Icma.az
close
up
RU
Ərdoğan Pezeşkian görüşü: region üçün mühüm mesaj

Ərdoğan Pezeşkian görüşü: region üçün mühüm mesaj

Icma.az, Xalqcebhesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə iranlı həmkarı Məsud Pezeşkianın görüşü müxtəlif aspektlərdən şərh olunur.
Qeyd edək ki, görüş zamanı liderlər Suriyadakı cari vəziyyət, İsrailin Qəzza zolağına hücumları və Cənubi Qafqazda sülh prosesi barədə fikir mübadiləsi aparıblar.
“Xalq Cəbhəsi” sözügedən görüşdə müzakirə edilən məsələlər, həmçinin İranın mövqeyinin dəyişib-dəyişməyəcəyi haqda politoloqların fikirlərini öyrənib.

“Ciddi qərarlar qəbul edilə bilər”

Politoloq Aytən Qurbanova söyləyib ki, İranın mövqeyində qismən dəyişiklik artıq müşahidə edilir: “Xüsusilə də, Prezident Məsud Pezeşkianın verdiyi bəyanatlar onu deməyə əsas verir ki, İran regional münasibətlərdə gərginliklərin azaldılmasına və əməkdaşlığın təşviq olunmasına dəstək verməyə çalışır. Amma İran daxilində olan siyasi gərginlik vahid siyasi kursun formalaşmasına mane olan əsas amildir. Lakin bütün bunlarla yanaşı, rəsmi Tehranın mövqeyində müsbət dəyişikliklərin müşahidə edildiyini aydın şəkildə ifadə edə bilərik. Xüsusilə də, Pezeşkianın Bakı və Xankəndi səfərlərindən sonra Azərbaycan-İran münasibətlərində, eləcə də İranın Cənubi Qafqaz siyasətində yeni mərhələnin başladığını müşahidə etmək mümkündür. Nəticə etibarilə, Şanxay Əməkdaşlıq Təşkilatının Tiencində keçirilən zirvə toplantısında cənab Ərdoğan ilə Prezident Məsud Pezeşkian arasında keçirilən görüş çərçivəsində müzakirə olunan məsələrə dair ciddi qərarların qəbul edilə biləcəyini ehtimal etmək olar”.

Region üçün mühüm siqnal

Politoloq Elman Telmanoğlu deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Məsud Pezeşkianın Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutan görüşü region üçün mühüm siyasi siqnal kimi qiymətləndirilir: “Görüşdə tərəflər Suriyadakı vəziyyət, İsrailin Qəzza zolağına hücumları və Cənubi Qafqazda sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusən də Cənubi Qafqaz məsələsinin gündəmə gətirilməsi diqqət çəkir. Bu görüşdən sonra İranın mövqeyində dəyişikliyin mümkünlüyünə gəldikdə isə, İran uzun illərdir Cənubi Qafqazda balanslı mövqe nümayiş etdirməyə çalışır”.

“Ankara regionda mövqelərini möhkəmləndirib”

E.Telmanoğlu bildirib ki, Tehran bir tərəfdən Ermənistanla sıx iqtisadi və logistik əməkdaşlıq edir, digər tərəfdən Azərbaycan və Türkiyə ilə münasibətlərini gərginləşdirməməyə çalışır: “Lakin 2020-ci il Vətən müharibəsindən sonra bölgədə yaranan yeni reallıqlar İranın mövqeyini ziddiyyətli vəziyyətə saldı. Tehranın əsas narahatlığı Zəngəzur dəhlizi və Türkiyə-Azərbaycan əməkdaşlığının artmasıdır. Bu, İranın Ermənistan üzərindən Avropaya çıxış imkanlarını məhdudlaşdıra və regiondakı strateji təsirini zəiflədə bilər. Bununla belə, yeni prezident Məsud Pezeşkianın Türkiyə ilə dialoqa açıq mövqe sərgiləməsi, İran diplomatiyasında müəyyən yumşalmaların ola biləcəyini göstərir. Bu proseslərdə Türkiyənin roluna gəldikdə isə, Ankara son illərdə regionda aparıcı güc kimi mövqelərini möhkəmləndirib. Ərdoğanın Pezeşkianla görüşdə Cənubi Qafqaz məsələsinə xüsusi diqqət ayırması təsadüfi deyil. Türkiyə istəyir ki, İran yeni geosiyasi reallıqları qəbul etsin və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına maneə yaratmaq əvəzinə, konstruktiv tərəfdaş rolunu oynasın. Siyasi üfüqdə görünən perspektivlər isə bu cürdür”.

“İranın kəskin mövqe dəyişikliyi gözlənilmir”

Politoq əlavə edib ki, qısa müddətdə İranın kəskin mövqe dəyişikliyi gözlənilmir: “Tehran həm Ermənistanı tam itirmək istəmir, həm də Azərbaycan və Türkiyə ilə açıq qarşıdurmaya getməkdən çəkinir. Orta və uzun müddətdə isə İranın regiondakı mövqeyi iqtisadi faktorlar və Qərbin sanksiya siyasəti ilə sıx bağlı olacaq. Əgər Tehranın Türkiyə ilə əməkdaşlığı dərinləşərsə, bu, Cənubi Qafqazda daha praqmatik mövqeyə keçidi sürətləndirə bilər. Nəticədə yaranan siyasi tablo, Ərdoğan–Pezeşkian görüşü göstərir ki, Türkiyə və İran regionda rəqabətdən çox əməkdaşlıq platforması üzərində düşünürlər. Bu dialoqun davamlı olması halında İranın Cənubi Qafqaz siyasətində yumşalmalar mümkündür. Lakin hələlik Tehran ehtiyatlı davranacaq və balans siyasətini qorumağa çalışacaq”.

“Bu, dəyişən balansın göstəricisidir”

Politoloq Tural İsmayılov bildirib ki, Türkiyə və İran prezidentlərinin Tiencindəki görüşündə Cənubi Qafqaz məsələsinin gündəmə gəlməsi regiondakı dəyişən balansların göstəricisidir: “Ankara açıq şəkildə Azərbaycanın mövqeyini dəstəkləyir və sülhün əldə olunmasının bölgədə yeni iqtisadi, nəqliyyat və təhlükəsizlik imkanları açacağını bildirir. Tehran isə indiyə qədər daha çox Ermənistanın maraqlarına yaxın mövqe sərgiləyib və Zəngəzur dəhlizi ilə bağlı narahatlığını gizlətməyib. Yeni prezident Məsud Pezeşkianın Ərdoğanla ilk ciddi regional müzakirələrdən birində bu mövzunu açması İranın mövqeyində müəyyən korrektələr ola biləcəyini göstərir. İran ənənəvi olaraq Cənubi Qafqazda Türkiyə və Azərbaycanın təsirini "balanslaşdırmaq" istəyir. Lakin Tehranın regionda möhkəmlənməsi üçün Ermənistan kartı təkbaşına kifayət etmir və bu, İranı daha çevik siyasət yürütməyə məcbur edir”.

“İranın mövqeyində taktiki dəyişikliklər mümkündür”

T.İsmayılovun sözlərinə görə, digər tərəfdən, İranın Qəzza və Suriya məsələsində Türkiyə ilə fikir mübadiləsi aparması da maraqlıdır: “Bu, göstərir ki, iki ölkə təkcə Yaxın Şərqdə deyil, həm də Cənubi Qafqazda koordinasiyaya ehtiyac duyur. Tehran Ankaranın regionda açar rol oynadığını anlayır və münasibətləri gərginlik üzərində yox, dialoq üzərində qurmağa üstünlük verir. Bununla belə, İranın əsas strategiyası birdən-birə dəyişməyəcək. Tehran Ermənistanı itirmək istəmir, amma Bakı ilə münasibətləri tam zədələməyin də təhlükəli olduğunu görür. Ərdoğanla Pezeşkianın görüşü, əslində, İranın gələcəkdə daha balanslı, praqmatik xətt izləyə bilməsi üçün də önəmlidir”.
O həmçinin deyib ki, İran mövqeyində tam dönüş etməsə də, taktiki dəyişikliklər mümkündür: “Bu dəyişikliklər həm Ankara ilə əməkdaşlığı dərinləşdirmək, həm də Bakıya qarşı yumşaq ritorika nümayiş etdirmək formasında ola bilər. Beləliklə, Tehran özünü prosesdən kənarda saxlamamaq üçün mövqeyini qismən adaptasiya etməyə məcbur qalacaq”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:278
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Sentyabr 2025 23:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see455

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see340

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see287

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see281

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see239

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see238

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see234

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see231

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see224

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see224

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see219

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see218

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see215

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see208

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see199

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see188

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see174

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see174

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri