Icma.az
close
up
RU
“Ərdoğan və Əliyev arasındakı etimad gərginliyin səngiməsində mühüm rol oynadı”

“Ərdoğan və Əliyev arasındakı etimad gərginliyin səngiməsində mühüm rol oynadı”

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Azərbaycan Prezidenti İlham Əliyevə telefon açması və onu Türk Dövlətləri Təşkilatının tədbirinə dəvət etməsi son günlər yaşanan gərginlik fonunda xüsusi əhəmiyyət daşıyır”.

Gununsesi.info bildirir ki, bu fikirləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib:

“Bütün baş verənlərə rəğmən, iki lider arasındakı şəxsi münasibətlər, qarşılıqlı etimad və dostluq yaranmış böhranın səngiməsinə, onun həlli istiqamətində mühüm addımların atılmasına zəmin yaratdı.

Bu hadisələr bir daha göstərdi ki, Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğan arasındakı münasibətlər Azərbaycan və Türkiyə dövlətləri arasındakı dostluğun və strateji müttəfiqliyin qorunmasında mühüm rol oynayır. İki liderin siyasi iradəsi və qarşılıqlı etimadı ayrı-ayrı dairələrin yaratmağa çalışdığı gərginliklərin dövlətlərarası münasibətlərə kölgə salmasının qarşısını almaq baxımından xüsusi əhəmiyyət daşıyır”.

O qeyd edib ki, baş verənlər Türkiyədə Azərbaycana könüldən bağlı olan milyonlarla türk vətənpərvərinin mövqeyini də bir daha ortaya qoydu:

“Azərbaycanı hədəfə alan təxribatçıların cavabını məhz Türkiyənin Azərbaycana səmimi qardaşlıq münasibəti bəsləyən insanları verdilər. Bu, xalqlarımız arasındakı mənəvi bağlılığın ayrı-ayrı şəxslərin mövqeyindən və siyasi maraqlarından qat-qat üstün olduğunu göstərən mühüm mesajdır.

Bununla belə, AK Partiyaya yaxın siyasi çevrələrdən dəstək alan bəzi şəxslərin Azərbaycana qarşı sərgilədiyi təhqiramiz və təhdidkar münasibəti də unutmayacağıq. Azərbaycanı, xalqımızı və dövlətimizin rəhbərliyini hədəfə almaq, ölkəmizin suverenliyinə və milli maraqlarına hörmətsizlik nümayiş etdirmək, iki dövlət arasındakı münasibətlərə xələl gətirə biləcək addımlar atmaq qəbuledilməzdir. Əminik ki, Azərbaycanı təhqir və təhdid edən, ölkəmizə qarşı təxribatçı mövqe sərgiləyən şəxslərin əməlləri diqqətdən kənarda qalmayacaq və bu məsələyə münasibətdə müvafiq tədbirlərin görülməsi zərurəti nəzərə alınacaq.

Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı şəxslərin siyasi maraqlarından və müvəqqəti gərginliklərdən daha geniş məna daşıyır. Dövlətlərimizin strateji müttəfiqliyi, xalqlarımızın ortaq tarixi və qarşılıqlı etimadı bu münasibətlərin əsas dayaqlarıdır. Siyasi fırtınalar keçicidir, lakin dövlətlərarası münasibətlərin möhkəmliyi və xalqların səmimi dostluğu uzunmüddətli strateji baxış, qarşılıqlı hörmət və məsuliyyət tələb edir.

Azərbaycan və Türkiyə arasındakı münasibətlərin gücü də məhz bundadır: dövlətlər ortaq maraqlarını qorumalı, xalqlarımızın qardaşlığına xələl gətirən təxribatlara imkan verilməməli, yaranan çətinliklər isə qarşılıqlı etimad və siyasi iradə ilə aradan qaldırılmalıdır”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:66
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Oktyabr 2026 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see298

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see287

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see287

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see251

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see248

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see241

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see231

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see230

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see228

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see219

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see215

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see214

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see207

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see205

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see200

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see197

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see188

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see182

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see182

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri