Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Ərdoğan görüşə gəlməyən Əsədi tapdayır Rusiya ilə birgə

Ərdoğan görüşə gəlməyən Əsədi tapdayır Rusiya ilə birgə

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyada proseslərin nizamlanması ilə bağlı Rusiyanın vasitəçiliyi ilə Bəşər Əsədlə görüş cəhdi aylardır davam edirdi; bu siyasət nəinki XİN başçısı, hətta Ərdoğan səviyyəsində açıq mesajlar şəklində çatdırılırdı. “Əsədin əlinin qana batması” və “rejimin getməli olduğu” barədə uzun illər davam edən siyasətdən Ərdoğanın birdən-birə əl çəkməsi Türkiyə müxalifətinin daxili siyasətdə təbliğat vasitəsinə çevrilməsinə baxmayaraq, Türkiyə lideri mövqeyini dəyişməsini açıq etiraf etməkdən çəkinmirdi.

Hər zamanın öz siyasəti, öz tələbləri var və Türkiyə regionda çox mürəkkəb, tamamilə əks qütblərlə işləməyi və onlarla münasibətdə yalnız öz maraqlarını rəhbər tutmağı bacaran mükəmməl siyasət nümunəsi göstərməyə qadir olduğunu dəfələrlə sübut edib.

Ərdoğanın Suriya da daxil olmaqla, mürəkkəb siyasi konfiqurasiyasına bir çox proseslər daxildir: HƏMAS-ın müdafiəsində İsraillə toqquşmadan çəkinməmək, ABŞ-ın regional siyasətini sərt tənqid etmək, eyni zamanda regional oyunçular İran və Rusiya ilə birgə çalışmaq – Astana masası misalında.

Ancaq Ərdoğanın israrlı çağırışlarına baxmayaraq, Bəşər Əsəd görüş və razılaşma üçün sərt təkliflərlə çıxış etməyə başladı və bunların ən qəbuledilməzi Türkiyə ordusunun ölkənin şimalından çıxması idi. Milyonlarla suriyalını illərdir ölkədə saxlayıb-bəsləməsinə rəğmən, Suriya yalnız Türkiyədən ordusunu çıxarmağı israrla tələb edirdi – Türkiyənini PKK ilə bağlı narahatlıq və əndişəsini bölüşmədən və bu terror şəbəkəsinə qucaq açmaqda davam edərək.

Paralel olaraq Rusiya lideri Vladimir Putinin də müxtəlif bəhanələrlə nəzərdə tutulan razılaşmadan yayındığını hiss etmək olardı. Putin aylardır Türkiyəyə planlaşdırılan səfərini təxirə salmaqla məşğuldur – Ərdoğan isə hər dəfəsində “ümid etdiyini” bildirirdi ki, Rusiya lideri Ankaraya səfər edəcək.

Görünür, Putin Suriya ilə bağlı Ərdoğanla razılaşmaya hazır deyildi və yaxud Bəşər Əsədlə fərqli bir ssenari üzərində işləyirdi. Çünki bütün hakimiyyətini əsasən Rusiyaya borclu olan Bəşər Əsəd Putinin tələblərindən imtina edib, Türkiyəyə şərt irəli sürməyə cəsarət edə bilməzdi.

Suriya, Rusiya və İran bir məsələdə ciddi yanlış edirdi: Türkiyə hər nə qədər ABŞ-ı tənqid edib, Ukrayna müharibəsində neytral mövqe tutmağa və Rusiyaya sanksiyalardan yayınmağa çalışsa da, İsrilə münasibətdə ən sərt ritorikaya üstünlük versə də, bir NATO ölkəsidir və heç də NATO-nun “sıradan ölkəsi” deyil, alyansın ən güclü ikinci orduisüuna malik qüdrətli dövlət və regionun vazkeçilməz oyunçusudur.

Suriya-İran-Rusiya üçbucağının aylardır davam edən “arzulanmaz ssenarisi” fonunda İsrail kəşfiyyatının MİT=lə təmasları və işbirliyini genişləndirməsi, ABŞ-ın rehional siyasətdə Türkiyəyə stavkanı artırması “yeni şəraitə” hazırlıq məqsədi daşıyırdı və şərait gəldi: İsrail İranın əsas proksilərini əhəmiyyətli dərəcədə sarsıtdı, İrana zərbələr də endirdi, həmçinin Suriyada İranın əsas dayaqlarına hücumlarını sistemləşdirdi.

İsrail maraqlarına uyğun olaraq ABŞ da çoxdandır bu prosesdə rol almışdı – Qüds briqadasının komandanı Qasım Süleymaninin aradan götürülməsi, onun yerinə gələn ən sonuncu şəxsin isə “casus” sayılacaq qədər əməkdaşlığa cəlb edilməsindən tutmuş proksilərə ağır zərbələrə qədər – Pentaqon öz töhfəsini illərdir əsirgəmir.

Rusiya isə onsuz da Ukrayna ilə bağlı ciddi “tıxacdadır” və onun Suriyada əhəmiyyətli hərbi əməliyyatlar keçirməsi mümkün deyil. Zatən Rusiya seçim qarşısında qalarsa – və qalır – sərhədindəki Ukraynanı seçəcək, nəinki 3500 km-dəki Suriyanı.

İdeal zamanlama özünü doğrultdu: ABŞ seçkiləri, Trampın andiçmə mərasiminə qədər olan “boşluq”, Hizbullahın əhəmiyyətli dərəcədə zəifləməsi ilə Türkiyənin açıq dəstək verdiyi ASO, o cümlədən bir neçə silahlı müxalifətin, həm də türkmanların və ASO qruplarının sıralarında döyüşdüyü “Heyət Təhrir əş-Şam”ın hücumu başladı: Hələb, İdlib, Həma, Tel-Rıfat ələ keçirilib, Xüms və Menbiç ən qısa müddətdə təslim olacaq və Dəməşqə yol açılır.

Bu arada İranın türkiyəni ittiham etməsi, Ankara ilə “fikir ayrılıqlarının” olduğunu bildirməsi və Ərdoğanın İsrail və ABŞ-la birgə hərəkət etdiyini uca səslə bəyan etməsində həqiqət var. İllərdir Suriyada Türkiyənin maraqlarını görməzdən gələn “Astana müttəfiqləri” nəhayət meydanda Türkiyənin necə bir oyunçu olduğunu görür!

Ərdoğan artıq Rusiya və İranın “təkidli tövsiyələri və diplomatik çağırışlarına”, Əsədin yalvarışlarına əhəmiyyət vermir; Türkitə siyasilərinin də dediyi kimi, Əsəd gecikdi və fürsəti qaçırdı. Türkiyə indiki tarixi şansı – 20 yanvar 2025-ci ilə qədər olan imkanı əldə buraxacaq sadəlövh dövlət deyil!

Suriyanın parçalanması gündəmə gələcəksə - Türkiyənin öz planı və layihəsi var, onu ən ideal hala gətirməlidir:

1. Termaneli dövləti;

2. Türkiyə ilə çox sıx əlaqələri olan Hələb dövləti – 1924-cü ilə qədər olan modelə uyğun.

Hələb dövlətinin ərazisi ən qısa müddətdə təmin ediləcək, daha sonra isə Dəməşq dövlətinin tarixi ərazisində “alver” gedəcək!

Bu arada: israil siyasətçilərinin “Hizbullahı nahaq bu qədər zəiflətdik, türkiyənin Suriyada güclənməsinə şərait yaratdıq” müzakirəsindən bircə gün sonra Hizbullahın Əsədə köməyə gedən kolonunu yolda ikən məhv etməsi və ABŞ-ın iki gün ardıcıl “naməlum hədəfləri” vurmasının (Pentaqon ötən gün etiraf etdi ki, Suriya rejim qüvvələrinə zərbə endirilib) səbəbləri də aydındır.

Suriya ilə birləşib, türkiyəni “Astana masası”nın kənarında oyundankənar vəziyyətə salmaq cəhdi əlbəttə ki, Ankaranın alınmayan masanı meydana çevirməsi və meydanda bölünməni təmin etməsinə səbəb olacaqdı.

Bu meydanda Türkiyə kiminlə birgədir və masada kiminlə olacaq – bu artıq dərin dövlətin işi!

Zatən bütün açıq və sərt siyasi ritorikalara, hətta Hersoqun Bakıya gəlməsi üçün hava dəhlizi verməməsinə baxmayaraq, İsrail və Türkiyə dərin dövlətləri öz maraqları üçün bir an da ünsiyyəti kəsməyib...

Beləliklə, artıq Əsədi kimsə Ərdoğanın ayağı altdan xilas edəcək durumda deyil – ta ki, meydanda bütün istəklərini alana və masada rəsmiləşdirilməsinə razılıq verilənə qədər...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://axar.az
archiveBu xəbər 06 Dekabr 2024 15:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see623

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see291

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see284

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see273

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see266

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see246

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see243

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see239

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see234

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see225

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see224

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see212

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see201

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see200

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see200

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see199

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see191

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see181

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see180

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri