Ərdoğan: Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
"Türkiyə hökumət qurumlarının yaradılmasında və konstitusiya hazırlanmasında Suriyaya kömək edəcək".
Oxu.Az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdən qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
Türkiyə lideri vurğulayıb ki, rəsmi Ankara Suriyanın yeni hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən onların lideri Əhməd əş-Şaraa (Əbu Məhəmməd əl-Culani - red.) ilə məsləhətləşmələrə başlayıb.
Türkiyə lideri əlavə edib ki, yaxın vaxtlarda Türkiyə xarici işlər naziri Hakan Fidan Suriyaya səfər edəcək.
"Biz onları (Suriyanın yeni hakimiyyətini nəzərdə tutur - red.) tək qoymayacağıq. Xarici işlər nazirimiz də tezliklə ora gedəcək. Onlar birlikdə yeni struktur quracaqlar", - deyə R.T.Ərdoğan qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 20 Dekabr 2024 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















