Epizodları dəyərləndirmə ilə bağlı axsama var Elmar Baxşıyev
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
“Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 15-ci turu çərçivəsində “Turan Tovuz”a qarşı keçirdikləri oyunu şərh edib.
Fanat.Az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçla bağlı bunları söyləyib:
“Ağır oyun alındı. Bilirdik ki, kimə qarşı oynayacağıq. “Turan Tovuz” bu mövsüm iddialıdır, meydanda yaxşı işlər görür. Komandanı çətin oyuna hazırlamışdıq. Şükürlər olsun ki, istədiyimizə nail olduq. Yolumuza davam edirik. İşimizi daha çox stressdən uzaq etməyə çalışırıq. Keyfiyyətli, təcrübəli kollektivimiz var. Komandamız daha da məzmunlu oynamağa çalışacaq. Komanda hücumdadır. Hər oyunda 6-7 epizoda giririk, dəyərləndirmədə axsamalar var. Komanda şəklində məşqlərdə işlədiyimiz elementləri oyunda görürük. Qarşıdakı matçlarda hücum planında daha kreativ ola bilərik”.
Baxış sayı:137
Bu xəbər 29 Noyabr 2024 19:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















