Icma.az
close
up
RU
Ər Riyadda Rusiya ABŞ danışıqları: Trampın nümayəndələri Ukraynanı satdı?

Ər Riyadda Rusiya ABŞ danışıqları: Trampın nümayəndələri Ukraynanı satdı?

Mia.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şahin CƏFƏRLİ

Politoloq

***

Səudiyyə Ərəbistanında keçirilən danışıqlarda Trampın nümayəndələri Ukraynanı satdı?

Təbii ki, yox. Əvvəla, Ukrayna, yaxud hər hansı digər dövlət və xalq əşya deyil ki, kimlərsə onları alıb-satsın. (Bu müstəmləkə təfəkküründən xilas olmaq lazımdır). İkincisi, ABŞ-dakı hazırkı hökumətin beynəlxalq məsələlərə qeyri-standart və qeyri-ənənəvi baxışı olsa da, onların da Ukraynanı satmaq kimi bir niyyəti olduğuna inanmıram.

Ər-Riyad görüşündə hansı nəticələr əldə olundu?

Razılaşma kimi qeyd edilən məsələlərə baxanda görmək olur ki, ortada ciddi razılaşmalar yoxdur, niyyətlər var. Necə deyərlər, tərəflər anlaşıb ki, hələ anlaşa bilmirik və bu istiqamətdə işləmək lazımdır. Təsadüfi deyil ki, görüşdən sonra Moskva birjasında indekslər düşməyə başladı. Bazar ən yaxşı indikatordur. (Tramp-Putin telefon danışığından sonra Rusiya maliyyə bazarında böyük nikbinlik yaranmışdı və səhmlər uçurdu.) Yeganə real nəticə kimi onu qeyd etmək olar ki, Moskva və Vaşinqtondakı səfirliklərin personalı kəmiyyət baxımından əvvəlki səviyyəyə çatdırılacaq.

Ukrayna niyə bu görüşdə yox idi?

Çünki bu, konkret Ukrayna probleminin həlli ilə bağlı yox, ikitərəfli münasibətlərdə mövcud olan problemlərin müzakirəsinə həsr olunmuş görüş idi.

Bəs niyə Ukrayna mövzusu gündəmə gəldi?

Çox bəsit səbəbdən: Ukrayna məsələsi ABŞ-Rusiya ikitərəfli münasibətlərində ən ciddi problemlərdən biridir, ABŞ bununla əlaqədar Rusiyaya çoxlu sayda sanksiya tətbiq edib, onunla əlaqələrini xeyli məhdudlaşdırıb. Tərəflər razılığa gəliblər ki, Ukrayna məsələsinin müzakirəsi ilə əlaqədar ayrıca danışıqlar qrupu (alt səviyyədə) yaradılsın. Bu isə ona işarədir ki, proses uzanacaq. Bunu Marko Rubio da etiraf edib.

Bir məqamı xüsusi vurğulamağa ehtiyac var ki, Putin rejimi informasiya-propaqanda işində olduqca püxtələşdiyi üçün hazırda nəinki rusdilli, hətta Qərb informasiya məkanında qalib tərəf olduğu haqda ictimai rəy formalaşdırmağa nail olub. Rusiya nümayəndələri ultimatumla danışır və özlərini şərt diktə edən tərəf kimi göstərməyə çalışırlar. Türk qardaşlarımız demşkən, alqılar və olqular arasındakı fərq itib. Bu, ABŞ tərəfinə də psixoloji təsir göstərməyə yönəlmiş danışıqlar taktikasıdır. Halbuki bu gün Zelenskinin də Ankarada dediyi kimi, müharibənin ilk günlərində, rus ordusu Kiyevin qapısının ağzında olarkən ultimatumları qəbul etməyən Ukrayna indi niyə qəbul etsin?

Ukrayna Silahlı Qüvvələri 3 il əvvəlkindən daha güclüdür, daha çoxsaylıdır və daha yaxşı silahlanıb. O, nəhəng resurslara sahib düşmənlə ötən müddətdə çox ağır döyüşlər aparmasına və böyük itkilər verməsinə baxmayaraq, döyüş qabiliyyətini qoruyur, üstəlik, 6 aydır Rusiya ərazisinin bir qismini nəzarətdə saxlayır. Ukrayna hərbi sənayesi də dirçəlib, hətta Moskvanı vura biləcək ballistik raketlərin istehsalına başlayıb. İşğalçının ultimatumlarını qəbul etmək üçün ciddi səbəb yoxdur.

Təbii ki, sülh müzakirələrində Ukrayna güzəştlərə gedəcək, amma bir şərtlə ki, güzəştlər qarşılıqlı olsun.

P.S.Yazı müəllifin Feysbiuk hesabından götürülüb.

MİA.AZ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:226
embedMənbə:https://mia.az
archiveBu xəbər 18 Fevral 2025 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see360

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see343

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see303

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see272

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see247

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see216

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see206

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see201

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see198

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see195

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see190

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see183

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see179

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see173

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see172

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see170

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see167

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see167

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see165

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri