Icma.az
close
up
RU
Türkiyəli general ABŞ nin müharibəyə girməməsinin səbəblərini AÇIQLADI

Türkiyəli general ABŞ nin müharibəyə girməməsinin səbəblərini AÇIQLADI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Bildiyimiz kimi, hazırda İran ilə İsrail arasında münaqişə yenidən başlayıb. ABŞ Prezidenti Donald Tramp isə qeyd edib ki, İsrail və İran atəşi dərhal dayandırmalıdır.

Maraqlıdır, ABŞ bu dəfə də münaqişəyə qoşulacaqmı?

Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Redaktor.az-a açıqlamasında bildirdi ki, ABŞ-nin yenidən tammiqyaslı şəkildə müharibəyə daxil olması hazırda yüksək ehtimallı ssenari deyil:

"Bununla belə, Vaşinqtonun proseslərdən tamamilə kənarda qalacağını düşünmək də doğru olmaz. ABŞ regiondakı hadisələri yaxından izləyir və tərəflərə təsir imkanlarını qoruyub saxlamağa çalışır. Son günlər Tramp həm İsrailə, həm də İrana atəşkəsə riayət etmələri ilə bağlı açıq çağırışlar edib. Eyni zamanda, müxtəlif məlumatlara görə, Vaşinqton İsrail rəhbərliyinə qarşıdurmanın daha da genişlənməməsi üçün müəyyən təzyiqlər göstərir. Bu da ABŞ administrasiyasının hazırkı mərhələdə münaqişənin nəzarətdən çıxmasını istəmədiyini göstərir".

Generalın fikrincə ABŞ-nin birbaşa müharibəyə qoşulmaq istəməməsinin bir neçə əsas səbəbi var:

"İlk növbədə, İran–İsrail qarşıdurmasının genişlənməsi bütün regionu əhatə edən böyük bir müharibəyə çevrilə bilər. Belə bir ssenaridə Livan, Suriya, İraq, Yəmən və Fars körfəzi bölgəsində yeni cəbhələrin açılması ehtimalı yüksəlir. Bu isə ABŞ-nin regiondakı hərbi bazalarını və strateji maraqlarını birbaşa risk altına qoya bilər. Digər mühüm amil enerji bazarları ilə bağlıdır. Xüsusilə Hörmüz boğazında yaranacaq hər hansı ciddi eskalasiya qlobal enerji təchizatına təsir göstərə və neft qiymətlərində kəskin artıma səbəb ola bilər. ABŞ administrasiyası həm qlobal iqtisadiyyata, həm də daxili bazarlara əlavə təzyiq yarada biləcək belə bir vəziyyətin yaranmasını arzulamır. Bununla yanaşı, Vaşinqton İranla diplomatik kanalların tamamilə bağlanmasında da maraqlı deyil. ABŞ hərbi təzyiq elementindən istifadə etsə də, ümumi yanaşma daha çox siyasi və diplomatik həll imkanlarını qorumağa hesablanıb. Bu səbəbdən administrasiya mümkün qədər danışıqlar üçün qapını açıq saxlamağa çalışır".

Onun sözlərinə görə, İranın ABŞ hərbi bazalarına birbaşa zərbələr endirməsi, amerikalı hərbçilərin həlak olması, Hörmüz boğazında beynəlxalq gəmiçiliyin ciddi şəkildə məhdudlaşdırılması, İsrailə qarşı genişmiqyaslı raket hücumları nəticəsində böyük insan itkilərinin baş verməsi və ya İranın nüvə proqramı ilə bağlı Vaşinqtonun “qırmızı xətt” hesab etdiyi addımlar atması ABŞ-nin daha sərt reaksiyasına səbəb ola bilər:

"Ümumilikdə, hazırkı vəziyyətdə Vaşinqtonun İsraili siyasi və hərbi baxımdan dəstəkləməyə davam edəcəyi gözlənilir. Lakin ABŞ-nin yeni və genişmiqyaslı müharibəyə birbaşa daxil olması ehtimalı hələlik aşağı görünür. Administrasiyanın əsas məqsədi münaqişənin nəzarətdən çıxmasının qarşısını almaq, regional sabitliyi qorumaq və diplomatik həll imkanlarını saxlayaraq gələcək danışıqlar üçün zəmin yaratmaqdır".

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 08 İyun 2026 20:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri