Ərdoğan bu hücumlardan narahatdır
Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranla müharibə fonunda Ərbil və İraqın digər bölgələrinə edilən hücumlardan narahatlığını bildirib.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Məlumata görə, Ərdoğan məsələ ilə bağlı fikirlərini İstanbulda İraq Kürdüstan Demokratik Partiyasının (KDP) sabiq sədri Məsud Bərzani ilə görüşündə səsləndirib. Türkiyə lideri Ankaranın münaqişənin regionun digər ölkələrinə yayılmasını istəmədiyini vurğulayıb. O, həmçinin Türkiyənin İraq Kürd Regional hökuməti ilə həmrəyliyini davam etdirəcəyini söyləyib.
Qeyd olunub ki, görüş zamanı tərəflər İraqdakı vəziyyət, regional sabitlik, ticarət, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələlərini də müzakirə ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 09 May 2026 22:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















