Icma.az
close
up
RU
Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm FOTOLAR

Ərdoğan: Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə İlham Əliyevi təbrik edirəm FOTOLAR

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “X”dəki hesabında COP29-la bağlı paylaşım edib.

Gununsesi.info xəbər verir ki, dövlət başçısı rəsmi Ankaranın iqlim dəyişikliyinə qarşı mübarizə ilə bağlı bir sıra tədbirlərini açıqlayıb: “İqlim böhranının mənfi təsirlərinin ən çox hiss olunduğu ölkələr sırasındayıq. Biz əsas sahələrimizi 2053-cü ilə qədər xalis sıfır emissiyaya və yaşıl inkişafa nail olmaq vizyonumuza uyğun olaraq dəyişdiririk”.

Ərdoğan qeyd edib ki, Türkiyə 2024-2030-cu illəri əhatə edən “İqlim Dəyişikliklərinin Azaldılması və Uyğunlaşma Strategiyası”nın fəaliyyət planlarını həyata keçirir: “Ümumi enerji istehsalında bərpa olunan enerjinin payını 59 %-ə çatdırdıq. Bu göstərici ilə Avropada 5-ci, dünyada isə 11-ci yerdəyik. 2053-cü il üçün xalis sıfır emissiya hədəflərimiz üçün əsas prioritetlərimiz bərpa olunan enerji, enerji səmərəliliyi və nüvə enerjisidir. Bu gün 31 min meqavat olan külək və günəş enerjisi potensialını 2035-ci ilədək 120 min meqavata çatdıracağıq. Nüvə enerjisində 2050-ci ildə 20 min meqavat gücə çatmağı hədəfləyirik.

2024-2030-cu illəri əhatə edən Enerji Səmərəliliyi üzrə Milli Fəaliyyət Planımızla 100 milyon ton karbon qazı ekvivalentində emissiyanın azaldılmasını nəzərdə tuturuq”.

Dövlət başçısı qeyd edib ki, xanımı Əminə Ərdoganın himayəsi ilə başlanan və qlobal səviyyəyə çatdırılan “sıfır tullantı” layihəsi iqlim dəyişikliyi ilə mübarizəyə əlavə güc qatır. Bu yolla layihənin başlanğıcından indiyədək 5,9 milyon ton istixana qazı emissiyasının qarşısı alınıb.

O, su ehtiyatlarından səmərəli istifadə üçün görülən tədbirləri də qeyd edib. Ərdoğan bildirib ki, hər il noyabrın 11-də qeyd olunan Milli Yaşıllaşdırma Günündə milyonlarla ağac əkilir.

Türkiyə Prezidenti COP29-un bu istiqamətdə qlobal səyləri daha güclü və təsirli edəcəyinə inamını ifadə edib. “Uğurlu tədbirə və səmimi ev sahibliyinə görə qardaşım Prezident İlham Əliyevi təbrik edirəm”, – Ərdoğan vurğulayıb.



Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:198
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 13 Noyabr 2024 08:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri