Əraqçi ABŞ yə xəbərdarlıq etdi: Buna görə təəssüflənəcəksiniz
Icma.az, Azxeber.com saytına istinadən bildirir.
İranın xarici işlər naziri ABŞ-ni dənizdə vandalizm aktı törətməkdə ittiham edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ın beynəlxalq sularda İranın "Dena” freqatını vurduğunu iddia edib.
Nazir bu barədə "X” sosial media platformasında paylaşım edib.
Əraqçinin sözlərinə görə, hadisə İran sahillərindən təxminən 2000 mil uzaqlıqda baş verib. O bildirib ki, Hindistan Hərbi Dəniz Qüvvələrinin qonağı olan və təxminən 130 dənizçi daşıyan "Dena” freqatı beynəlxalq sularda heç bir xəbərdarlıq edilmədən hədəfə alınıb.
"ABŞ İran sahillərindən 2000 mil məsafədə dənizdə qəddarlıq aktı törətdi. Beynəlxalq sularda olan gəmi heç bir xəbərdarlıq edilmədən vurulub. ABŞ yaratdığı bu presedentə görə acı təəssüflənəcək”, – deyə Əraqçi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Mart 2026 12:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















