Icma.az
close
up
RU
Ər dəhşət yaşatdı: 9 uşaq anası olan hamilə arvadına...

Ər dəhşət yaşatdı: 9 uşaq anası olan hamilə arvadına...

Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Şəki Ağır Cinayətlər Məhkəməsində hamilə həyat yoldaşını xüsusi amansızlıqla yaralamaqda təqsirləndirilən Yevlax rayon sakini Şərəvəddin Rəsulovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Milli.Az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ş.Rəsulov 11 il 3 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə Yevlax rayonu, "qaraçılar məhəlləsi" adlanan ərazidə baş verib. 1985-ci il təvəllüdlü Ş.Rəsulov 1987-ci il təvəllüdlü Sevinc Rəsulova ilə ailə həyatı qurub və birgə nikahdan 9 övladları olub. 2024-cü ildə Sevinc Rəsulovanın 10-cu uşağa hamilə olduğunu öyrənən Ş.Rəsulov həyat yoldaşından şübhələnib və uşağın atasının başqa şəxs olduğunu düşünüb. O, həyat yoldaşının qonşusu ilə bir neçə dəfə söhbət etdiyini görüb və bu barədə S.Rəsulova ilə mübahisələr edib.

2024-cü il avqustun 12-də Şərəvəddin Rəsulov həyat yoldaşını öldürmək qərarına gəlib və bu məqsədlə S.Rəsulovanı aldadaraq, bankdan kredit götürmək bəhanəsi ilə rayon ərazisinə aparıb. O, banka çatdıqdan sonra kredit götürməyin mümkün olmadığını deyib və S.Rəsulova ilə geri qayıdıb. Yolda Şərəvəddin Rəsulov həyat yoldaşından uşağın atasının kim olduğunu soruşub. S.Rəsulova isə bu məsələnin ona aidiyyəti olmadığını deyib və ər-arvad arasında mübahisə yaranıb. Ş.Rəsulov üzərində gəzdirdiyi, əvvəlcədən xüsusi məqsədlə hazırlanmış iti və kəsici polad alətlə S.Rəsulovaya 11 zərbə endirib. Həmin vaxt cütlüyün azyaşlı övladının da hadisə yerinə gəlməsinə baxmayaraq, Şərəvəddin Rəsulov cinayət əməlini davam etdirib. O, S.Rəsulovanın öldüyünü zənn edərək, hadisə yerini tərk edib, polisə təslim olub.

Azyaşlı uşağın köməyi ilə S.Rəsulova xəstəxanaya çatdırılaraq əməliyyat olunub. Onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı cinayət işi başlanıb və Ş.Rəsulov həbs edilib.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 26 İyun 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri