Icma.az
close
up
RU
Ər arvad davasının milyonların qarşısında efirdə müzakirə olunması biabırçılıqdır Xalq atisti

Ər arvad davasının milyonların qarşısında efirdə müzakirə olunması biabırçılıqdır Xalq atisti

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Azərbaycanda sosial yönümlü televiziya proqramları son illərdə geniş yayılsa da, onların keyfiyyəti və cəmiyyətə təsiri ciddi suallar doğurur. Bu verilişlər sosial problemlərin həllinə kömək etmək əvəzinə, insan faciələrini tamaşa obyektinə çevirir, şoulaşdırır və etik normaları pozur.

Televiziya kanallarımızdakı sosial verilişlər cəmiyyətə necə təsir edir?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Xalq artisti Naibə Allahverdiyeva bildirdi ki, sosial verilişlər postsovet ölkələrindən tutmuş dünyanın bir çox yerində var:

"Məncə, bu tip proqramlar kasıb, yardıma ehtiyacı olan, çətin vəziyyətdə qalan insanlara dəstək məqsədi daşımalıdır. Lakin bizdə daha çox məişət mövzuları efirə çıxarılır. Kimisi evindən qaçır, kimisi həyat yoldaşından şiddət görür... Bəli, bu kimi hallarda həmin şəxslərə yardım göstərilməsi yaxşıdır. Amma ər-arvad arasındakı şəxsi münaqişələrin efirdə müzakirəyə çıxarılması biabırçılıqdır. Bu cür hadisələr veriliş mövzusu olmamalıdır.
Verilişlərdə qıcıq doğuran və insanları narahat edən situasiyalardan çəkinmək lazımdır. Proqramlar daha çox maarifləndirici olmalıdır. Studiyada sosioloqlar, psixoloqlar iştirak etməli və problemlərə peşəkar yanaşma sərgilənməlidir. Səviyyəsiz dava-dalaş efirə çıxmamalıdır. Eyni zamanda, bizim milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz də qorunmalıdır.
Verilişlərdə elə hadisələr göstərilir ki, izləyicilərdə narahatlıq doğurur. Hətta deyərdim, bəziləri psixoloji baxımdan insanlara mənfi təsir göstərir. Bu cür efirlər xüsusilə gənclərə və uşaqlara mənfi təsir göstərir. Gizli qalmalı olan ailə məsələləri ictimailəşdirilir. Halbuki belə məqamlar ictimaiyyətin maraq dairəsinə çıxarılmamalıdır. İnsan nə qədər çox neqativə məruz qalırsa, bir o qədər pis əməllərə yönələ bilər.
Əvvəllər kinolar çəkilirdi, insanlar onlardan dərs alır, pisi yaxşıdan ayırd edə bilirdi. İndi isə verilişlərdə o qədər pis situasiyalar əks olunur ki, insanlar artıq onları etməkdən utanmır. Hər bir problemi ictimailəşdirmək düzgün deyil. Televiziya pozitivlik yaymalıdır, insanlara gözəl nümunələr, yaxşı əməllər göstərilməlidir".

Xalq artisti qeyd etdi ki, təkcə sosial verilişlər deyil, musiqi sahəsində də eyni vəziyyət yaşanır. 

"Mən çox istərdim ki, musiqilərimiz əvvəlki səviyyədə olsun. İndiki musiqilərin keyfiyyəti bərbaddır və bu da musiqi zövqünü korlayır. Zövqün pozulması isə birbaşa psixologiyaya təsir edir. Yeni bir dövrə qədəm qoymaq lazımdır. Yeni nəsil formalaşır və biz bu dünyadan köçəndən sonra hər şeyi idarə edəcək olan da onlardır.
Valideynlər deyirlər ki, uşaq tərbiyəsini ailədən alır. Bəli, bu doğrudur, amma bu gün uşaqların tərbiyəsinə daha çox sosial şəbəkələr və televiziya proqramları təsir edir. Mən düşünürəm ki, sosial verilişlər mütləq olmalıdır, amma daha faydalı, maarifləndirici və mədəni mövzuları əhatə etməlidir",- deyə Naibə Allahverdiyeva bildirdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 Aprel 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see281

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see176

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see176

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see163

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri