Icma.az
close
up
RU
Enerji təhlükəsizliyi: strateji düşüncə, dayanıqlı siyasət və etibarlı beynəlxalq tərəfdaşlıq

Enerji təhlükəsizliyi: strateji düşüncə, dayanıqlı siyasət və etibarlı beynəlxalq tərəfdaşlıq

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İyunun 2-də Bakı Ekspo Mərkəzində öz işinə başlayan Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər Azərbaycanın qlobal enerji gündəliyini müəyyənləşdirən əsas aktorlardan olduğunu bir daha nümayiş etdirir. Rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev enerji sahəsində əldə olunan nailiyyətləri və gələcəyə dair prioritetləri əhatəli şəkildə təqdim edib.

Azərbaycanın çoxvektorlu və praqmatik enerji strategiyası istər siyasi, istər sosial-iqtisadi, istərsə də digər sahələrdə mühüm nailiyyətlərin əldə olunmasını şərtləndirib. Məlum olduğu kimi, ölkəmizdə ilk neft-qaz sərgisi 1994-cü ildə keçirilib, ardınca isə enerji sahəsində dönüş nöqtəsi olan və “Əsrin müqaviləsi” adlandırılan beynəlxalq saziş imzalanıb. Bütün bunlar təkcə iqtisadi deyil, həm də siyasi müstəqilliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Hazırda neft və qazın Azərbaycanın ÜDM-dəki payı 30 faizdən artıqdır. Ölkənin xarici borcu ÜDM-in 7 faizindən aşağı, maliyyə ehtiyatları isə borcu 14 dəfə üstələyir. Bu göstəricilər həm iqtisadi sabitlik deyil, həm də təbii resursların düzgün idarə olunmasının göstəricisidir. Eyni zamanda, yoxsulluğun 5 faizə enməsi, savadlılıq səviyyəsinin 100 faizə çatması kimi sosial göstəricilər enerji gəlirlərinin cəmiyyətin rifahı üçün effektiv yönləndirildiyini sübut edir. Dövlətimizin təşəbbüsü ilə reallaşdırılan Cənub Qaz Dəhlizi Xəzər dənizindən Aralıq dənizi sahillərinədək uzanan 3500 kilometrlik bir enerji arteriyasıdır. Həmin layihə çərçivəsində Azərbaycan 12 ölkəyə qaz ixrac edir və bu coğrafiya genişlənməkdədir. Təbii qaz ixracı artıq 25 milyard kubmetrə çatıb, 2030-cu ilədək isə bu rəqəmin 8 milyard kubmetr artırılması planlaşdırılır. Sabit tranzit marşrutları və infrastruktur sərmayələri nəticəsində açıq dənizə çıxışı olmayan Azərbaycan artıq Avrasiyanın vacib enerji və nəqliyyat qovşağına çevrilib.
Ölkəmizin enerji siyasəti karbohidrogen ehtiyatlarının istehsalı ilə məhdudlaşmır, eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişafını da əhatə edir. Bakı Enerji Həftəsinin açılış mərasimində Prezident İlham Əliyevin qeyd etdiyi kimi, imzalanmış müqavilələrə və sərmayə öhdəliklərinə əsasən, biz 2030-cu ilədək 6,5 giqavat həcmində istehsal edilə biləcək bərpaolunan enerji gücünə malik olacağıq. Dövlətimizin başçısı vurğulayıb ki, bu da bizim ümumi enerji istehsalımızın 35 faizdən çoxunu təşkil edəcək. Bu strateji yanaşma nəticəsində daxili tələbatın ödənilməsi ilə yanaşı, qaz istehlakında qənaət hesabına ixrac həcmləri artırılacaq.
COP29-un Bakıda keçirilməsi Azərbaycanın yaşıl gündəlik sahəsində qlobal dialoqun önündə yer aldığını nümayiş etdirir. Bu proses çərçivəsində inkişafda olan ölkələrə ayrılan maliyyə dəstəyi 100 milyarddan 300 milyarda çatdırılmış, karbon bazarı işlək mexanizmə çevrilib. Əsas məqamlardan biri də enerji siyasətində istehsalçı, tranzit və istehlakçı ölkələr arasında maraqlar balansının qorunmasıdır. Bu prinsip Azərbaycanın həm ənənəvi, həm də yaşıl enerji sahəsində etibarlı tərəfdaş kimi qəbul olunmasına yol açıb. Konfrans çərçivəsində Qlobal Cənub və Şimal arasında körpü yaratmaq təşəbbüsü isə Azərbaycanın beynəlxalq etimad mühitinin təmin olunmasında rolunun artdığını göstərir. İnkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi də ölkəmizin qlobal enerji liderliyi ilə yanaşı, ədalətli enerji keçidinə dəstəyini sübut edir. Dövlətimizin başçısı çıxışında vurğulayıb ki, bizim COP29-la bağlı gündəliyimiz çox praqmatik idi: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır”.
Bakı Enerji Həftəsi bir daha nümayiş etdirir ki, Azərbaycan enerji sahəsində sadəcə resurs ixracatçısı deyil, həm də strateji düşüncəyə, dayanıqlı siyasətə və beynəlxalq tərəfdaşlıqlara əsaslanan yeni enerji təhlükəsizliyi modelinin təşəbbüskarıdır. Uğurlu enerji strategiyası ilə başlayan yolda yaşıl gələcəyə doğru inamla irəliləyirik.

Asif Əsgərov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 10 İyun 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see265

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see237

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see234

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see227

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see227

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see186

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see172

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see167

Sifarişlə adam öldürmüşdü ALMANİYADAN GƏTİRDİLƏR

10 Dekabr 2025 09:37see147

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see146

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see146

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see146

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see135

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see133

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see131

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see130

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see129

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see129

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see127

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri