“Ərdoğana görə boşanmağımızı bir il təxirə saldıq”
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyəli məşhur müğənni Sinan Akçıl Burcu Kıratlı ilə boşanma prosesi ilə bağlı ilk dəfə diqqətçəkən detalı açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, müğənni bu haqda “Axşam TV”dən Yasemin İlana açıqlamasında danışıb.
Akçıl bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona evliliyini bitirməzdən əvvəl bir daha düşünməyi tövsiyə edib:
“Prezidentimiz boşanmağımın türk gəncləri üçün yaxşı nümunə olmayacağını söylədi. Mənə yenidən cəhd etməyi təklif etdi”.
Akçıl görüşün Burcu Kıratlı və Əminə Ərdoğanın da iştirak etdiyi bir mühitdə keçdiyini bildirib.
Prezident Ərdoğanın məsləhəti ilə boşanma qərarını bir müddət təxirə saldıqlarını söyləyən məşhur müğənni “Prezidentimiz boşanmağımı bir il təxirə salmağa təkid etdi. Məntiqli şeylər dedi. Ona görə də yenidən cəhd etdik, alınmadı”, - deyib.
Baxış sayı:33
Bu xəbər 03 Dekabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















