Icma.az
close
up
RU
Epşteyn adasındakı sirr deşifrə oldu

Epşteyn adasındakı sirr deşifrə oldu

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-nin "The New York Times" qəzeti pedofil milyarder Ceffri Epşteynin sevgilisi, 37 yaşlı diş həkimi Karina Şuliakın taleyi ilə bağlı diqqətçəkən məlumatlar yayıb.

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Şuliak bu ilin əvvəlində Bruklində yerləşən klinikalardan birində yarımştat diş həkimi kimi çalışıb.

Onun pasiyentlərindən biri həkimin əsl kimliyini yalnız ABŞ Ədliyyə Nazirliyinin açıqladığı Epşteyn sənədlərindəki fotoları gördükdən sonra müəyyən edib.

Sənədlərdə Şuliakın Epşteyn sayəsində əldə etdiyi imtiyazlar da ətraflı təsvir olunur. Bildirilir ki, Belarusu tələbə vizası ilə tərk edərək ABŞ-yə gələn Şuliakın diş həkimi olmaq arzusunu Epşteyn maliyyələşdirib.

O, sevgilisinin Kolumbiya Universiteti Diş Həkimliyi Fakültəsinə qəbul olunması üçün nüfuzundan istifadə edib.
Epşteyn universitetə 10 milyon dollara qədər ianə etməyi təklif etsə də, sonda təxminən 210 min dollar vəsait köçürüb.

Məlumata görə, universitetin iki rəhbər şəxsi qəbul imtahanında düşəcək mövzular barədə Şuliakı əvvəlcədən məlumatlandırıb.

Epşteyn daha sonra onun üç illik təhsil haqqını ödəyib, anasını Belarusdan Nyu-Yorka gətirib və ABŞ-də qalması üçün vətəndaşlıq prosesində dəstək göstərib.

Qeyd olunur ki, Epşteyn ölməzdən əvvəl etdiyi son telefon zəngini də Karina Şuliaka edib. Buna baxmayaraq, indiyədək açıqlanan rəsmi sənədlərdə Federal Təhqiqat Bürosunun Şuliakı dindirməsi və ya ondan rəsmi ifadə alması ilə bağlı hər hansı məlumata rast gəlinmir.

Sənədlər həmçinin uzun illər Epşteynin Karib dənizindəki şəxsi adasında yerləşən və müxtəlif sui-qəsd nəzəriyyələrinə səbəb olan diş həkimi kreslosunun sirrini də üzə çıxarıb.

İddia edilir ki, adadakı tam təchizatlı stomatoloji klinika Epşteynin ən çox etibar etdiyi şəxslərdən birinə çevrilən Karina Şuliakın istifadəsi üçün yaradılıb.
Federal sənədlərə əsasən, Epşteyn Şuliaka diş həkimi olmaq arzusunu gerçəkləşdirməyi təklif edib.

Şuliak əvvəlcə onun keçmişinə görə bu yardımdan imtina etsə də, sonradan Epşteynin maddi dəstəyi və dəbdəbəli səyahətlərindən sonra fikrini dəyişib.

Bildirilir ki, Epşteyn onu şəxsi təyyarəsi ilə dünyanın müxtəlif ölkələrinə aparıb, təxminən 1 milyon dollar vəsait ayırıb, ailəsinə isə on minlərlə dollar göndərib.
Sonrakı dövrdə Şuliak Epşteynin malikanələrinin və işçilərinin idarə olunmasında iştirak edib, hətta onun həbsindən bir neçə həftə əvvəl Mərakeşdə almaq istədiyi sarayla bağlı danışıqlarda da fəal rol oynayıb.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Avqust 2026 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see384

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see319

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see251

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see242

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see242

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see227

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see214

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see210

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see209

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see200

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see199

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see199

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see195

Sosiallaşır, nitqi və yuxu rejimi düzəlib, qidalanması normallaşıb İnteqrativ müalicə ilə autizmli uşağın inkişafı

14 Sentyabr 2026 14:42see194

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see192

Fiziki aktivlik azaldıqda bədəndə tam olaraq nə baş verir? HƏKİM AÇIQLADI

14 Sentyabr 2026 15:44see188

Birləşməyə hazırlaşan bankda dəyişiklik

14 Sentyabr 2026 12:38see188

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see181

Saniyənin katrilyonda birində şarj olan batareya hazırlandı

14 Sentyabr 2026 05:33see180

Korporativ sosial məsuliyyət PR strategiyasının güclü alətidir

14 Sentyabr 2026 13:34see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri