Icma.az
close
up
RU
Epik miras və onun öyrənilməsinə müasir yanaşma: mif və reallıq YUNUS OĞUZ yazır

Epik miras və onun öyrənilməsinə müasir yanaşma: mif və reallıq YUNUS OĞUZ yazır

Milli.az saytına istinadən Icma.az xəbər verir.

Hər bir xalqın tarixində, onun  tarixinin öyrənilməsində, keçmişinə nəzər salmaqla yanaşı əcdadları ilə fəxr edilməsində maddi mirasla bərabər qeyri - maddi miras da əvəzsiz rol oynayır.

Maddi miras növləri müxtəlif olduğu kimi (məsələn ailə mirası, təbiət mirası, dəşınar və daşınmaz miras, qorunması vacib olan təbiətin yaratdığı abidə, tarixi abidələr və sairə miraslar, qeyri- maddi miraslar da müxtəlifdir. Qeyri- maddi irsə,yaxud mirasa isə mədəniyyətin müxtəlif sahələri daxildir. Bu qeyri-maddi irsin ən möhtəşəmi və bədii yaradıcısı epik miraslardır,çunki epik əsərlərin mərkəzində, əsasən, cox zaman yaradıcı insan durur. Epik əsərləri yaradanlar insanlar olsa da bəzən elə olur ki,şifahi xalq ədəbiyyatında bir neçə əsrlər boyunca xalq yaradır və onu yaşadır. Hələ ta qədimdən fəlsəfəni  bütün elmlərin şahı hesab edirdilər, lakin başqa elmlər inkişaf  etdikcə onlar  müstəqilləşdilər. Fəlsəfədə elmin ən güclü sahəsi məntiq qaldı. Bu sözləri təsadüfən diqqətinizə çatdırmadım. Belə ki, epik  əsərlərin ən güclü tərəfi  Məntiq və Yaradıcı Sözdür. Məntiqsiz  olsaq  və sözün böyüklüyünə inanmasaq bir insanın, bir ailənin, bir xalqın sevincini, sarsıntısını, dərdini, gizli görüşlərini, psixoloji yaşantılarını və sairə hallarını ədəbiyyata və mirasa çevirə bilməyəcəyik və bu  epik miras kimi də  həyata vəsiqə qazanmayacaq.

Bəs epik miras, yaxud irs deyəndə nə nəzərdə tutulur?  Bu sözün kökü eposdan qəlir və  müəyyən hadisəni danışmaq, nəql etmək anlamındadır.

Epik əsərlərdə insanların, tiplərin, personajların  psixoloji durumları, xarakterləri ətraflı, baş verən hadisələrin, hətta  mühitin   təsviri üçün tamamlanmış imkan yaradır. Belə ki, əsəri yaradan müəllif  geniş imkanları ilə yanaşı, təxəyyülündən geniş istifadə edir, oxucunun qəlbini tam ram etmək və əsərini sevdirmək üçün bütün yaradıcı üsüllardan istifadə edir. Lakin əsərin böyük və kicikliyindən asılı olaraq bir neçə süjet ətrafında hadisələr qurulur, sistem daxilində, sözün gücündən istifadə edən müəllif düşünülmüş quruluş verir. Epik əsərin həcmindən(kicik, orta, böyük) asılı olaraq,ordaki tiplərin sayı nəzərə alınaraq geniş və yığcam verilir. Bəzən epik əsərin qəhramanı bir anın (kiçik), bəzən bir dövrün (orta), bəzən isə bir neçə nəsil (böyük) götürülə  bilər. Məsələn, "Manas" dastanı bir dövrün, yəni dövlətin yaranması dövrünü əhatə edir. "Dədə Qorqud" dastanı isə müxtəlif əsrləri  özündə birləşdirir. "Koroğlu"dastanı isə bizə sifahi xalq yaradıcılığının ən yüksək məqamını təgdim edir. Homer isə "İlliada" əsərındə yunanlarla troyalıların (turobalıların) bir-birilərinə qarşı apardıqları müharibədən bəhs edir. Amma, adlarını çəkdiyim bütün əsərlərin bütün sujet xətləri mükəmməl verilib. Burada mif və reallıqlar da mövcüddur. Bu barədə  bir qədər  sonra danışacağıq. Epik miras bir əsər kimi bizə şifahi və yazılı halda gəlib çatır və üç formada ola bilər: nəşr, nəzm və nəsr və nəzm bir yerdə. Epik mirasın şifahi xalq ədəbiyyatında əsas janrları mif, nağıl, dastan, əfsanə və lətifədir. Şifahi xalq ədəbiyyatında ən cox yayılan janrlar isə nağıl, dastan və lətifədir. Nağıl epik janrı və dastanlar minillər  məxsus olduğu xalqın həyatını, fərdlərin həyatını formalaşdıran mirasdır, hər xalqın qəhramanı bu janrlarda müstəsna rol oynayır və son nəticədə ədalət və xeyir şərə qalib gəlir. Amma bir məsələ var ki, bu eposu yaradan xalq, yaxud müəllif öz xalqını, onun epos qəhramanının xeyir surətini  yaradır, əks  qəhrəmanı, yaxud qonşu xalqı şər qüvvə kimi görür və məğlub edilir. Burada mifik qəhrəman daha çox sevilir. Məsələn Ə.Firdovsinin "Şahnamə" eposu bu qəbildəndir. Əvvəl xeyir və şər allahları yer üzündə mübarizə aparırlar, sonra isə bu mübarizə İran və Turan arasında müharibələrə çevrilir. Sonralar  isə bu dövlətlərin siyasi  quruluşu, dünyabaxışı, ideologiyası reallığa çevrilir. Daha sonra isə bu mifi yenə həyatda bərpa etmək  istəyənlər tapılır və bu mif ideyanı yeni nəsillərə ötürənlər tapılır. Adını çəkdiyimiz əsərdə sasani ideologiyasını bərpa etmək istəyənlər, həm də onun imperiyasını qurmaq arzusuna düşürlər və bunun uğrunda mübarizə aparırlar. Elə Turan, Qızıl Alma, aparılan mübarizədə yol göstərən "Boz Qurd" bu qəbildəndir. Qeyd etmək lazımdır ki, bu gün bu obrazlar miniilərdən gələn, qanımıza işləyən bu mifik obrazlar gənclər  arasında geniş yayılıb və bunu reallığa çevirmək istəyənlər kifayət qədərdi. Dastanlar isə özlüyündə  iki janra ayrılır; qəhramanlıq və sevgi. Elə dastanlar var ki, hər iki janrı özündə birləşdirir. Qeyd etmək lazımdır ki, bu  epik janrda müsbət obrazlar həm sevgisi uğrunda,həm də ədalətli cəmiyyətdə yaşamaq üçün mübarizə aparırlar. Lətifə epik janrı qısa və lakonikdi. Adətən lətifə qəhramanı məntiqi və hazırcavablığı ilə secilir və nə isə,ya da hansısa sözü tam dəqiqliklə və sərrast deyir. Lətifə qəhramanı qarşısındakını gülüş obyektinə çevirir və hətta sərrast cavabı ilə özü cəmiyyətdə  sevilir. Məsələn, lətifə qəhramanlarından "Bəhlul Danəndə", yaxud "Molla Nəsrəddin" minillərdir xalqın qəhmanıdır. Lətifələr bəzən ezop dilində də deyilir. Şifahi bədii yaradıcılığın epik irsində hələ də istifadə olunan "atalar sözləri" də janrdır. Təəssuflər olsun ki, hələ də müasir dövrümüzdə   atalar sözlərini  epik irsə  salmaq istəməyənlər  də var. Lakin,bu janr epik  irsimizin ən qədimidir. Belə ki, insan yaranışdan, söz ucalığından istifadə edib. Bu janr isə çox lakonikliyilə seçilir. Belə ki, insan qarşısındakını incitməmək, təhqir etməmək, yaxud da böyüklər kiciklərin yanında nüfüzlarını  itirməmək üçün bu növdən istifadə edirlər. Yazılı ədəbiyyatın isə epik  mirasın aşağıdakı  janr növləri vardır:

Təmsil

Şeir və  ya nəsrlə yazılmış, heyvanların, quşların dilindən deyilən satirik  xarakterli tərbiyəvi bədii əsər. Təmsil qısa olur və insanları düşündürür. Əsas isə belə əsərlərdə insanların psixoloji cəhətdən düşdükləri durumlar və xüsusiyyətlər  heyvan və ya quşların dilindən oxuculara çatdırılır.

Hekayə

Bədii yaradıcılığın kiçik həcmli, eyni zamanda məntiqli süjetli əsərin bir növüdür.

Yuxarıda qeyd etdiyimiz kimi, burada insan həyatının xüsusiyyəti, yaxud hər hansı bir canlıya yönələn konkret səhnəsini təsvir edir. Bu konkret səhnədə qəhrəmanın həyat anı, onun psixoloji durumu təsvir edilir.

Novella, felyeton, satira

Bu hekayə janrına daxil edilsə də satira, yumor, tənqidi, gülməli məzmun daşıyır.

Belə janrda əsasən insanların, dövrün çatışmamazlıqları tənqid olunur, gülüş hədəfinə çevrilir.

Oçerk

Kiçik həcmli olur, insandan, yaxud hər hansı obyektdən bəhs edən bir əsərdir, həm də yığcam şəkildədir.  Oçerk əmək və döyüş adamlarının qəhrəmanlığından bəhs edə bilər, yaxud cəmiyyətin hər hansı hissəsindən baş verən hadisələr qələmə alınır.

Povest

Həcmcə hekayədən böyükdür, orta janra aid edilir və hadisələrin bir neçə süjet xətti olur, təsviri isə genişdir. Povest hadisələrin müəyyən bir dövrünü özündə əks etdirir. Psixoloji tiplərin sayı çoxdur, müəyyən hadisələr  insanların düşüncələrini aça bilməsinə imkan verir.

Roman

Epik mirasımızın ən gənc janrlarından biri olsa da, ən böyüyü romandır. Romanın əsas xüsusiyyətlərindən biri geniş və əhatəli olmasıdır. Burada böyük həcmdə süjetlər və yüzlərlə qəhrəman ola bilər. Bəzən bu janr böyük bir dövrü təsvir edir. Şeirlə yazılan əsər isə mənzum roman adlanır.

Dramaturgiya

Bu janr teatrlaşdırılmış və səhnələşdirilmiş xalq oyunlarını, bayramları və ayinləri özündə kəsb edən ən qədim janrlarından biridir. Elə indinin özündə adət-ənənələrimizə uyğun tamaşalar qurulur. Məsələn, "Yada daşı"  ayini yağış yağdırmaq üçün; "Kosa-kosa" oyunu Yeni günün (Novruz)  gəlməsilə bağlıdır.Hətta yas mərasimlərinin də keçirilməsi səhnələşdirilir.

Orta əsrlərdən başlayaraq teatrlaşdırılmış və səhnələşdirilmiş bu janr dramaturgiyaya çevrildi və satirik və dramatik növlərə bölündü.

Poema

İri həcmli nəzm əsəridir. Bu janrda müəyyən hadisələr kiçik, yaxud böyük dövrü əhatə edə bilər. Burada hər şey lirik verilir. Qəhrəmanın sevgisi, təbiətin vəsfi və lövhələri geniş təsvir edilir, qəhrəmanın daxili aləminə, psixoloji durumuna geniş nüfuz edilir. Hadisələrin epik təsvirinə geniş yer verildikdə isə epik-lirik adlanır.

Xatirə, yaxud memuar

Müəllifin şəxsən özünün şahidi olduğu hadisələri qələmə aldığı əsərlər xatirə janrına daxildir. Burada müəllif özünün bütöv bir dövrünü, ya da böyük bir dövrdə yaşadığına görə, iştirakçısı olduğu  hadisələri  qələmə ala bilər. Buna bəzən memuar da deyilir və vahid süjet xəttindən kənarda olur.

Yuxarıda qeyd etdiyimiz kimi maddi miras, yaxud qeyri- maddi miras mövcuddur. Qeyri-maddi mirasın da ən yüksək səviyyəsi epik miras, yaxud irsdir. Təəssüflər olsun ki, əksər müəlliflər bu iki mirası ayrı-ayrılıqda təsvir və təsəvvür edirlər, onların birini, əsasən epik mirasların bəzisini mifə, digərini reallığa  bağlayırlar. Amma onların vəhdət təşkil etməsini yaxına belə buraxmaq istəmirlər.

Düşünürük ki, mifdə reallıq, reallıqda mif mövcuddur.

Məsələn, Şliman "İlliada" əsəri əsasında Troya (Turoba) şəhərini tapmasa idi, on doqquzuncu əsrin sonuna qədər hamı elə bilirdi ki, onun yazdığı əsər mifdir və heç bir reallığa uyğun gəlmir. Amma, Şliman bu şəhəri tapmaqla mifi reallığa çevirdi.

Yaxud on doqquzuncu əsrdə Gültəkin abidələri tapılanda Orxon-Yenisey yazıları ortaya çıxmasa idi , bu abidələrin min üç yüz il ərzində mif olduğunu düşünürdülər, hər iki nümunədə bizə qalan təbiətin  örtdüyü mirası minillərdən sonra mifi reallığa yönəltdi. Maddi miras  mifi də reallığa çevirdi. Təbiətin qoynunda gizlədilən və bizim mif hesab etdiyimiz epik miraslar yerlərini reallığa verdikcə insanların dünya baxışları dəyişir, dövlətinin və millətinin tarixinə yenidən baxmağa məcbur olur. Yaxud, səyyah və etnoqraf Övliya  Çələbi Azərbaycanın Dərbənd şəhərində olanda qeyd edirdi ki, yerli əhali Dədə Qorqudun qəbri bu şəhərdədir deyirdi. Halbuki, bütün türklər  və dünya onu mifik şəxs hesab edirdi. Lakin "Dədə Qorqud" dastanının əlyazmaları Vatikandan və Drezdendən tapılanda epik miras mifdən reallığa çevrildi.

Heç şübhə etmirəm ki, "Manas" eposunda qırğızların Altay dağlarından Pekinə qədər getməsinin və təbiətin gizlətdiyi mirasını bu gün möhtəşəm epos kimi təqdim edilən faktlar bir gün mifin reallıq olduğunu görəcəklər. Daha bir misal. Türk əfsanələrində, dastanlarında türklərin kosmik bağlılığı çox açıq göstərilir. Lakin bu gün dünya inkişaf etdikcə və fəza biliklərimiz artdıqca göylərlə bağlı yaranan miflərimiz bir gün reallığa çevriləcək.

Çünki mifin içində reallıq, reallığın içində mif var.

Olaylar.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 Avqust 2025 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see290

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see268

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see232

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see223

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see190

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see187

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see187

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see168

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see145

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see142

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see139

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see138

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see137

“Azərbaycan ərazisi üçün seysmik təhlükənin qiymətləndirilmə və riskin xəritəsi mütləq şəkildə çözülməlidir”

26 Noyabr 2025 01:07see137

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see136

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see133

Bloomberg : Hindistan Rusiya neftini almağın yolunu tapıb

26 Noyabr 2025 02:00see128

Antonio Konte: “Qarabağ” bu mövsüm Çempionlar Liqasında yaxşı nəticələr əldə edib

26 Noyabr 2025 03:11see128

Napoli Qarabağ oyununun ən yaxşı futbolçusu müəyyənləşib

26 Noyabr 2025 02:27see125

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri