Icma.az
close
up
RU
Ərdoğan: “Ada reallıqlarına uyğun bir həll gəlmədikcə, bizim Cənubi Kipr Rum İdarəsini tərəf kimi qəbul etməyimiz mümkün deyil”

Ərdoğan: “Ada reallıqlarına uyğun bir həll gəlmədikcə, bizim Cənubi Kipr Rum İdarəsini tərəf kimi qəbul etməyimiz mümkün deyil”

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan, Kipr türklərinin məruz qaldığı haqsız təcrid sona çatmadıqca, adada ədalətli, daimi, davamlı və ada reallıqlarına uyğun bir həll gəlmədikcə, Türkiyənin Cənubi Kipr Rum İdarəsini tərəf kimi qəbul etməsinin, ticarət etməsinin, limanlarını istifadə etdirməsinin mümkün olmadığını vurğulayıb.

Bizimyol.info xəbər verir ki, Prezidentlik və Cümhuriyyət Məclisinin yeni xidmət binalarının yerləşdiyi ŞKTC Cümhuriyyət Kompleksi, əvvəlki gün keçirilən mərasimlə rəsmi olaraq istifadəyə verildi.

Açılış mərasimində çıxış edən Ərdoğan, “Qəlb birliyimizi, həmrəylik ruhumuzu və milli davamıza olan inamımızı qoruduğumuz müddətcə aşa bilməyəcəyimiz heç bir maneə olmayacaqdır. Kipr türk siyasəti də sabitliyini qorumalı, süni böhranlara təslim olmamalı, Türkiyə ilə Kipr türkləri arasındakı qəlb bağını zədələməyə yönəlmiş tələlərə düşməməlidir”, – ifadələrini işlətdi.

“Bu gün Aralıq dənizinin incisində, müqavimətin qalasında, vətən sevgisinin əbədi ocağında, Mehmetçik və Mücahitlərin dastan yazdığı torpaqlardayıq, Şimali Kipr Türk Cümhuriyyətindəyik”, – deyən Ərdoğan, “Möhkəm dövlət, nüfuzlu gələcək” şüarı ilə bu torpaqlara qazandırılan möhtəşəm əsərlərin açılışını reallaşdırdıqlarını ifadə edib.

25 min 210 kvadratmetrlik sahəyə sahib olan Cümhuriyyət Kompleksində Prezidentlik binası, 600 nəfərlik 2 konfrans zalı, 400 nəfərlik qəbul salonu, 52 iş ofisi, 10 toplantı zalı, kafeterya və yeməkxana ilə 109 avtomobillik dayanacaq olduğunu qeyd edən Ərdoğan, 20 min kvadratmetrlik ərazidə inşa edilən Məclis binasında isə Prezidentlik və idarəetmə otaqları, 157 nəfərlik ümumi iclas salonu, millət vəkillərinin otaqları və nazirlər üçün toplantı salonunun yerləşdiyini bildirib.

Kompleks daxilində ümumilikdə 452 min 428 kvadratmetr böyüklüyündə olan Millət Bağçasının tikintisinin davam etdiyini qeyd edən Ərdoğan, 5 min 661 kvadratmetrlik sahədə 2 min 252 nəfərlik Millət Məscidinin inşasının da davam etdiyini bildirib.

Kompleksin son mərhələsi olan Ali Məhkəmə və Millət Kitabxanalarının da inşasına başlanıldığını qeyd edən Ərdoğan, məscidlə birlikdə bu binaların tikintisinin eyni vaxtda tamamlanacağını söyləyib.

Bu əsərlərin hər bir kərpicində işçilərin alın tərinin, hər bir dizaynında memarların baxış bucağının, hər bir detalında mühəndislərin bacarığının olduğunu qeyd edən Ərdoğan: “Bütün bunlarla yanaşı, yenə hər bir detalında, hər bir daşında bu torpaqların azadlıq və mübarizə ruhu var”, – deyib.

TOKİ-nin onillərlə qazandığı təcrübəsinin Kipr türklərinin iradəsi ilə birləşdiyini və nəticədə möhtəşəm bir əsərin ortaya çıxdığını ifadə edən Ərdoğan: “Kipr türk xalqının ədalətsizliyə qarşı mübarizəsinin ən böyük mükafatı olan Şimali Kipr Türk Cümhuriyyəti Dövlətinin gücünə və nüfuzuna yaraşan bu kompleksin xeyirli olmasını arzulayıram. Kipr, türk xalqı ilə qardaşlığımızın ən yeni simvolu olan bu əsərlərin həyata keçirilməsində əməyi olan memarından mühəndisinə, texnikindən işçisinə, podratçı şirkətindən qurum və təşkilatlarımıza qədər bütün əmək sahiblərinə ürəkdən təşəkkür edirəm”, - deyə qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 06 May 2025 17:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri