Icma.az
close
up
RU

Enerji keçidinin maliyyələşdirilməsi mövzusunda panel müzakirə keçirilib

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Enerji keçidinin maliyyələşdirilməsində suveren rifah fondlarının rolu” mövzusunda panel müzakirə keçirilib.


APA xəbər veriri ki, tədbir COP29 çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Suveren Fondların Beynəlxalq Forumu (SFBF) birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirə “Ithmar Capital” şirkətinin İcraçı direktoru - SFBF-nin Sədri, Obaid Amrane və ARDNF-nin İcraçı direktoru – SFBF-nin Sədr müavini İsrafil Məmmədovun açılış nitqləri ilə start verilib.

“Sərvət fondları olaraq, davamlı inkişafa xidmət edəcək kapitalın cəlb olunmasında nümunə yaratmaq üçün mövcud imkanlarımızla yanaşı, həm də məsuliyyət daşıyırıq. Bu gün COP29 çərçivəsindəki əməkdaşlığımız, uzunmüddətli və strateji investisiyalar vasitəsilə enerji keçidinin maliyyələşdirilməsi və iqlim problemlərinin həllində ortaq öhdəliyimizi bir daha əks etdirir” - deyə SFBF-nin Sədri Obaid Amrane qeyd edib.

İsrafil Məmmədov deyib ki, “Azərbaycanın dövlət büdcəsinə əhəmiyyətli töhfə verən ARDNF ölkənin dayanıqlı inkişaf gündəminin və enerji keçidinin maliyyələşdirilməsində də mühüm rol oynayır. Santiyaqo Prinsiplərinə uyğun olaraq güclü idarəetməni təmin etməklə, biz iqtisadi sabitliyi möhkəmləndirməyə və dayanıqlı gələcəyə doğru irəliləyişə sadiqliyimizi nümayiş etdiririk".

Panel iştirakçıları investisiya mühitində keçid maliyyəsinin inteqrasiyası, emissiyaların azaldılması, aktivlərin bölgüsü və risk-gəlir gözləntilərinin idarə edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Müzakirələrdən sonra SFBF üzv SSF-lərin portfellərinin dekarbonizasiyasını dəstəkləmək, dayanıqlı maliyyə üçün tərəfdaşlıqları gücləndirmək və iqlim maliyyələşdirilməsini genişləndirmək öhdəliyini bir daha təsdiq edən kommünike elan edib. Kommünikedə xüsusilə inkişaf etməkdə olan ölkələrdə, innovativ maliyyə alətlərinin yaradılmasının, şəffaflığın təşviqinin və ədalətli enerji keçidinin əhəmiyyəti vurğulanıb. Sözügedən sənəddə, həmçinin qeyd olunub ki, SFBF iqlim dəyişikliyi ilə mübarizəyə kapital cəlb etmək üçün fəaliyyətlərini davam etdirəcək və bu istiqamətdə növbəti tədbirlər Belen, Braziliyada keçiriləcək COP30 və qarşıdakı BMT-nin İqlim Dəyişikliyi Konfranslarında baş tutacaqdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Noyabr 2024 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri