Icma.az
close
up
RU
EQidam mobil tətbiqi ictimaiyyətə təqdim olunub

EQidam mobil tətbiqi ictimaiyyətə təqdim olunub

Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən qida sahəsində ictimai nəzarətin gücləndirilməsi, bu sahədə istehlakçı hüquqlarının qorunması və vətəndaş şikayətlərinin operativ şəkildə icrasının təmin edilməsi məqsədilə hazırlanan “E-Qidam” mobil tətbiqi media vasitəsilə ictimaiyyətə təqdim olunub.


Təqdimat zamanı tətbiqin tanıtım videoçarxı nümayiş olunub (//youtu.be/JAvldYaQ_uE).

Media subyektlərinin nümayəndələrinə mobil tətbiqin məqsədi və istifadə qaydaları haqqında ətraflı məlumat verilib. Bildirilib ki, vətəndaşlar qida sahəsində hər hansı bir neqativ halla rastlaşdıqda, bu barədə “E-Qidam” tətbiqi vasitəsilə dərhal AQTA-ya bildirə biləcəklər. Tətbiqin əsas üstünlüyü qida təhlükəsizliyinin təmin olunması prosesində vətəndaşların aktiv iştirakı ilə ictimai nəzarəti təmin etmək və baş verən hər hansı neqativ hallara qarşı təsir imkanlarını genişləndirməkdir.


Həmçinin vurğulanıb ki, vətəndaşlar tətbiqdən istifadə etmək üçün Android və iOS əməliyyat sistemli mobil telefonlar vasitəsilə “E-Qidam” mobil tətbiqini telefonlarına yükləyə bilərlər. Qeydiyyatdan keçən istifadəçilər hər hansı şikayəti göndərmək üçün “Müraciət göndər” bölməsinə keçid etməli, ardınca şikayət olunan qida məhsulunun adı və satışının həyata keçirildiyi ünvanı qeyd edib “Göndər” düyməsinə klikləməlidirlər. Şikayət Agentlik tərəfindən qəbul edilərək qanunvericiliyə uyğun olaraq araşdırılacaq. Vətəndaşlar “Müraciətlərim” bölməsinə daxil olaraq müraciətlərinin icra vəziyyəti haqqında məlumat əldə edə biləcəklər.


Bundan başqa, vətəndaşlar mobil tətbiq vasitəsilə qida təhlükəsizliyi ilə bağlı görülən işlər, tədbirlər, xəbərlər, maarifləndirici yazılar və ən son yeniliklərlə anında tanış ola biləcəklər. Həmçinin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən təklif olunan təlimlər, laborator analizlər, eləcə də vakansiyalar barədə ən son məlumatları əldə edəcəklər. Ən əsası isə sahibkarlıq subyektləri “Bildiriş” funksiyasını aktiv etməklə fəaliyyət sahəsi üzrə Agentlik tərəfindən mobil tətbiqdə paylaşılan məlumatlar haqqında bildirişlər alacaqlar.
Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

“E-Qidam” mobil tətbiqindən istifadə etmək üçün aşağıdakı linklərə keçid edə bilərsiniz:
IOS üçün: //apps.apple.com/az/app/e-qi-dam/id6452725355
Android üçün ://play.google.com/store/apps/details?id=com.aqra&pcampaignid=web_share

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:312
embedMənbə:https://modern.az
archiveBu xəbər 28 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see297

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see280

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see263

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see251

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see235

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see232

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see230

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see223

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see215

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see214

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see211

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see210

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see206

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see205

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see201

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see199

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see196

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see195

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see192

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri