Ərdoğan Trampla danışdı
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Preizdenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
“Telefon danışığı Türkiyə-ABŞ münasibətləri, eləcə də regional və qlobal hadisələr müzakirə edilib.
Ərdoğan Suriyanın birliyinin və ərazi bütövlüyünün vacibliyini və Türkiyənin oradakı hadisələri yaxından izlədiyini qeyd edib. Liderlər həmçinin İŞİD-ə qarşı mübarizə və Suriyadakı İŞİD məhbuslarının vəziyyəti haqqında danışıb.
Onlar Qəzzada sülhün bərqərar olması səylərini də müzakirə edib. Ərdoğan Türkiyənin ABŞ ilə koordinasiyalı şəkildə işləməyə hazır olduğunu bir daha təsdiqlədi və Qəzza Sülh Şurasına dəvətə görə Prezident Trampa təşəkkür edib”, - məlumatda bildirilib.
Baxış sayı:24
Bu xəbər 21 Yanvar 2026 09:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















