Icma.az
close
up
RU
Enerji sektoruna strateji baxışın real nəticəsi

Enerji sektoruna strateji baxışın real nəticəsi

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Uzun illər ərzində qlobal enerji bazarında etibarlı neft – qaz ixracatçısı kimi tanınan Azərbaycanın enerji strategiyası yalnız ənənəvi resursların ənənəvi üsullarla hasilatı ilə məhdudlaşmır. Son illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü siyasət göstərir ki, ölkəmiz eyni zamanda bərpaolunan enerji mənbələrini milli inkişafın əsas sütunlarından birinə çevirməkdədir. Bu baxımdan 240 meqavat gücə malik olan “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi Azərbaycanın enerji tarixində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşdırılan enerji siyasəti bir tərəfdən ölkənin enerji təhlükəsizliyini möhkəmləndirir, digər tərəfdən isə iqtisadiyyatın karbonsuzlaşdırılması, enerji mənbələrinin şaxələndirilməsi və yaşıl enerjiyə keçidin sürətləndirilməsini hədəfləyir. “Xızı–Abşeron” layihəsi bu strateji baxışın real nəticəsidir. Burada söhbət yalnız ekoloji baxımdan əhəmiyyətli təşəbbüsdən deyil, milli enerji sisteminə birbaşa təsir göstərən, sənaye miqyaslı strateji infrastruktur obyektindən gedir.

Layihənin “ACWA Power” kimi beynəlxalq nüfuza malik şirkət tərəfindən icra edilməsi Azərbaycanın investisiya mühitinə olan yüksək etimadın göstəricisidir. Uzunmüddətli elektrik alqı-satqı müqavilələrinə əsaslanan bu model dövlət–özəl tərəfdaşlığının enerji sektorunda uğurlu tətbiqinin bariz nümunəsidir. Bu yanaşma həm maliyyə risklərini minimuma endirir, həm də gələcək günəş və külək elektrik enerji stansiyaları üçün institusional baza yaradır.

“Xızı–Abşeron” Külək Elektrik Stansiyası gücünə görə bu günə qədər Azərbaycanda inşa edilən ən iri külək elektrik stansiyası olmaqla yanaşı, Cənubi Qafqaz regionunda da aparıcı layihələrdən biridir. İllik 800–900 milyon kilovat-saat həcmində elektrik enerjisi istehsalı yüz minlərlə ev təsərrüfatının tələbatını ödəməyə imkan verir. Bunun nəticəsində elektrik istehsalında təbii qazdan asılılıq azalır, daxili bazarda qənaət olunan qaz isə ixraca yönəldilir. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu daha da gücləndirir. Hazırda 12-dən çox ölkəyə qaz ixrac edən Azərbaycan üçün yaşıl enerjiyə keçid iqtisadi səmərəliliklə yanşı həm də geosiyasi əhəmiyyət daşıyır.

Azərbaycanın yaşıl enerji siyasəti beynəlxalq müstəvidə də yüksək qiymətləndirilir. 2024-cü ildə Bakıda COP29-a ev sahibliyi edilməsi ölkəmizin iqlim gündəliyinə sadiqliyini və qlobal məsuliyyətini açıq şəkildə nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışlarında dəfələrlə vurğulandığı kimi, Azərbaycanın məqsədi bərpaolunan enerjini alternativ seçim deyil, uzunmüddətli inkişaf strategiyasının əsas elementi kimi formalaşdırmaqdır. 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payının təxminən 30 faizə çatdırılması hədəfi məhz bu cür irimiqyaslı layihələr hesabına real məzmun qazanır.

Bu strategiyanın mühüm istiqamətlərindən biri də yaşıl enerji avadanlıqlarının ölkə daxilində istehsalıdır. Günəş panelləri və külək turbinləri kimi yüksək texnoloji məhsulların Azərbaycanda istehsalı həm maliyyə resurslarına qənaət etməyə, həm də gələcəkdə ölkəmizin bu texnologiyaların ixracatçısına çevrilməsinə imkan yaradacaq. Beləliklə, yaşıl enerji yalnız enerji mənbəyi deyil, eyni zamanda sənaye, ixrac və texnoloji inkişaf alətinə çevrilir.

“Xızı–Abşeron” zonasının yüksək külək potensialı gələcəkdə daha geniş enerji klasterinin formalaşdırılması üçün əlverişli imkanlar açır. Buraya enerji saxlanması sistemləri, ağıllı şəbəkələr və rəqəmsal idarəetmə texnologiyalarının inteqrasiyası daxildir. Xüsusilə süni intellekt və böyük məlumat mərkəzlərinin yüksək enerji tələbatı nəzərə alındıqda, Prezident İlham Əliyevin enerji siyasətində bərpaolunan mənbələrə verdiyi önəm ölkənin texnoloji gələcəyi ilə birbaşa bağlıdır.

Ümumilikdə, “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi göstərir ki, Azərbaycanın alternativ enerjiyə keçidi artıq strateji niyyət mərhələsindən çıxaraq praktiki reallığa çevrilib. Bu layihə Prezident İlham Əliyevin həyata keçirdiyi enerji və iqlim siyasətinin ardıcıllığını, dayanıqlılığını və uzunmüddətli baxışa əsaslandığını bir daha təsdiqləyir. Azərbaycan bu gün ənənəvi enerji ölkəsindən yaşıl iqtisadiyyat modelinə doğru inamla irəliləyir və bu yol milli təhlükəsizlik, iqtisadi inkişaf və qlobal məsuliyyət prinsiplərinə söykənir.

Cavanşir Feyziyev
Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:135
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see322

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see272

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see229

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see225

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see222

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see220

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see219

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see216

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see215

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see212

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see203

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see200

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see194

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see193

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see183

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see181

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see180

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see179

Yeni yaranan planet aşkarlandı

23 Sentyabr 2026 22:47see170

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri