Icma.az
close
up
RU
“Epşteyn işində Ukrayna izləri: modelin rolu“ “Ostanniy bastion“ (Ukrayna)

“Epşteyn işində Ukrayna izləri: modelin rolu“ “Ostanniy bastion“ (Ukrayna)

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Ukraynalı model qızların axtarışında Epşteynə kömək edib, o isə ona pul və hədiyyələr verib..."

ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan Epşteyn fayllarında bir Ukrayna modelinin adı ortaya çıxıb. Həmin model Ceffri Epşteyn üçün qızlar axtarıb və qarşılığında müxtəlif hədiyyələr alıb. 

Moderator.az xəbər verir ki, bu barədə Ukraynanın "ostanniybastion.com" nəşri yazıb.

Nəşr xəbər verir ki, model, jurnalistlərin sorğularına cavab verməyərək, açıqlanan məlumatlara dair şərh verməkdən imtina edib. Fayllardan məlum olur ki, Ukrayna modelinin adı Nastya N. olaraq qeyd olunur. O, Epşteynə qızlar seçməkdə kömək edib, qarşılığında isə biletlər, təhsil haqqı, yeni noutbuk və gözəllik salonu xidmətləri alıb. Yazışmalarda Nastya N.-nin 10 min ABŞ dolları aldığı da qeyd olunur.

Qız seçimi və yazışmaların detallarına dair

2015-2019-cu illər arasında Nastya N. Epşteynlə mütəmadi əlaqədə olub və ona qızlar təqdim edib. Yazışmalarda Epşteyn Nastya N.-dən assitent tapmasını xahiş edir: "Ağıllı, səyahət etməyə hazır" və 22-25 yaş aralığında olmalıdır. Nastya bu mesajlara cavab verib: "Əlbəttə, mən sənə qızlar tapacam!".

Əlavə olaraq, Epşteyn Nastya üçün 3,5 min dollarlıq "MacBook" alıb və CAD kurslarını ödəyib. Nastya həmçinin dostlarını Epşteynə təqdim edib, onların bəziləri isə onun məşhur adasına səfərlər edib - həmin adada bir sıra qadınlara zorakılıq edildiyi bildirilir.

Epşteyn Nastya N.-dən yeni dostlarını video çəkilişlər üçün gətirməsini istəyib, bəzi təkliflərini rədd edib. Yazışmalardan görünür ki, Nastya həmçinin dostunu adaya gətirib, lakin Epşteyn bəzilərini qəbul etməyib.

Hüquqi və araşdırma çərçivəsi

Nastya N. jurnalistlərin sorğularına cavab verməyib və sosial şəbəkədə hesabını bağlayıb. Onun anası jurnalistlərə bildirib ki, Nastya bu işlərdən kənarda olduğunu vurğulayıb və adının açıqlanmamasını istəyir.

Yanvar ayında ABŞ Ədliyyə Nazirliyi 3 milyon Epşteyn faylını  - məktublar, fotoşəkillər və digər sənədləri açıqlayıb. Bu fayllar bir sıra qalmaqallar yaradıb, çünki yüksək vəzifəli şəxslərin və iş adamlarının adı çəkilir. Epşteyn adasında qadınlar zorlanıb və seksual istismara məruz qalıb. Epşteyn 2019-cu ilin yayında həbsdən bir ay sonra həbsxana kamerasında intihar edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://moderator.az
archiveBu xəbər 20 Fevral 2026 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri