Icma.az
close
up
RU
EPF Ermənistan QHT lərinə və mediasına müraciət etdi

EPF Ermənistan QHT lərinə və mediasına müraciət etdi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Environmental Protection First” (EPF) Koalisiyası Pəmbək (Debed) çayı ətrafında yaranmış ekoloji fəlakətlə əlaqədar bəyanat yayıb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, bəyanatda deyilir:

“Bu günlərdə “epress.am” informasiya saytının Ermənistanın Axtala və Alaverdi mədənlərinin sənaye fəaliyyəti nəticəsində Pəmbək (Debed) çayı ətrafında zəhərli tullantı sularının toplandığı hövzələrin meydana gəlməsi barədə yaydığı foto və video materiallar növbəti həyəcan siqnalıdır. Təsvirlər ərazidə ekoloji normaların gözlənilməməsi, rekultivasiya tədbirlərinin görülməməsi barədə aydın təsəvvür yaradır. İctimailəşmiş faktlar bir daha göstərir ki, Ermənistanın dağ-mədən sənayesi fəaliyyəti bütün bölgəni təhlükəyə atır. Biz Ermənistanın “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sinin Axtala və Alaverdi mədənləri ilə əlaqədar qaldırdığı məsələni, ətraf mühitin və ərazidə yerləşən yaşayış məntəqələrində insanların sağlamlığının qorunması üçün təşəbbüslərini təqdir edirik.

Yayılmış məlumatlardan aydın olur ki, Alaverdi mədəni ətrafındakı tərkibində arsen olan böyük ərazini əhatə edən tullantı poliqonu Ermənistanda dövlətə məxsus olsa da, ərazidə heç bir tədbir görülmür. Bu faktlar bir daha göstərir ki, Ermənistan hakimiyyəti kobud ekoloji pozuntularla müşayiət olunan dağ-mədən sənayesi fəaliyyətini dayandırmaq niyyətində deyil. Environmental Protection First (EPF) Koalisiyası olaraq, “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sini, “epress.am” informasiya saytının redaksiyasını ərazidə beynəlxalq ekspertiza, monitorinq təşkil etməyə dəvət edirik.

Environmental Protection First (EPF) Koalisiyasının peşəkar mütəxəssisləri Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər keçirməyə hazırdır. Biz Ermənistanın Baş naziri Nikol Paşinyanı bir daha vətəndaş cəmiyyətinin tələblərinə diqqət yetirməyə, Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını Azərbaycan ekoloqları daxil olmaqla, beynəlxalq monitorinq qrupunun üzünə açmağa çağırırıq”.

Qeyd edək ki, bu yaxınlarda “Ermənistan Ekoloji Cəbhəsi” də sosial mediada həyəcan təbili çalıb ki, Ermənistanda Dastakert mədəninin yaxınlığındakı yaşayış məntəqəsi xarabaya çevrilib, burada əhali 30 dəfə azalaraq 200 nəfərə enib. Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələrini araşdıran “Environmental Protection First” (EPF) Koalisiyasının tərtib etdiyi interaktiv rəqəmsal xəritədə göstərilir ki, həmin mis-molibden xammal yatağı “Molibdeny Ashxarh” LLC şirkəti tərəfindən istismar olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 May 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri