Icma.az
close
up
RU
“Enterprise Azerbaijan” portalı Qubada təlim və infosessiya keçirib

“Enterprise Azerbaijan” portalı Qubada təlim və infosessiya keçirib

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qubada İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalı və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı, Quba İş Adamlarına Dəstək Platforması  (QİAD) və Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı ilə təlim-mentorluq proqramı keçirilib. “Elmin kommersiyalaşdırılması: startap layihələrinin formalaşdırılması və inkişafı” mövzusunda ADPU-nun Quba filialında təşkil olunan proqram regionda innovasiya və startap ekosisteminin inkişafına töhfə vermək məqsədi daşıyıb. 

“Enterprise Azerbaijan” portalının rəhbəri, dosent İsa Qasımov startap layihələrinin ideyadan bazara çıxarılması, elmi tədqiqatların kommersiyalaşdırılması, startapların formalaşdırılması və inkişaf mərhələləri, eləcə də investisiya imkanları barədə ətraflı məlumat verib. Təlim iştirakçıları real nümunələr əsasında praktiki biliklər əldə edib, öz layihələrini daha sistemli qurmaq imkanı qazanıblar.

Sonra “Enterprise Azerbaijan” portalının həyata keçirdiyi “Startup School 4: Beş qitə – 500 startap” qlobal innovasiya proqramı ilə bağlı infosessiya keçirilib. Bildirilib ki, təlimlər nəticəsində Qubada formalaşacaq startap layihələrinə də bu proqram çərçivəsində dəstək göstəriləcək.

Tədbirdə tərəfdaş qurumların nümayəndələri çıxış edərək regionda sahibkarlığın və innovativ təşəbbüslərin inkişafı istiqamətində görülən işləri, eləcə də bilik iqtisadiyyatının formalaşdırılmasında universitetlərin rolunu  vurğulayıblar. 

QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov bildirib ki, sahibkarlığın inkişafı üçün regionlarda praktiki təlimlərin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. ADPU-nun Quba filialının əməkdaşı, həmçinin Xınalıq Turizmin İnkişafına Dəstək İB-nin sədri Yusif Abayev də bölgə gənclərinin innovativ təşəbbüslərinin dəstəklənməsi istiqamətində “Enterprise Azerbaijan” portalının layihələrinin vacibliyini vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Aprel 2026 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see802

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see551

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see331

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see305

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see290

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see278

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see276

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see269

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see258

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see257

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see246

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see241

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see216

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see216

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see204

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see200

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see199

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see187

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see185

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri