Icma.az
close
up
RU
Ərdoğan Türkiyə Prezidentliyinə sonuncu dəfə namizəd olacaq

Ərdoğan Türkiyə Prezidentliyinə sonuncu dəfə namizəd olacaq

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyədə növbəti prezident və parlament seçkilərinin 16 aprel 2028-ci ildə keçirilməsi təklif olunur. Bu ssenari reallaşarsa, Prezident Rəcəb Tayyib Ərdoğanın yenidən və sonuncu dəfə prezidentliyə namizəd olmasına hüquqi imkan yarana bilər.

Modern.az xəbər verir ki, bu təkliflə Türkiyə Prezidentinin baş müşaviri və Prezident Administrasiyasının Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum çıxış edib.

Uçum bildirib ki, mövcud qanunvericiliyə əsasən Türkiyədə növbəti prezident və parlament seçkilərinin normal tarixi 7 may 2028-ci ildir. Lakin Türkiyə Böyük Millət Məclisi seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, səsvermə bir neçə həftə əvvələ, 16 aprel 2028-ci ilə keçirilə bilər.

Onun sözlərinə görə, bunun üçün parlament 2028-ci ilin fevralında seçkilərin yenilənməsi barədə müvafiq qərar qəbul etməlidir.

Bu addım Ərdoğanın yenidən namizədliyinə də hüquqi imkan yarada bilər. Türkiyə Konstitusiyasının 116-cı maddəsinə görə, prezidentin ikinci səlahiyyət müddətində parlament seçkilərin yenilənməsi barədə qərar qəbul edərsə, hazırkı prezident bir dəfə də namizəd ola bilər.

Mehmet Uçum da məhz bu müddəaya əsaslanaraq Ərdoğanın 2028-ci ildə son dəfə namizəd ola biləcəyini bildirib. Onun sözlərinə görə, bunun üçün Konstitusiyaya dəyişiklik edilməsinə ehtiyac yoxdur; parlamentin seçkilərin yenilənməsi barədə qərarı kifayətdir.

MHP sədri Devlet Bahçeli də 16 aprel 2028-ci il tarixinin təklif olunmasına münasibət bildirib. O, seçkilərin normal vaxtında keçirilməsi ilə təklif edilən tarix arasında ciddi vaxt fərqinin olmadığını deyib və Ərdoğanın yanında olduqlarını vurğulayıb.

Qeyd edək ki, 16 aprel tarixi Türkiyə siyasətində simvolik əhəmiyyət daşıyır. 2017-ci il aprelin 16-da keçirilən referendumla ölkədə prezident idarəetmə sisteminə keçidi nəzərdə tutan konstitusiya dəyişiklikləri qəbul edilib.

Bununla belə, 16 aprel 2028-ci il hazırda rəsmən təsdiqlənmiş seçki tarixi deyil. Son qərarın Türkiyə Böyük Millət Məclisinin seçkilərin yenilənməsi ilə bağlı qərarından asılı olacağı bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://modern.az
archiveBu xəbər 17 Sentyabr 2026 15:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri