Əraqçı: İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququ var
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Tehran İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnda israr edir".
Oxu.Az "Al-Manar"a istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı bildirib.
"İran nüvə silahlarının yayılmaması haqqında Müqaviləyə qoşulan dövlət kimi öz öhdəliklərinə sadiqdir, lakin eyni zamanda İran xalqının nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etmək hüququnda israrlıdır ki, bu da təbii olaraq uranın zənginləşdirilməsi prosesini tələb edir", - nazir qeyd edib.
Onun sözlərinə görə, uranı zənginləşdirən, lakin eyni zamanda nüvə silahını tamamilə rədd edən müqaviləyə qoşulan bir neçə ölkə var. "Bu kluba bir neçə Asiya, Avropa və Cənubi Amerika ölkələri daxildir", - o əlavə edib.
Nazir vurğulayıb ki, İran sülhməramlı nüvə proqramı ətrafında yaranmış süni böhranın həlli üçün diplomatik yolun seçilməsinə məsuliyyətlə yanaşır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 03 May 2025 21:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















