Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Qlobal İqlim Sammiti keçmiş Sovet məkanı, hətta sosialist düşərgəsi ölkələrinin heç birində keçirilməyib. 1995-ci ildə Almaniyadan başlayan bu hərəkat bəlli dövrlərdə müxtəlif razılaşmaları əldə edib. Planetin bütün insanların evi olduğu şüarını və dövlətlərin, xalqların üzərinə düşən öhdəliklərin müəyyənləşdirilməsi baxımından ölkəmizdə keçirilən bu sammit tarixdə çox parlaq adlarla, qərarlarla əlamətdar olacaq.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc COP29 tədbirinin yekunlaşması ilə bağlı danışarkən deyib.

O, prosesdən öncə internet resurslarından iqlim sammitinin müxtəlif tərəflərinin öyrənilməsinə çalışıldığına diqqət çəkib:

“Burada dövlətlər və onların şirkətləri, ayrı-ayrı qruplar, təşkilatların necə davranışlar seçdiyinə, hansı proqramlarla, ideyalarla çıxış etdiklərinə dair müəyyən məlumatları öyrənməyə çalışırdıq. Lakin prosesin özü real yaşandıqca əzəmətini hamı - bütün dünya dövlətləri, insanlar gördü. On minlərlə könüllümüz, gəncimiz burada təşkilatçı kimi iştirak edirdi. DİN-in yol polisindən patrul xidmətinə, ali rəis heyətinə kimi, həmçinin digər mühüm dövlət strukturları, məxfi xidmət orqanları, o cümlədən Prezidentin komandası ən yüksək səviyyədə fəaliyyətlərini ortaya qoydular. Sözün həqiqi mənasında konfrans BMT Baş Assambleyasından daha əzəmətli xarakter daşıdı. Təkcə ona görə yox ki, bir zamanlar ərazi bütövlüyü problemi yaşayan bir ölkə, BMT-nin 4 qətnaməsinin çıxarılmasına nail olan bir dövlət, nəhayət, ərazi bütövlüyünə nail olub, zəfər yürüşünü həyata keçirib, sonra BMT Baş katibini - Antonio Quterreşi Bakıya gətirməyə nail oldu; ona görə yox ki, hansısa dövlətlər, dairələr bu tədbirin təməl prinsiplərinin ziddinə gedərək, elə həm də BMT egidası, onun mandatı altında keçirilən tədbiri iqnor etməyə uğursuz cəhdlə özlərini dünya çapında əslində qlobal çirklənməyə və istiləşməyə verdikləri “töhfə”ni sanki davam etdirdilər; Ən başlıcası biz bu tədbiri qlobal mənada sülhün, təhlükəsizliyin birləşməsinin nümunəsinə, modelinə çevirdik. Baxmayaraq ki, müəyyən siyasi mesajlar məcburən verilməli oldu”.

O bildirib ki, tədbirin keçirildiyi Olimpiya Kompleksi sanki Yer kürəsinin mini obrazı idi:

“Fərqli dinlər, millətlər, iqtisadi-sosial imkanlarından, gücündən asılı olmayaraq, dövlət təmsilçiləri - hamısı orada bir araya gəlmişdilər. Sözün həqiqi mənasında adam bir anlıq düşünür ki, bu gün - qlobal mənada təhlükəsizliyin böhran keçirdiyi bir dövrdə kaş ki, Yer üzü Bakı Olimpiya Kompleksində olduğu kimi bir vəziyyətdə olardı. Oradakı əmin-amanlıq, münasibətlər, toplanan ideyalar bankı... Azərbaycanın elə bir dövlət-hökumət strukturu olmadı ki, onun fəaliyyəti Qlobal İqlim Zirvəsinin panellərinə, onun müxtəlif platformalarına aid edilməsin. Siz düşünün, bu, onların təfəkkürlərində, baxışlarında, proqramlarında, gələcək fəaliyyətlərində nə qədər dəyişikliklərə səbəb olacaq! Ölkəmiz artıq 278 ildir neft çıxaran və dünyada bu cəhətdən birincilərdən olan ölkə olaraq tanınır. Ancaq dünya neft-qaz resurslarını çıxaran dövlətlər sırasında cəmi 0.7 faizlik payla karbon oksidi emisiyasında müsbət anlamda çox-çox aşağı yerlərdə qərarlaşan bir ölkə kimi strateji mənada enerji keçidini bəyan edir. Ölkə rəhbəri bundan ötrü bir çox mühüm transmilli şirkətləri Azərbaycana dəvət edir, bu proseslər başlanır. İndiki gerçəklikdə, xüsusilə də bayaq adını çəkdiyim gənclər bir neçə il sonra bu təşkilati bacarıqdan keçərək, bu sınaqdan uğurla çıxaraq, dünya tarixində özlərinin adını yazaraq, gələcək dönəmlərdə bütün bu gördükləri, şahid olduqları məqamları, müzakirələri, texnoloji hadisələri Azərbaycanın müxtəlif sferalarında bərqərar eləməyə çalışacaqlar”.

O, COP29 tədbirinin beynəlxalq mətbuatda işıqlandırılmasına da toxunub:

“Bir çox paneldə iştirak edən, məruzəsi olan insan kimi deyirəm ki, həqiqətən Azərbaycan yalnız 72 min insana deyil, hətta illərlə dövlət əleyhinə, xüsusilə Vətən müharibəsində qələbədən sonra sistemli olaraq informasiya terroru aparan media strukturlarına gücünü göstərdi. Bu sammitin yekunlarından sonra müxtəlif dövlət-hökumət orqanları öz fəaliyyətlərinə dair məsələləri yekun qərarlar kimi toparlayacaqlar. Dəfələrlə BBC kanalında canlı yayımların şahidi oldum. “İndependent”, “Röyters” - hansı ki, bunlar nəhəng media koorperasiyaları sayılırlar, onların canlı yayımında tədbirləri, konfransları, dərin masaları nə qədər insan izləyirdi. Bu qeydlər orada arxivləşir, gələcək dövrdə də baxılacaq. Cənab Prezidentin parlaq obrazını, qlobal liderliyini, Vətən müharibəsində qələbəmizin davamını, növbəti diplomatik siyasi uğuru, qələbəmizin orada təqdimatı və təbliğatını ayrıca dəyərləndirmək lazımdır. Hörmətli Mehriban xanımın dəst-xətti tədbirin bütün mərhələlərində özünü göstərirdi. Ümumən Prezident ailəsi hər bir sahədə millətimizin aktivinə çox böyük uğurlar qazandırdılar. Tədbirin birinci günü isə əsas çıxışlardan - cənab Prezident və Quterreşin çıxışından sonra bədii hissə təqdim olundu. Seçilən hər bir repertuar nümunəsi ölkəmizin zənginliyini, mədəni tarixini, keçmişini, etnik milli rəngarəngliyini ehtiva edirdi.

Ona görə də ümid edirəm ki, qlobal mənada bu tədbir son günlər xüsusilə şiddətlənən savaşların nəhayət durması, Yer üzərinə bu qədər ağır silahların endirilməməsi gərəkdiyinə, dövlətlərarası münasibətlərin iqlimində, ekologiyasında, ümumən ekosistemin sağlamlaşdırılması yönündə qərarlarla yadda qalacaq. Bu tədbiri millətimizin, dövlətimizin tarixində ən böyük salnamə kimi dəyərləndiririk”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Noyabr 2024 09:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see603

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see358

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see270

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see263

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see254

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see249

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see247

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see240

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see237

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see231

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see217

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see217

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see208

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see208

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see207

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see203

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see201

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see200

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see199

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri