Epşteyn qalmaqalı: Dünya İqtisadi Forumunun rəhbəri istefa verib
Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünya İqtisadi Forumunun prezidenti və baş icraçı direktoru Borge Brende məhkum edilmiş pedofil və amerikalı maliyyəçi Ceffri Epşteynlə əlaqələrinin aşkarlanmasından sonra istefa verib.
Reyting.az bildirir ki, bu barədə forumun həmsədrləri Andre Qofmann və Larri Finkin 26 fevral cümə axşamı günü dərc olunmuş bəyanatında məlumat verilib.
26 fevral cümə axşamı günü Brende "diqqətlə düşündükdən sonra" qərar verdiyini bildirib.
Qofmann və Finkin bəyanatına görə, Alois Zvinqli Dünya İqtisadi Forumunun müvəqqəti lideri və prezidenti vəzifələrini icra edəcək.
Bəyanatda deyilir: "Himayətçilər Şurası liderlik keçidinə, o cümlədən daimi varisin müəyyən edilməsi üçün lazımi proses planına nəzarət edəcək".
Fevralın əvvəlində Dünya İqtisadi Forumu Brendenin nüfuzdan düşmüş maliyyəçi Ceffri Epşteynlə əlaqəsini aşkar etdikdən sonra onun haqqında araşdırma apardığını elan edib.
Bu ayın əvvəlində Britaniya polisi, baş nazir Keir Starmer hökumətinin keçmiş səfirlə Epşteyn arasındakı yazışmaları təhvil verməsindən sonra, ABŞ-dakı keçmiş Britaniya səfiri Peter Mandelson haqqında cinayət işi açıb.
O, 23 fevralda saxlanılıb və ertəsi gün sərbəst buraxılıb.
ABŞ Ədliyyə Nazirliyinin Epşteynin sənədlərini açıqlaması Mandelsonun ona Böyük Britaniya hökuməti daxilində həssas iqtisadi müzakirələrin təfərrüatlarını göndərdiyini göstərir.
V. QULİYEV
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 26 Fevral 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















