Ərdoğan: Bölgəmiz atəş çənbərinə sürüklənmə riski ilə üz üzədir
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin İrana qarşı həyata keçirdiyi son hücumları kəskin pisləyib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyə dövlət başçısı rəsmi çıxışında bildirib.
Prezident vurğulayıb ki, İranın suverenliyini açıq şəkildə pozan və dinc əhalinin hüzuruna qəsd edən bu hücumlar eseflə qarşılanır.
O, rəsmi Ankaranın uzun müddətdir regiondakı münaqişələrin dialoq yolu ilə həlli üçün ciddi səylər göstərdiyini xatırladıb:
"Qonşumuz İrana qarşı Netanyahu (İsrailin Baş naziri-red.) administrasiyasının kışqırtmaları ilə başlayan hücumlardan dərin üzüntü və narahatlıq duyuruq. Əgər sağduyu və ağlısəlim hakim olmazsa, diplomatiyaya meydan verilməzsə, bölgəmiz tamamilə bir atəş çənbərinə sürüklənmə riski ilə qarşı-qarşıyadır".
Ərdoğan həmçinin qeyd edib ki, regionda sülhün və sabitliyin bərpası üçün beynəlxalq ictimaiyyət daha aktiv rol oynamalı və gərginliyi artıran addımlardan çəkinməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 28 Fevral 2026 21:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















