026 02:06see160

Laboratoriyada insan böyrəyi yaradıldı 60 saat fasiləsiz işləyir

10 May 2026 03:54see158

Qərib Azər yenidən efirə qayıdır VİDEO

11 May 2026 04:15see157

Zemfira Meftahətdinova: Azərbaycanın Olimpiya uğurları Ulu Öndərin qoyduğu möhkəm təməlin nəticəsidir

10 May 2026 15:59see156

Bloomberg: Qlobal neft ehtiyatları 270 milyon barel azalıb

09 May 2026 22:55see154

Putin İrəvana referendumla boşanmağı təklif etdi

09 May 2026 23:19see154

“Sabah” “Sent Patriks”: neçə bilet satılıb?

11 May 2026 01:11see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri