Icma.az
close
up
RU
Epşteyn dosyesi açıldı: Gizli partilər, kompromatlar, şantajlar və kəşfiyyat oyunları

Epşteyn dosyesi açıldı: Gizli partilər, kompromatlar, şantajlar və kəşfiyyat oyunları

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"ABŞ tarixində son dövrlərdə dövlət rəsmilərinin xarici kəşfiyyat orqanları ilə əlaqələrinin olması və ya hansısa xarici kəşfiyyatla bağlı qruplar tərəfindən təhdid və şantaja məruz qalması ilə bağlı məlumatlar geniş şəkildə yayılırdı. Bu mövzuların həddindən artıq işıqlandırılması artıq əhalinin böyük bir hissəsində ciddi narazılıq da formalaşdırmışdı. Hətta Çarli Kirk kimi İsraili açıq şəkildə dəstəkləyən şəxslər, eləcə də Taker Karlson kimi fərqli siyasi mövqedə olan fiqurlar tərəfindən dəfələrlə vurğulanırdı ki, ABŞ-nin müttəfiqi hesab olunan, müdafiə edilən və maliyyələşdirilən bir ölkə ABŞ-ni şantaj edə bilməz. Epşteyn faylları isə bu kontekstdə iki mühüm məsələni bütün çılpaqlığı ilə ortaya çıxardı".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev son zamanlar dünya gündəmində olan amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı danışarkən bildirdi.

"Birinci məsələ ondan ibarətdir ki, böyük ehtimalla Epşteynin yaratdığı şəbəkə "Mossad"la əlaqəli olub. Faktiki olaraq Epşteynin keçmişi kasıb bir müəllimdən ibarət idi, lakin qəfil şəkildə Les Veksner tərəfindən ona 77 milyon dollarlıq villa hədiyyə edilməsi, üstəlik bu villanın kameralarla təchiz olunması və bu kameraların hansı məqsədlə istifadə edildiyini açıq şəkildə göstərir. Müxtəlif kompromat xarakterli görüntülərin əldə edilməsi və gələcəkdə istifadə olunması üçün bu infrastrukturun qurulduğu aydın görünür. Onun qısa müddətdə zənginləşməsi, ada sahibi olması, müxtəlif banklarda ortaq kimi çıxış etməsi bütün bunların təsadüfi olmadığını göstərir. Digər tərəfdən Epşteynin Britaniyadakı zəngin yəhudi ailələri ilə, xüsusilə britaniyalı milyarder Robert Maksvell ilə olan əlaqələri diqqət çəkir. Məhz Maksvellin Epşteyni "Mossad"la əməkdaşlığa cəlb etdiyi və ona ilk maliyyə dəstəyini verdiyi iddia olunur. Həmin dövrdə Epşteyn Robert Maksvellin qızı Gileyn Maksvell ilə də münasibətdə idi. Bununla yanaşı, Epşteynin Rusiya xüsusi xidmət orqanları ilə də əlaqələrinin yarandığı ehtimal edilir. Qeyd edək ki, Robert Maksvellin özü də 1991-ci ildə müəmmalı şəkildə həyatını itirmişdi".

Politoloq əlavə etdi ki, Epşteynin 2022-ci ildə müəmmalı şəkildə vəfat edən ortağının da onun "Mossad"la əlaqələrini etiraf etdiyi bildirilmişdi:

"Həmin şəxsin bank hesablarında da şübhəli beynəlxalq maliyyə əməliyyatları aşkarlanmışdı. Bütün bu faktlar onu göstərir ki, sözügedən şəbəkə müxtəlif şəxsləri qeyri-ənənəvi əyləncələrə və partilərə cəlb etməklə, beynəlxalq kəşfiyyat strukturları üçün şantaj və təhdid aləti rolunu oynayıb. Daha sonra bu şəxslərdən həm maddi gəlir əldə etmək, həm də müəyyən siyasi və strateji məqsədləri reallaşdırmaq üçün istifadə olunub. Bunun ən bariz nümunələrindən biri keçmiş ABŞ Prezidenti Bill Klintonla bağlı hadisələrdir. Onun katibəsi Monika Levinski ilə münasibətləri xarici kəşfiyyat orqanları və onlarla əlaqəli qruplar tərəfindən təzyiq aləti kimi gündəmə gətirilirdi. Oxşar yanaşmanı vaxtaşırı Donald Trampla bağlı məsələlərdə də müşahidə edirik".

Siyasi şərhçinin sözlərinə görə, Trampın Epşteyn məsələsini bu qədər qabartmasında bir neçə məqsəd ola bilər:

"Burada üç mümkün məqsəd önə çıxır. Birinci ehtimal ondan ibarətdir ki, Trampın özünə qarşı təzyiq mexanizmi mövcuddur. Onu, məsələn, İran məsələsində yəhudi lobbisinin istəklərinə uyğun addımlar atmağa məcbur etmək cəhdləri ola bilər. Diqqət yetirsək, hələ də bəzi sənədlərin üzərinin örtülü qaldığını, tam açıqlanmadığını görürük və bu sənədlərin açılması ilə bağlı təhdidlər gündəmdə saxlanılır. Trampa dair açıqlanan sənədlərdə hələlik birbaşa ittihamlar yer almır, lakin keçmiş prezidentlərə dair belə ittihamlar mövcuddur. Əgər əlavə materiallar ortaya çıxarsa, bunların gələcəkdə Trampa qarşı təzyiq aləti kimi istifadə edilməsi istisna deyil. İkinci ehtimal isə Epşteyn fayllarının açıqlanmasının İranla mümkün müharibə ssenariləri ilə əlaqəli olmasıdır. Ola bilsin ki, bu məlumatlar Trampı İrana qarşı hərbi əməliyyatlara məcbur etmək məqsədi daşıyır. Digər variantda isə İrana qarşı mümkün hücum uğursuz olacağı təqdirdə, Epşteyn faylları ictimai diqqəti başqa istiqamətə yönəltmək üçün istifadə edilə bilər.

Görünən odur ki, ABŞ daxilində çox ciddi bir daxili qarşıdurma gedir. Təsadüfi deyil ki, Donald Tramp son dövrlərdə Kuba məsələsini əsas gətirərək fövqəladə vəziyyət elan edib. Bu proseslər qlobalistlərlə izolyasionistlər, Tramp tərəfdarları ilə onun əleyhdarları arasında kəskin mübarizənin dərinləşəcəyini göstərir. Maraqlıdır ki, açıqlanan fayllar göstərir: Epşteyn şəbəkəsində təkcə mühafizəkar fiqurlar deyil, daha çox qlobal liberal dəyərlərin və demokratik ideyaların daşıyıcısı hesab olunan şəxslər də iyrənc partilərin təşkilində iştirak ediblər. Məhz buna görə də, Trampa qarşı yönəlmiş bu fayllar, eyni zamanda onun əsas rəqibləri olan demokratları daha ciddi zərbə altına sala bilər", - deyə Turab Rzayev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Fevral 2026 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see206

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see183

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see155

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see142

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see139

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see138

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri