Əraqçi Azərbaycan xalqını təbrik etdi
Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.
İran xarici işlər naziri Abbas Əraqçi Müstəqillik Günü münasibətilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu və Azərbaycan xalqını ürəkdən təbrik edib.
"Unikal" xəbər verir ki, bu barədə (İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Əraqçi İran və Azərbaycanın dərin tarixi, dini və mədəni köklərə malik iki qonşu və müsəlman ölkə olduğunu, münasibətlərin hər zaman qarşılıqlı hörmətə əsaslandığını vurğulayıb.
İki ölkə rəhbərliyinin səyləri nəticəsində əlaqələrin ikitərəfli, regional və beynəlxalq səviyyələrdə gündən-günə inkişaf etdiyini və möhkəmləndiyini məmnunluqla qeyd edib.
Sonda azərbaycanlı həmkarına cansağlığı, qardaş Azərbaycan xalqına və dövlətinə isə rifah və firavanlıq arzulayıb.
Baxış sayı:97
Bu xəbər 03 İyun 2026 00:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















