Icma.az
close
up
RU
Ərdəbil mollasının siyasi OBRAZI Öküz qırmızını, Amuli Azərbaycanı görəndə QIZIŞIR...

Ərdəbil mollasının siyasi OBRAZI Öküz qırmızını, Amuli Azərbaycanı görəndə QIZIŞIR...

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Uzaq qohumdansa, yaxın qonşu yaxşıdır”.
Atalarımız bu fikri əbəs yerə səsləndirməyiblər. Çünki bu sözlər qonşuluğun nə qədər vacib olduğunun göstəricisidir. Siyasətdə də bu cürdür. Qonşu dövlətlərlə münasibətlərin nə qədər yaxşı olsa, ölkənin inkişafı üçün o qədər müsbət fürsətlər yaranar.
Amma təəssüf ki, Azərbaycanın yaxşı qonşular baxmından bəxti o qədər də gətirməyib. Xüsusilə də, üzdə dostluqdan dəm vurub, hər fürsətdə saxta ittihamlar, təhqir və təhdidlər səsləndirən İran kimi ölkənin olduğu yerdə hansı “yaxşı qonşuluq”dan söhbət gedə bilər?!
 

MÖVZU İLƏ BAĞLI:
Cənubi azərbaycanlı fəallar: “Məsciddən ayaqqabı oğurlayanlar Azərbaycana dil uzada bilməz” – Əyalət mollasının kirli KEÇMİŞİ


Şirin, yoxsa öküzün quyruğu?
İran siyasətinin ən çirkin xüsusiyyəti isə dürüstlüyün olmamasıdır. Yəni İranın yüksəkvəzifəli rəsmiləri öz sözlərini deyə bilmədikləri üçün, “it hürdürmək” yolunu seçirlər. Ərdəbil mollası Həsən Amuli isə bu mənada xüsusilə fərqlənir. Onu Səfəvi yurdu Ərdəbilə təyin edənlər də məhz avazı “yaxşı” gəldiyi üçün bu posta layiq görüblər.
Ancaq Amulinin oxuduğu Quran yox, təhqir və yalanlardır. Onun qibləsi də birbaşa Tehrandadır. Ordan nə fətva gəlsə, Amuli də həmin fətvaya uyğun danışmağa başlayır. Atalar “Molla aşı gördü, Quran yaddan çıxdı” deyirlər. Ancaq Amuli aşı yox, Azərbaycanı görəndə Allahı da, Quranı da yaddan çıxarır, islamın tələb etdiyi dürüstlük, hörmət kimi ənənələri “unudur”. İşi Allah kəlamı səsləndirmək olan molla başlayır təhqirlər səsləndirməyə.
Onun vaxtilə Azərbaycanı təhdid etmək üçün səsləndirdiyi “şirin quyruğu ilə oynamayın” frazası isə artıq siyasi kinayəyə çevrilib. Çünki Amuliyə şir obrazından daha çox “öküzün quyruğu qapı arasında qalanda” məsəli yaraşır.
Öküz qırmızını görəndə
Öküzdən söz düşmüşkən, Amulinin bu gün İran siyasətindəki funksiyasını həqiqətən də öküzə bənzətmək olar. Çünki Ərdəbil mollasına Tehrandakılar hansı ölkəni “qırmızı” rəngdə göstərsələr, Amuli buynuzlarını itiləyib, başlayır o ölkənin üzərinə getməyə. Bu dəfə də Tehrandakılar Azərbaycanı Amuli üçün hədəf göstərəndə o, quyruğunu qapı arasından çıxarıb, təhqirlərlə silahlanaraq üzərimizə gəlməyə çalışdı, amma nəticə olmadı.
Çünki daş qayaya rast gəldi. Azərbaycan Ərdəbil mollasının təhqirlərinə göz yummadı. İlk növbədə, İranın Azərbaycandakı səfirliyinin rəsmisi Xarici İşlər Nazirliyinə çağrıldı və ona xəbərdarlıq edildi.
Prezident İlham Əliyev isə yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində həmin mollanın cəzalandırılmalı olduğunu qeyd etdi:
“O, ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”.
İlham Əliyev çıxışında Amulinin o vəzifəyə özbaşına gəlib oturmadığını da vurğulayıb:
“Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?
İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir”.
Ayaqqabı oğrusu necə vilayət mollası oldu?
İran Amuli məsələsində “ən iyrənc işləri, ən günahkar insana gördürərlər” fikrinə uyğun hərəkət edir. Çünki onun hansı xislətin adamı olduğunu Tehrandakılar da yaxşı bilir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, Amuli gəncliyində məscidlərdən ayaqqabı oğurlayarkən tutulub və dəfələrlə həbs edilib. Sonradan bir neçə dəfə siyasi mövqeyini dəyişib, külək hansı tərəfə əssə, o tərəfə meyillənib. Tehran Amulidən 1999-cu il Universitet Yataqxanası Hadisələri və 2009-cu il seçkilərindən sonra baş verən etirazlarda rejimin müxaliflərini susdurmaq üçün istifadə edib.
Onun hazırki vəzifəsi isə Azərbaycanla bağlı İranın yüksəkvəzifəli rəsmilərinin açıq deməyə qorxduqları fikirləri səsləndirməkdir. Özünü “böyük dövlət” kimi təqdim edən İranın isə belə aciz duruma düşməsi həqiqətən rüsvayçılıqdır.
İndi İranın iki seçimi var:

Ya Azərbaycanın tələb etdiyi kimi Amulini cəzalandıracaqlar, ya da susmağı seçərək acizliklərini qəbul edəcəklər. Əvvəlki təcrübələrə əsasən deyə bilərik ki, İran yenə də 2-ci variantı seçəcək...
Bizim.Media-nın analitik qrupu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://bizim.media
archiveBu xəbər 13 Yanvar 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri