Icma.az
close
up
RU
Epşteyn dosyesi: Yaqlandın “qara biznes”i

Epşteyn dosyesi: Yaqlandın “qara biznes”i

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Ceffri Epşteyn mövzusunun qlobal qalmaqala çevrilməsinin tək səbəbi onun azyaşlıları cinsi istismara cəlb etməsi ilə bağlı deyil. Diqqət çəkən məqam həm də müştərilər sırasında dünyanın ən ünlü simalarının görünməsidir. Britaniya kral ailəsinin üzvlərindən başlamış ABŞ prezidentlərinə, məşhur milyarderlərə qədər yüzlərlə şəxsin adı siyahıda keçir. Şahzadə, York hersoqu Endryu, prezident Bill Klinton, İtaliyanın baş naziri Silvio Berluskoni, milyarder İlon Mask... və digərləri Epşteynin iyrənc və qanunsuz xidmətlərindən yararlanmaqda ittiham olunurlar.

Narahatlıq doğuran hal odur ki, bu şəxslər arasındakı təmaslar qanunsuz əyləncələrə qatılmaqla bitməyib. Münasibətlər həm də siyasi müstəviyə daşınıb. Ayrı-ayrı ölkələrin, dövlətlərin, bütövlükdə xalqların taleyini həll edən siyasi qərarlar verilərkən, “Epşteyn klubunda təmsilçilik” faktoru da nəzərə alınıb.

ABŞ Ədliyyə Nazirliyinin ötən həftə açıqladığı “Epşteyn sənədləri”ndə Avropa Şurasının 10 il müddətində baş katibi olmuş Torbyorn Yaqlandın da adı keçir. Sənədlərdən görünür ki, Yaqland Epşteynlə şəxsi əlaqələrə malik olub. 2012-ci ildə elektron poçt üzərindən Epşteynə yazdığı məktubunda Albaniyaya rəsmi səfərindən bəhs edib. Daha sonra qeyd edib ki, “Tiranada gözəl qızlar var”. Bu ifadə mediada geniş müzakirə olunub. Yaqlanda hədyanlar yağdırılsa da, sonradan onun daha ciddi qüsurları tapılıb. Bəlli olub ki, AŞ baş katibi ayrı-ayrı ölkələrin rəhbərləri ilə Epşteyn arasında vasitəçilik edib və bunun üçün özünün diplomatik statusundan yararlanıb.

Sənədlərdən görünür ki, 2016–2018-ci illərdə Yaqland və Epşteyn arasında təmaslar daha intensiv olub və “diplomatik xidmətlər”dən kənar çıxıb. Məsələn, Epşteyn Yaqland vasitəsilə rusiyalı diplomatlarla əlaqələr qurub, onlarla işgüzar müzakirələr aparıb. Hətta prezident Vladimir Putinə qədər nüfuz edib. Son yayılan sənədlərdə Yaqlandın vasitəçilik missiyasını çox uğurla icra etdiyi görünür. 2018-ci ilin 27 iyun tarixli elektron məktubunda Epşteyn Yaqlanda deyir ki, “Lavrov mənimlə danışmaqla Trump haqqında faydalı məlumat əldə edə bilər”. “The independent” yazır ki, Epşteyn Yaqlandın diplomatik statusundan bəs qədər yararlanıb.

Moskvanın Yaqlanddan tələbi

2014, 2015 və 2018-ci illərdə rusiyalı diplomatlarla görüşə can atan Epşteyn onlarla “iqtisadi mövzularda söhbət etmək” istədiyini ifadə edib. Maraqlıdır, bəs rusiyalı diplomatlar bu görüşlərin qarşılığında Epşteyndən, xüsusilə Yaqlanddan nə istəyiblər? Təbii ki, bu bağlantılar Avropa Şurasının fəaliyyətində, yanlış siyasi qərarların qəbul edilməsində özünü büruzə verib.

Ukraynanın Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndəliyinin keçmiş rəhbəri Volodimir Ariev 2017-ci ilin oktyabr ayında bəyanat verərək, Turbyorn Yaqlandı açıq mətnlə tənqid edib: “Avropa Şurasının baş katibi Torbyorn Yaqland hamını təəccübləndirməkdə davam edir. Belə təəssürat yaranır ki, artıq kimin nə etdiyinin, nə dediyinin onun üçün heç bir əhəmiyyəti yoxdur. O, birmənalı şəkildə Rusiyanın tərəfini tutur, Ukraynaya arxa çevirir”.

Ukrayna təmsilçisi açıqlamasında deyib ki, “AŞ baş katibi Torbyorn Yaqland Krımın Rusiya tərəfindən ilhaq edilməsi faktına göz yumur. Bütün qüvvəsini sərf edərək, Rusiya nümayəndə heyətinə tətbiq edilən sanksiyaları aradan qaldırmağa, onları AŞPA-nın sessiya zalına qaytarmağa çalışır”. Volodimir Aryevin açıqlamasından belə məlum olur, o, “Yaqlandın bu sirli davranışın səbəblərini anlamır. Avropa Şurasının “dəyərlər böhranı” keçirdiyini zənn edir”.

Volodimir Aryevi təəccübləndirən “sirli davranış”ın səbəbləri indi ortaya çıxır. Bəlli olur ki, Avropa Şurasına 10 il müddətində rəhbərlik etmiş Torbyorn Yaqland Epşteyn işi üzərindən Rusiyaya bağlı olub. Şirnikləşdirmə və şantaj qarşılığında Rusiyanın diktəsinə boyun əyib. Avropa Şurasında Rusiyanın maraqlarına xidmət edən qərarların verilməsini təşkil edib.

Sabiq baş katibin ikiüzlü davranışı təkcə Ukraynaya qarşı sərgilədiyi münasibətdə üzə çıxmayıb. Onun Azərbaycana qarşı münasibəti də eyni qəbildən olub.

Yaqland Azərbaycana qarşı çirkli oyunlarda

Avropa Şurası ilə Azərbaycan arasında ilk ciddi anlaşmazlıq 2015-ci ildə üzə çıxıb. Həmin dövrdə Şuranın baş katibi olan Torbyorn Yaqland “Azərbaycanda insan haqları üzrə birgə işçi qrup”dan çıxdığını bəyan edib. Ardınca AŞ-nin Nazirlər Kabinetinə müraciət edib ki, onun mövqeyini dəstəkləsin, tamamlayıcı addımlar atsın. Hansı ki, “Azərbaycanla birgə işçi qrup” məhz Torbyorn Yaqlandın təşəbbüsü və xahişi ilə yaradılıb. 2015-ci ildə isə o, qrupu qəfil tərk etməklə Azərbaycan ətrafında lüzumsuz söz-söhbətə yol açıb. Belə nəticə çıxdı ki, AŞ-nin baş katibi ikibaşlı oyun quraraq, ölkəmizin adını qaralamaq üçün zəmin hazırlayıb. Əvvəlcə “Azərbaycanda insan haqları üzrə birgə işçi qrup”un formalaşdırılmasına təşəbbüs göstərib. Daha sonra qrupdan çıxmaqla, insan haqlarının pozulması yönündə ittihamlar formalaşdırıb.

Torbyorn Yaqland Avropa Şurasının baş katibi postunda 2019-cu ilə qədər qalıb. Bu müddət ərzində Azərbaycanın adını qaralamaq üçün var gücü ilə çalışıb. 2017‑ci ildə Azərbaycana qarşı sərt bəyanatlar verərək, diqqət çəkib. Azərbaycan Xarici İşlər Nazirliyi bu bəyanatlara əks reaksiya verərək, Yaqlandı ölkəmizin daxili işlərinə müdaxilə etməkdə qınayıb.

Yaqland bütün bunları nə üçün edib? Əslində Ukraynaya, Krıma qarşı münasibəti onun bütün siyasi mahiyyətini ortaya qoyur. “Epşteyn biznesi” üzərindən ələ alınmış Torbyorn Yaqland bütün postsovet məkanında Rusiyanın maraqlarını təmin etmək üçün çalışıb. Sovet imperiyasından qoparaq yenicə müstəqillik qazanmış, Qərbə yön almış dövlətləri, xalqları Qərbdən narazı salmaq, Rusiyanın himayəsinə sığınmağa məcbur etmək üçün hər cürə vasitəyə əl atıb. Öz məqsədinə çatmaq üçün Avropa Şurasını və baş katib postunu da alət edib.

Biz bu barədə hələ 4 il qabaq, “Epşteyn sənədləri” ictimailəşdirilməmişdən öncə yazmışdıq. “Avropa Şurası adından Azərbaycana qarşı qəbul edilən qətnamələrdə Rusiya izi” başlıqlı məqaləni dərc edərək, ziddiyyətli görünən məqamlara aydınlıq gətirmişdik. Həmin dövrdə Avropa Şurasının, baş katib Torbyorn Yaqlandın ziddiyyətli davranışlarının səbəbləri ehtimal görünürdü. Bu gün isə faktlarla təsdiqini tapır. ABŞ Ədliyyə Nazirliyinin açıqladığı “Epşteyn sənədləri” hər şeyi faktlarla, sübutlarla ortaya qoyur.

Avropa Şurasındakı çirkin oyunlar Torbyorn Yaqlandın gedişi ilə bitibmi? Təbii ki, yox. Görünən budur ki, vəziyyət düzəlmək əvəzinə, daha da pisləşib, Avropa institutları hər cürə çirkabın içinə düşüb.

Müşfiq ƏLƏSGƏRLİ,
media eksperti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:317
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see324

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see291

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see283

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see278

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see273

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see269

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see267

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see253

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see248

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see243

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see231

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see230

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see228

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see227

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see226

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see222

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see218

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see208

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see199

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri