Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

ƏRDOĞAN BAKI İLƏ MƏSLƏHƏTLƏŞİB VƏ... Makronun bu təklifini rədd edib

ƏRDOĞAN BAKI İLƏ MƏSLƏHƏTLƏŞİB VƏ... Makronun bu təklifini rədd edib

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycanda məlum cinayətlərə görə məhkəmə qarşısına çıxarılan erməni separatçı liderlərə İrəvandan dəstək verməyə çalışan Fransa Prezidenti Emmanuel Makron həm də başqa bir simvolik siyasi jest etmək istəyibmiş. Belə ki, mayın 3-dən 5-dək Avropa İttifaqı-Ermənistan sammitində iştirak üçün İrəvanda səfərdə olan Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Ermənistandan Türkiyəyə quru sərhədilə keçməyi planlaşdırıb.

“AzPolitika” xəbər verir ki, bu barədə "AZfront" "Telegram" kanalı bir neçə məlumatlı mənbəyə istinadla məlumat yayıb.

Məlumatdan belə aydın olur ki, səfər hətta əvvəlcədən Türkiyə tərəfinin ayrı-ayrı nümayəndələri ilə razılaşdırılıbmış. Lakin məsələ Türkiyə dövlət başçısı səviyyəsinə qaldırıldıqda, R.T.Ərdoğan strateji müttəfiqi Azərbaycanla müzakirələrdən sonra Makrona rədd cavabı verib.

Bu fakt bir neçə əhəmiyyətli məqamdan xəbər verir.

Birincisi, faktiki olaraq öz yarıtmaz xarici siyasətilə regionumuzda sülhə yox, etimadsızlığa, qarşıdurmaya köklənən Makronun belə bir “təşəbbüslə” çıxış etməsi, onun hələ də Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının mahiyyətini, dərinliyini anlamamasıdır. Əgər belə olmasaydı, 30 ildir məhz Ermənistanın Azərbaycana qarşı təcavüzü səbəbindən bağlı qalan Ermənistan-Türkiyə quru sərhədini Azərbaycanın mövqeyi nəzərə alınmadan “yarıb keçəcəyinə” ümid bağlamazdı.

Digər yandan, Makron özünün uğursuz xarici siyasətini “ağartmaq” və özünü guya regionumuzda çəki, söz sahibi kimi təqdim etmək üçün Ermənistandan birbaşa Türkiyəyə, özü də “tarixə düşərək” quru sərhədi vasitəsilə səfər etməklə, “böyük diplomatik uğur”a imza atmağa ümid edirdi. Ancaq göründüyü kimi, “gücünü düz hesablamadı”.

Beynəlxalq siyasətinin demək olar bütün cəbhələrində - Afrikada, Yaxın Şərqdə, İsraillə münasibətlərdə fiaskoya uğrayan Fransa məhz Makronun prezidentliyi dövründə özünü ən etibarsız tərəfdaş kimi göstərdi. Bu, özünü xüsusilə də onun Ukrayna istiqamətində apardığı siyasətdə göstərdi. Fransa bu istiqamətdə müharibənin ilk günlərindən Böyük Britaniya, Almaniya, hətta Polşanın kölgəsində qaldı. Üstəlik, bu gün Avropanı Rusiyadan qoruyan, bunun üçün böyük qurbanlar verən Ukraynanın Aİ-yə qəbul prosedurunun sürətlənməsinin qarşısını alan əsas ölkə kimi tanınır.

Makronun bütün bu uğrsuzluqlarının “əvəzini” bizim regionumuzda, özü də bu cür “təmtəraqlı təşəbbüslə” çıxmaq niyyəti həm də Fransa başçısının reallıq hissini itirməsindən və öz çəkisini, ölkəsinin çəkisini onun real ölçüsündən daha yüksək qiymətləndirməsindən irəli gəlir.

"Fransa diplomatiyası Makron dövründə sürətlə öz əhəmiyyətini itirir", - deyə Fransanın "Le Journal du Dimanche" qəzeti mayın 5-də yazıb. Bu fikir Makronun xarici siyasətdə “axsaq ördək” olduğunun Fransada da yaxşı başa düşdüklərini göstərir.

Bu fonda Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Serdar Kılıçın açıqlamaları rezonans doğurub. O bəyan edib ki, "İrəvanda özünü evdəki kimi hiss edir". Həmçinin qeyd olunur ki, o, Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması başladıqdan sonra erməni həmkarı Rubinyana təkliflər verərkən "Türkiyənin deyil, ermənilərin maraqlarını rəhbər tutub".

Azərbaycan mediası isə haqlı olaraq qeyd edir ki, onun ritorikası Türkiyə hökumətinin rəsmi xəttinə ziddiyyət təşkil edir və milli maraqlardan geri çəkilmək kimi qəbul edilə bilər. Çünki ən azından bu ritorika ilk növbədə Türkiyənin maraqlarına, sonra isə Azərbaycanla strateji tərəfdaşlığa misilsiz önəm verən Türkiyə Prezidentinin xətti ilə uyğun gəlmir.

Rasim Əliyev

“AzPolitika.info” 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 06 May 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see311

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see300

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see272

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see253

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see251

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see245

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see241

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see237

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see221

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see215

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see213

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see213

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see211

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see207

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see205

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see204

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see195

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see180

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri