Fransa 10 Avropa ölkəsində nüvə silahlı qırıcılar yerləşdirmək istəyir WSJ
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paris 10 Avropa ölkəsi ilə öz ərazilərində nüvə silahlı “Rafale” qırıcı təyyarələrinin yerləşdirilməsi planını müzakirə edir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib.
Məlumata görə, müttəfiqlərlə ikitərəfli danışıqlar Fransa Prezidenti Emmanuel Makronun nüvə planı çərçivəsində aparılır.
Bu plana əsasən, Paris təkcə Avropa ölkələrində” Rafale” qırıcı təyyarələrini yerləşdirməklə kifayətlənmir, həm də lazımi infrastruktur yaratmaq, rabitə avadanlıqlarını, radioloksiya sistemlərini təmin etmək və müttəfiqlərlə kəşfiyyat məlumatlarını mübadilə etmək niyyətindədir.
“The Wall Street Journal” qəzeti xəbər verir ki, indiyə qədər 10 ölkə Fransanın bu planına maraq göstərib. Belçika, Böyük Britaniya, Yunanıstan, Danimarka, Niderland, Norveç, Polşa, Finlandiya, Almaniya və İsveç bu ölkələr arasındadır.
Qəzet əlavə edib ki, Latviya, Litva və Estoniya bu siyahıda yoxdur. İtaliya isə Fransanın “nüvə klubuna” qoşulmaqdan imtina edib.
Qeyd edək ki, 2026-cı ilin mart ayında Makron nüvə silahlarından çəkindirmə sahəsində Avropa tərəfdaşları ilə əməkdaşlığın genişləndirildiyini elan edib. O, əməkdaşlığın ilkin mərhələlərinin, xüsusən də, Böyük Britaniya və Almaniya ilə birgə təlimləri və strateji obyektlərə səfərləri əhatə edə biləcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:Fransa “Rafale” qırıcılarını 10 Avropa ölkəsində yerləşdirməyi planlaşdırır
26 Oktyabr 2026 21:26
Avropa ölkəsində üç nüvə reaktoru bağlandı
13 İyul 2026 00:21
Fransa Avropa qoşunlarını Ukraynadakı təmas xəttinin arxasında yerləşdirmək istəyir
18 Fevral 2025 08:10
Bu Avropa ölkəsində epidemiya yayıldı
23 Mart 2025 09:23
Avropa ölkəsində stansiyada qatarlar toqquşub
04 May 2025 18:17
Baxış sayı:115
Bu xəbər 28 Oktyabr 2026 00:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















