Icma.az
close
up
RU
Əraqçı Mirzoyan görüşünün gizlinləri: Bağlı qapılar ardında nə danışılıb?

Əraqçı Mirzoyan görüşünün gizlinləri: Bağlı qapılar ardında nə danışılıb?

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İran və Ermənistanın xarici işlər nazirləri Abbas Əraqçı və Ararat Mirzoyan İrəvanda regional məsələləri müzakirə ediblər.

Qeyd olunub ki, iranlı nazir Ermənistana səfəri çərçivəsində erməni həmkarı ilə ikitərəfli münasibətlərə və Cənubi Qafqazdakı vəziyyətə dair məsələlər ətrafında fikir mübadiləsi aparıb.

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Abbas Əraqçı və Ararat Mirzoyan görüşündə bir çox mühüm məsələ müzakirə olunub:

“Gözlənildiyi kimi, başlıca müzakirə mövzusu Cənubi Qafqaz və baş verən son proseslər olub. İran son proseslər fonunda özünü oyundankənar hiss edir. Faktiki olaraq Rusiya, ABŞ, Türkiyə, Ermənistan-Azərbaycan danışıqlarını yaxından izlədiyi halda İranın bu imkanları çox azdır.

Tehran Cənubi Qafqazda oyundankənar vəziyyətdə qalmaq istəmir. Bunun üçün də bütün imkanlardan istifadə edir. Hələlik bu Ermənistan ilə təmaslar fonunda müşahidə edilir. Azərbaycan ilə təmaslar müəyyən məsafəlidir. Buna səbəb İran-Azərbaycan münasibətlərində yaşanan gərginlikdir. Tehran bir müddətdir ki, gərginliyi aradan qaldırmaq, münasibətləri normallaşdırmaq üçün aktiv diplomatik təmas qurur. Amma dediyim kimi, bu danışıqlarda Ermənistan məsələsindən bəhs edilmir.

Hesab edirəm Tehranın İrəvanla təması onu qane etmir. Buna görə də gələcəkdə Bakı ilə də təmasları intensivləşdirməyə cəhd edə bilər. Amma Azərbaycan təmkinli davranmalıdır. Çünki İran normallaşma prosesinə ciddi töhfə verə bilməz. Əksinə bunun qarşısını almağa çalışacaq.
Misal üçün A. Araqçı Ararat Mirzoyan ilə görüşdə yenə sərhədlərin toxunulmazlığını vurğulayıb. Ümumiyyətlə, bu ifadə belə özlüyündə Tehranın niyyətini açıq şəkildə ortaya qoyur. Çünki İran 30 illik işğal dövründə bir dəfə də olsun sərhədlərin toxunulmazlığından bəhs etməyib”.


Kənan Novruzov

Ekspert deyib ki, Abbas Əraqçı və Ararat Mirzoyan görüşündə ABŞ ilə münasibətlər və Yaxın Şərqdəki gərginlik müzakirə edilib:

“Tehranın işi getdikcə çətinləşir. İran belə demək mümkünsə axtarışdadır. Əraqçının türkiyəli həmkarı Hakan Fidanla telefon danışığından sonra Mirzoyanla görüşü diqqət çəkir.

Məsələ ondadır ki, İran Ermənistanın ABŞ-la strateji saziş imzalamasından narahatdır. Bunu özü üçün təhdid hesab edir. Mətbuata açıqlanmasa da böyük ehtimalla Araqçı Mirzoyandan bu sazişin təfərrüatlarını soruşub. Yəni ABŞ Ermənistan üzərindən İrana bu vəya başqa formada hücum edə bilərmi kimi məsələlər qapalı qapılar ardında müzakirə edilmiş ola bilər.

Yaxın Şərq məsələlərinə gəldikdə isə Suriyada Bəşər Əsədin devrilməsindən sonra İran üçün vəziyyət əsaslı surətdə dəyişdi. Ermənistan isə Türkiyə ilə birlikdə Suriyaya humanitar yardım göndərməyə başlayıb. Tehran bütün bunları yaxından izləyir və suallara cavab axtarır”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Mart 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see134

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see132

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri