Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

Bunları hər kəs bilməlidir!

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Ərdoğan Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq? Türkiyəli general AÇIQLADI

Ərdoğan Tramp görüşündə hansı məsələlər müzakirə olunacaq? Türkiyəli general AÇIQLADI

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə və ABŞ Prezidentləri Rəcəb Tayyib Ərdoğanla Donald Tramp arasında görüş keçiriləcək. Bu barədə məlumatı ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak açıqlayıb.

Maraqlıdır, görüş zamanı hansı məsələlər müzakirə oluna bilər?

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a açıqlamasında bildirdi ki, Ərdoğanla Tramp arasında keçiriləcək görüşü yalnız iki ölkə arasındakı növbəti diplomatik təmas kimi qiymətləndirmək düzgün olmaz:

"Bu görüş Yaxın Şərqdən Qara dənizə, Cənubi Qafqazdan Şərqi Aralıq dənizinə qədər uzanan geniş coğrafiyada təhlükəsizlik arxitekturasının yenidən formalaşdığı bir dövrə təsadüf edir. Bu baxımdan görüşün əsas gündəliyinin regional təhlükəsizlik, müdafiə əməkdaşlığı və iqtisadi-ticari münasibətlər ətrafında formalaşacağını gözləmək olar. Regional təhlükəsizlik baxımından İran, Suriya və Qəzza məsələlərinin ön plana çıxacağı ehtimal edilir. İran ətrafındakı gərginliyin daha geniş regional qarşıdurmaya çevrilməsinin qarşısının alınması, Hörmüz boğazının və enerji marşrutlarının təhlükəsizliyi, Qəzzada davamlı siyasi həll perspektivi Ankara və Vaşinqton üçün mühüm müzakirə mövzularıdır. Xüsusilə Suriya məsələsi həm ortaq maraqların, həm də fikir ayrılıqlarının mövcud olduğu strateji dosye olaraq qalır. Türkiyə üçün Suriyanın ərazi bütövlüyü, sərhəd təhlükəsizliyi, terror təşkilatlarının təsirsizləşdirilməsi və ölkədə sabitliyin təmin olunması əsas prioritetlərdir".

Müsahibimizin fikrincə, görüşün ikinci mühüm istiqaməti müdafiə sənayesi və hərbi əməkdaşlıq olacaq:

"Uzun müddətdir Türkiyə-ABŞ münasibətlərində problem yaradan S-400 məsələsi, Türkiyənin F-35 proqramındakı gələcəyi və F-16 prosesi bu çərçivədə müzakirə edilə bilər. Bu məsələlərdə əldə ediləcək irəliləyiş yalnız ikitərəfli münasibətlərə deyil, NATO daxilində Ankara-Vaşinqton hərbi-strateji koordinasiyasına da təsir göstərəcək. Digər mühüm istiqamət iqtisadiyyat, enerji, ticarət və qarşılıqlı investisiyalardır. Ankara və Vaşinqtonun siyasi fikir ayrılıqlarını idarə etməklə yanaşı iqtisadi münasibətləri genişləndirmək niyyəti müşahidə olunur. Müdafiə sənayesi, aviasiya, enerji, texnologiya və böyük investisiya layihələri iki ölkə arasında yeni əməkdaşlıq sahələri yarada bilər".

General qeyd etdi ki, bu görüşün Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün də strateji əhəmiyyəti var.

"Türkiyə-ABŞ dialoqunun güclənməsi Azərbaycan–Ermənistan sülh prosesinə, regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasına, enerji marşrutlarına və Orta Dəhlizin inkişafına dolayı təsir göstərə bilər. Cənubi Qafqaz artıq yalnız regional məsələ deyil; Avropa ilə Mərkəzi Asiyanı birləşdirən nəqliyyat, enerji və geosiyasi xəttin mühüm hissəsinə çevrilir. Burada Türkiyə-Azərbaycan strateji müttəfiqliyi regiondakı yeni geosiyasi düzənin əsas amillərindən biri olaraq qalır.

Nəticə etibarilə, görüşün strateji əhəmiyyəti yalnız İran, Suriya, Qəzza, S-400, F-35/F-16 və ya ticarət kimi ayrı-ayrı məsələlərin müzakirəsində deyil. Əsas məsələ Ankara və Vaşinqtonun dəyişən dünya düzənində münasibətlərini yeni və daha proqnozlaşdırıla bilən strateji çərçivəyə keçirib-keçirə bilməyəcəyidir. Əgər tərəflər fikir ayrılıqlarını idarə edə və ortaq maraqlar üzərində uzunmüddətli mexanizm yarada bilsələr, bunun nəticələri yalnız Türkiyə və ABŞ-yə deyil, Cənubi Qafqazdan Yaxın Şərqə qədər bütün regional güc balansına təsir göstərə bilər", - deyə Yücel Karauz vurğuladı.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Sentyabr 2026 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see633

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see372

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see285

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see268

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see258

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see253

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see252

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see245

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see245

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see237

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see220

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see219

Bədəninizdə şişkinlik varsa, bunları ETMƏYİN

04 Noyabr 2026 09:16see210

Ürək sağlamlığı diqqət mərkəzində: Səhiyyə Nazirliyindən Suqovuşan və Tərtərdə ikigünlük tibbi aksiya

04 Noyabr 2026 14:24see210

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see209

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see205

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see204

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see203

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see201

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri