Ərdoğan İstanbulu kimə əmanət edir? İstefalarla yüksələn şəxs kimdir? (FOTO)
Mia.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyə prezidenti Ərdoğan lideri olduğu AK Partiyanın İstanbul şəhəri üzrə təşkilat sədrini dəyişməyə qərar verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hazırda təşkilata sədrlik edən Osman Nuri Kabaktepenin istefaya göndəriləcəyi dəqiqləşəndən sonra yeni namizədin kimliyi böyük maraq oyadıb.
Məlumata görə, artıq AK Partiya İstanbul təşkilatının sədrliyinə namizədi bəlli olub: "Bu, İstanbul şəhəri, Bağcılar rayon Bələdiyyə sədri Abdullah Özdemirdir. O, təşkilatda fevral ayında keçiriləcək yığıncaqda sədr elan olunacaq".
Xatırladaq ki, Abdullah Özdemir Bağçılar Bələdiyyə sədri vəzifəsinə də əvvəlki sədrin istefasından sonra əyləşib. Yəni, görünən odur ki, yeni sədrin ulduzu istefalardan sonra parlamaqda davam edir.
Zülfiyyə Mustafayeva
MİA.AZ

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 24 Dekabr 2024 09:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















