Icma.az
close
up
RU
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib

Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri beynəlxalq konfransda məruzə edib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 21-22-də Moskva şəhərində Avrasiya Patent Təşkilatı (APT), Rusiyanın Əqli Mülkiyyət üzrə Federal Xidməti (Rospatent), Rusiyanın “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin “UNESCO-nun müəlliflik hüququ, əlaqəli, mədəni və informasiya hüquqları üzrə kafedrası” Beynəlxalq Elm-Təhsil Mərkəzi və Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının birgə təşkilatçılığı ilə “Əqli mülkiyyətin harmoniyası və ritmləri” mövzusunda “Аvtor/Author - 2025” V beynəlxalq elmi-praktik konfransı keçirilir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyindən məlumat verilib. Bildirilib ki, tədbirin açılışında UNESCO kafedrasının direktoru professor Mixail Fedotov, Rospatentin rəhbəri Yuriy Zubov, APT-nın prezidenti Qriqoriy İvliyev, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Rusiya Federasiyasındakı ofisinin rəhbəri Pavel Spitsin və digərləri çıxış ediblər. Sonra Y.Zubovun moderatorluğu ilə konfransın plenar iclası keçirilib.

Tədbirə onlayn rejimdə qoşulan Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri professor Kamran İmanov “Əqli mülkiyyətin melodiya, harmoniya və ritmlərinin başında yaradıcılıq durur” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə musiqi əsərinin hüquqi qorunmasının nəzəri aspektləri analiz edilib, müxtəlif yanaşmalar təhlil edilib. Eyni zamanda, əqli fəaliyyət nəticələrində yaradıcılığın roluna toxunulub, müəlliflik hüququ və patent hüququnda yaradıcılığın ümumi və fərqli tərəfləri göstərilib. K.İmanov müasir dövrdə musiqi əsərində süni intellektin rolunun kifayət qədər nəzərə çarpdığını qeyd edərək süni intellektin inkişafı və onun yaratdığı müasir hüquqi məsələlər, süni intellektin hüquq subyektliyi və onun tanınmasının problemləri, bu sahədə perspektivdə duran məsələlər barədə fikirlərini bölüşüb.

Professor Kamran İmanovun məruzəsinin tam mətni ilə buradan tanış ola bilərsiniz.

Məruzəyə görə Kamran İmanova təşəkkür edən M.Fedotov bildirib ki, bu çıxış təkcə ona deyil, hər kəsə böyük zövq verdi: “Çox istərdim ki, bizim köhnə ideyamızı, nəhayət, həyata keçirək və bu mövzuda birgə məqalə yazaq”.

M.Fedotov deyib: “Xahiş edirəm, bugünkü çıxışınızı bizə məqalə kimi göndərin və biz onu “Əqli Mülkiyyət üzrə Əsərlər” jurnalımızda çap etməkdən məmnun olarıq”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Aprel 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see277

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see215

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see200

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see189

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see179

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see166

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see159

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see154

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see153

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see153

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see150

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see146

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see145

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see142

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see141

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see140

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see134

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri