Ərdoğan aksiyalardan danışdı
Icma.az bildirir, Olke.az portalına istinadən.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra açıqlamalar verib.
Ölkə.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Türkiyə lideri çıxışında hazırda ölkədə qeydə alınan etiraz aksiyalarından da danışıb.
“Vandalların hücumları zamanı yaralanan polislərimizə, obyektlərinin şüşələri qırılan sahibkarlara, zərər vurulan ictimai əmlaka görə bütün məsuliyyəti ana müxalifət lideri və onun tərəfdarları daşıyır. CHP-nin demokratiya anlayışının açıq səsvermə, gizli hesablama komediyasından kənara çıxa bilmədiyi bir daha sübut olunub. Təxribatlarla vətəndaşlarımızın rahatlığını pozmağa son qoyun. Cəsarətiniz varsa, korrupsiyanın, oğurluğun, alınan rüşvətlərin hesabını verin”, - deyə Ərdoğan qeyd edib.
Xatırladaq ki, Türkiyədə 19-23 mart tarixlərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə etiraz məqsədilə keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb. Aksiyalarda 123 polis yaralanıb.
Baxış sayı:76
Bu xəbər 24 Mart 2025 19:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















