Icma.az
close
up
RU
Epşteyn dosyesində üzü bağlı şəkilləri paylaşılan 6 nəfər deşifrə oldu

Epşteyn dosyesində üzü bağlı şəkilləri paylaşılan 6 nəfər deşifrə oldu

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Epstein dosyesində illərdir gizli saxlanılan bəzi məqamlar nəhayət gün işığına çıxmağa başlayıb. ABŞ Ədliyyə Nazirliyində sənədlərin senzurasız variantlarını araşdıran Nümayəndələr Palatasının üzvü Ro Khanna ictimaiyyətdən gizlədilən altı nüfuzlu şəxsin adını açıqlayıb. Onun sözlərinə görə əllərində olan sənədlər hələ aysberqin görünən tərəfidir, çünki bütün qovluqların təxminən 80 faizi hələ də açılmayıb.
Demokrat.az xəbər verir ki, açıqlanan siyahıda milyarder iş adamı Les Veksner, Dubay limanlarının rəhbəri Sultan Əhməd bin Sulayem, həmçinin Salvatore Nuara, Zurab Mikeladze, Leonic Leonov və Nicola Caputo kimi adlar yer alır. Ro Khanna bu şəxslərin adlarının heç bir qanuni əsas olmadan gizlədildiyini bildirib. Cəmi iki saatlıq araşdırma nəticəsində bu adları tapdıqlarını deyən konqresmen 3 milyon sənədin tam şəkildə açılacağı təqdirdə siyahının daha da genişlənəcəyinə diqqət çəkib.
Məsələnin ən maraqlı tərəfi isə Federal Təhqiqat Bürosunun (FTB) mövqeyidir. Khanna iddia edir ki, FTB sənədləri Ədliyyə Nazirliyinə göndərərkən artıq senzura tətbiq edib. Yəni Konqres üzvləri "şəffaf" sənədləri görməyə dəvət edilsələr də, qarşılarında yenə də üstü örtülü məlumatlar tapıblar. Bu vəziyyət qurumlar arasında sənədlərin gizlədilməsi ilə bağlı ciddi suallar yaradır.
Digər bir Nümayəndələr Palatasının üzvü Tomas Massi isə maraqlı detala toxunub. O, sənədlərdə adın hallanmasının birbaşa cinayət sübutu olmadığını desə də, 2019-cu ilin FTB qeydlərində Les Veksnerin adı ilə Epşteynin "uşaq istismarı" məsələsində tərəfdaş kimi qeyd edildiyini vurğulayıb. Ədliyyə Nazirliyi isə öz növbəsində şaffaf olduqlarını və Veksnerin adının onsuz da bir çox sənədlərdə keçdiyini bildirərək müdafiə mövqeyi tutub.
Xatırladaq ki, illərdir davam edən bu işin mərkəzində duran Ceffri Epşteyn 2019-cu ildə həbsxanada müəmmalı şəkildə ölü tapılmışdı. O vaxtdan bəri bir çox dünya lideri və məşhurun adının çəkildiyi bu dosya ətrafındakı müzakirələr səngimək bilmir. İndi hər kəsi bir sual düşündürür: Bu altı nəfər sadəcə başlanğıcdır, yoxsa qara lentlərin arxasında daha böyük fiqurlar gizlənir? Görünən odur ki, sənədlər tam açılmadıqca bu mövzu hələ uzun müddət dünya gündəmini məşğul edəcək.
İsmayıl
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Fevral 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see299

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see290

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see287

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see283

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see282

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see277

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see268

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see267

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see260

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see259

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see239

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see235

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see234

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see233

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see230

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see228

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see222

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see222

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see220

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri