Epşteynin ölümü ilə bağlı daha bir İddia
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
Yetkinlik yaşına çatmayan qızları hədəf alan şəbəkə qurmaqda ittiham olunan və həbsxanada ölü tapılan milyarder Ceffri Epşteynin vəfat etdiyi gecə ilə bağlı daha bir maraqlı məqam ortaya çıxıb.
“Qafqazinfo” “The Daily Mail” qəzetinə istinadən xəbər verir ki, ABŞ Ədliyyə Departamentinin “Epşteyn işi” ilə bağlı açıqladığı genişmiqyaslı arxiv materiallarında maliyyəçinin 10 avqust 2019-cu ildə həbsxana kamerasında ölü tapılmasından bir gün əvvəl hazırlanmış və prokurorun onun ölümü barədə bəyanatının qaralamasından ibarət olan sənəd aşkar edilib.
“Səhər Manhetten İslah Mərkəzi təsdiq edib ki, Ceffri Epşteyn kamerasında huşsuz vəziyyətdə tapılıb və bundan qısa müddət sonra ölmüş elan edilib”, - Nyu-Yorkun Manhetten dairəsi üzrə prokuror Ceffri Bermanın 9 avqust 2019-cu il tarixli bəyanatında deyilir.
Sənəddə bu hadisənin narahatlıq doğurduğunu və Epşteynin çoxsaylı qurbanlarının məhkəmə qarşısına çıxa bilməsi yolunda daha bir maneəyə çevrilə biləcəyi qeyd edilib.
Qeyd edək ki, daha əvvəl C.Epşteynin öldüyü gecə həbsxananın nəzarət kamerası ilə çəkilən videogörüntülər yayılmışdı. Lakin açıqlanan videoda 1 dəqiqəlik materialın çatışmazlığı çoxlu mübahisələrə və fərziyyələrə səbəb olub. ABŞ-nin baş prokuroru Pem Bondi isə bunu videokameranın lent dəyişdirmə prosesi ilə əlaqəli olduğunu deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 09 Fevral 2026 15:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















