Icma.az
close
up
RU
“Ərazidə məktəb yoxdur, uşaqlar uzaq məsafə qət etməli olur”

“Ərazidə məktəb yoxdur, uşaqlar uzaq məsafə qət etməli olur”

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Sumqayıt sənaye şəhəridir. Ölkənin iki böyük sənaye parkı məhz burada yerləşir. Şəhərdə hər il yeni sənaye müəssisələri açılır, Sumqayıtda aparılan abadlıq layihələri sakinlərin istirahət imkanlarını genişləndirib. Dövlət başçısının şəhərə səfərləri çərçivəsində yeni istehsal müəssisələrinin açılması Sumqayıtın sənaye potensialının artmasına təkan verib”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Mehriban Vəliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.

O bildirib ki, şəhərin sənaye parklarında 46-ya yaxın rezident qeydiyyata alınıb, 5,6 milyard manatdan çox sərmayə yatırılıb və 6 500-ə yaxın daimi iş yeri yaradılıb:

“2025-ci ildə təkcə Sumqayıt Sənaye Parkında 2,2 milyard manatlıq məhsul satılıb. Bunun yarısı, yəni 1,1 milyard manatlıq hissəsi ixrac edilib. Bu göstərici ölkənin həmin il üzrə ümumi qeyri-neft ixracının təxminən 18 faizinə bərabərdir. Sənaye şəhəri kimi insan axını və əhali artımı da diqqəti cəlb edir. Bu da yeni yaşayış massivlərinin yaranmasına səbəb olur.

Sənaye potensialı artdıqca şəhərin yaşayış infrastrukturu da bu inkişafa uyğun yenilənməlidir. Sumqayıtın 2030-cu ilədək inkişafına dair Baş planı təsdiqlənib. Bir sıra məhəllə və mikrorayonlarda köhnə yaşayış binalarının mərhələli şəkildə yenilənməsi planlaşdırılır. Yeni binalar layihələndirilərkən yolların və kommunal şəbəkələrin imkanları, məktəb və bağçalara tələbat da nəzərə alınmalıdır”.

“Hörmətli həmkarlar, hökumət üzvləri!

Sakinlərin çoxsaylı müraciətləri əsasında 29 mindən çox sakinin yaşadığı Yaşıl dərə massivinə diqqətinizi yönəltmək istərdim. Təxminən 550 hektar ərazidə , 4 210 fərdi evin yerləşdiyi massiv əhali tərəfindən salındığından kanalizasiya şəbəkəsi, yol və sosial  infrastruktur planlaşdırılmayıb. Massivin yalnız 0,35 hektar sahəsi yaşıllıq zonasıdır. Bu da ekoloji problemlərə səbəb olur.

Sumqayıt şəhərinin kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üzrə təxminən 41,5 milyon manatlıq müqavilə çərçivəsində “Acı dərə” kanalının boruya alınması istiqamətində şəhərdə xeyli işlər görülüb. Birinci mərhələdə Yaşıl dərə layihədə əhatə olunmayıb. İkinci mərhələdə kanalizasiya və yağış suları şəbəkəsinin qurulmasında Yaşıl dərənin də layihəyə salınması məqsədəmüvafiq olardı.

Bu il şəhər bələdiyyəsinin və icra hakimiyyətinin dəstəyi ilə massivin əsas yolunda və kiçik parkında abadlıq işləri görülüb. Buna görə aidiyyəti qurumlara təşəkkür edirəm. Kanalizasiya şəbəkəsinin qurulması və digər infrastruktur məsələlərinin həlli isə dövlət investisiyası tələb edir.

Massivin öz ərazisində məktəb yoxdur. Uşaqlar uzaq məsafə qət etməli olur və bu, ətraf məktəblərdə şagird sıxlığını artırır. Yaşıl dərədə uşaq bağçasına və ilkin tibbi yardım məntəqəsinə də ehtiyac var”, - deputat bildirib.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 17 Noyabr 2026 23:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see309

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see301

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see268

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see248

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see248

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see247

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see240

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see232

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see230

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see225

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see206

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see205

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see204

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see203

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see203

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see198

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see197

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see195

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see191

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri