Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Ərdoğan çağırış etdi: “Danışıqlara başlamağın vaxtıdır”

Ərdoğan çağırış etdi: “Danışıqlara başlamağın vaxtıdır”

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Cənubi Asiyada son günlərdə artan gərginlik fonunda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Pakistan və Hindistana etdiyi çağırışı diqqət çəkir. Ərdoğan bildirib ki, “odun üzərinə benzin tökmək” istəyən qüvvələr vəziyyətin mürəkkəbləşməsində maraqlıdır və tərəfləri təmkinə çağırıb. O, eyni zamanda Pakistanın Baş naziri Şahbaz Şəriflə mühüm telefon danışığı apardığını vurğulayıb. Bu kontekstdə Türkiyənin vasitəçi roluna qayıtması gündəmə gəlir. Xatırladaq ki, Ankara daha əvvəl Rusiya-Ukrayna münaqişəsində də vasitəçilik təşəbbüsü göstərmişdi, müəyyən uğurlar qazanılsa da , bu yekun sülhün əldə olunması ilə nəticələnmədi.

Bu proses nədən xəbər verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, 1947-ci ildən bu günə qədər Hindistan və Pakistan arasında davam edən münaqişələr, xüsusilə Cammu və Kəşmir bölgəsi ətrafında, zaman keçdikcə daha da kəskin xarakter alıb:

“Bu dövr ərzində iki ölkə arasında təxminən beş dəfə ciddi qarşıdurmalar, bəzən isə müharibə səviyyəsində toqquşmalar baş vermişdir. Hazırda hər iki ölkə müasir nüvə silahlarına malik olduğundan aralarındakı münaqişə regional sabitlik üçün ciddi təhdid olaraq qalır.

Hindistan və Pakistan arasındakı bu gərginlik beynəlxalq güclərin nəzarətindədir və münaqişənin həlli üçün müxtəlif vasitəçilik təşəbbüsləri irəli sürülür. Xüsusilə Türkiyə kimi regional güclər bu məsələdə daha fəal rol oynamağa çalışırlar. Türkiyə, həm Pakistanla tarixi və mədəni bağlara, həm də Hindistanla müəyyən iqtisadi və diplomatik əlaqələrə malik olduğuna görə bu münaqişədə vasitəçilik potensialına sahibdir.

Anar İsayev

Son illərdə Türkiyənin beynəlxalq vasitəçilik sahəsində qazandığı təcrübə məsələn, Rusiya-Ukrayna arasında taxıl sazişi ilə bağlı danışıqlar təşəbbüsləri onu bu sahədə etibarlı aktor kimi təqdim edir. Buna baxmayaraq, Türkiyənin vasitəçilik rolu bir sıra çətinliklərlə qarşılaşa bilər. Ən mühüm maneələrdən biri Hindistanın üçüncü tərəf vasitəçiliyinə qarşı olan ehtiyatlı mövqeyidir. Həmçinin, Türkiyənin Kəşmir məsələsində Pakistana verdiyi açıq dəstək Hindistanda inamsızlıq yaradır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Pakistanın baş naziri arasında keçirilən telefon danışığında da Türkiyənin Pakistana verdiyi dəstək xüsusi olaraq vurğulanmışdır. Bundan əlavə, ABŞ, Çin, Rusiya və BMT kimi beynəlxalq güclər də regionda maraqlara sahibdir və bu da Türkiyənin diplomatik təşəbbüslərinə təsir göstərə bilər.

Nəticə etibarilə qeyd etmək olar ki, Türkiyə qeyri-rəsmi vasitəçilik təşəbbüslərini təşviq edən platformaların və dialoq mühitinin yaradılmasında mühüm rol oynaya bilər. Lakin rəsmi vasitəçilik statusu qazanmaq üçün həm Hindistanın, həm də Pakistanın razılığı və balanslı yanaşma tələb olunur. Türkiyənin Pakistana verdiyi açıq dəstəyə görə Hindistan tərəfi bu vasitəçilik təşəbbüsünə skeptik yanaşa bilər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 May 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see757

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see722

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see717

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see524

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see513

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see493

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see422

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see377

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see372

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see365

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see358

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see352

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see346

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see345

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see340

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see339

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see334

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see325

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see320

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see267
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri